Əsas Səhifə > Güney Press > Tanqo iki nəfərlik rəqsdir

Tanqo iki nəfərlik rəqsdir


Bu gün, 07:18
Tanqo iki nəfərlik rəqsdir
Amerika lideri Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf xəbər verir ki, suallarının çoxu Ukrayna münaqişəsinin həlli ilə bağlı olub.

Prezident bildirib ki, hazırda qruplar səviyyəsində danışıqlar aparılır.

O deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir, lakin “tanqo üçün iki nəfər lazımdır” .

Tramp Rusiya lideri ilə telefon danışığı ilə bağlı suala birbaşa cavab verməyib. Bununla belə, o qeyd edib ki, mümkün olsa, razılaşma əldə etmək istərdi.
Geri qayıt