Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir?
Əsas Səhifə > Güney Press > Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir?

Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir?


Bu gün, 16:02
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir?
Anar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

"DİA-AZ" yeni nazirin dosyesini təqdim edir:

Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.

Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Evlidir, iki övladı var.

Geri qayıt