Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıbBu gün, 13:05 |
![]() Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini, 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb . Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "DİA-AZ"a verilən məlumata görə, o, “Telegram” sosial şəbəkə seqmentində “Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər. Geri qayıt |