Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz"
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz"Bu gün, 14:10 |
![]() Bakıdakı “Rus evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərilib. Bu addım “Rus evi”nin həqiqətən casus fəaliyyəti ilə məşğul olduğunu deməyə əsas verir? Məsələ ilə bağlı TNS-ə açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev bildirib ki, xarici xüsusi xidmət orqanları heç vaxt haradasa casus yuvası qurduğunu bəlli etməz: “Məlum məsələdir ki, istər “Rus evi” olsun, istərsə də digərləri heç vaxt göstərməz ki, ora casus yuvasıdır. Məlumdur ki, “Rus evi” tək Azərbaycanda deyil, müxtəlif ölkələrdə də “Russkiy dom” və digər adlarla fəaliyyət göstərir. Düşünürəm ki, bunların fəaliyyəti tənzimlənməlidir. Bununla əlaqədar olaraq, Rusiya tərəfə nota verilib. Yəni, bu gün Azərbaycan prosesləri öz milli maraqlarına görə idarə edir. Kimlərinsə Azərbaycan dövlətinə və dövlətçiliyinə təhdidinin qarşısını almaq, milli maraqlarımızın inkişafı üçün bu məsələləri ortaya qoymaq lazımdır. Ona görə də biz Rusiya Mədəniyyət Mərkəzinin istər “Rus evi” olsun, yaxud başqa ad olsun, əgər Azərbaycandadırsa, Azərbaycan qanunlarına uyğun fəaliyyət göstərməsi üçün qeydiyyatdan keçməsini tələb edirik. Əsas məqam bundan ibarətdir". Komitə sədri deyib ki, bu gün onun bağlanması, fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif əsassız məlumatların yayılması münasibətlərimizə də zərər vura bilər: "Rusiya-Azərbaycan münasibətlərinə zərər gətirən amillər lazım deyil. Bakıda müxtəlif dövlətlərin mədəniyyət mərkəzləri olub. Onların fəaliyyətində hansısa təhdidin işartıları olubsa, xüsusi xidmət orqanları qarşısını alıb. Sadəcə, bunların qanun çərçivəsində fəaliyyətini tənzimləmək lazımdır və düşünürəm ki, xüsusi xidmət, hüquq-mühafizə orqanlarımız da bu istiqamətdə öz işini görür, əməliyyat şəraitinə nəzarət edir. Artıq “Rus evi” ilə bağlı Rusiya rəhbərliyi ən yüksək səviyyədə açıqlama verib, bunun tənzimlənəcəyinə birbaşa aydınlıq gətirəcək. Birmənalı şəkildə "bura casus yuvasıdır", - demək düzgün olmaz. Bu, peşəkar deyil, primitiv baxışdır”. Geri qayıt |