Əsas Səhifə > Güney Press > Azərbaycana hücum cəhdi iflasa uğradı
Azərbaycana hücum cəhdi iflasa uğradıBu gün, 10:56 |
![]() Rusiya təbliğatı, Azərbaycan əleyhinə hücumlarının iflasa uğramasından sonra öz zəhərini bu dəfə Qazaxıstana yönəldib. Hətta kiçik bir informasiya əsası belə tapmadan dişlərini qıcayaraq, Qazaxıstanda “postsovet məkanında ən böyük ABŞ konsulluğu”nun tikiləcəyi xəbərindən qəzəblə danışmağa başlayıblar. Sadə bir diplomatik hadisə onların xəstə təfəkküründə qəsdən uydurulmuş bir “Qərb sui-qəsdi”nə çevrilib. Teleqraf xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Elçin Alıoğlu deyib. Onun sözlərinə görə, bu paranoyak şouda xüsusi “fərqlənən” Tsarqrad kanalıdır: “Kanal Tokayev hökumətini “rejim” adlandıraraq, 2022-ci ilin yanvar hadisələrini təhriflərlə yenidən gündəmə gətirib: “KTMT qoşunlarının köməyi ilə yatırılan 2022-ci il Qazaxıstan “Maydan”ının təşkilatçılarına qarşı məhkəmə prosesi amerikalıların fəal iştirakını üzə çıxardı. Tokayev rejimi israrla eyni səhvləri təkrar edir, bu səhvlərin nəticəsi ruslara yox, qazaxlara dəyəcək”. Bu yüksək təkəbbürlə dolu açıqlamalar bir şeyi açıq şəkildə göstərir: Kremlin gözündə qonşu ölkələrin müstəqilliyi heç bir məna daşımır və Moskvanın icazəsi olmadan atılan hər addım dərhal “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir. Təbliğatçılar daha da irəli gedərək, Qazaxıstana “düzgün müdaxilə” ilə bağlı xəyal qurmağa başlayıblar, hətta 2022-ci il hadisələrinin nəticələrini yenidən nəzərdən keçirməyi təklif edirlər: “Rusiya müxtəlif çarlar və kreslolarında əyləşmiş avtokratların maraqları üçün deyil, öz xalqının maraqları üçün hərəkət etməlidir. 2022-ci ilin yanvarında Qazaxıstana girmək düzgün addım idi, amma bunu doğru şəkildə etmədik. Tokayevi hakimiyyətdə saxlamaq əvəzinə, elə hərəkət etməli idik ki, nə türklər, nə də amerikalılar oraya daxil ola bilsinlər”. Bu sözlər təkcə təhlükə deyil, həm də acı bir həqiqətdir: Rusiya artıq qonşularını özünə tabe etdirə bilmir. Amma bu reallığın Kremlin qavrayışına daxil olması o qədər ağrılıdır ki, o, öz acizliyinin fonunda təhdidlər səsləndirməkdən əl çəkmir”. Elçin Alıoğlu qeyd edib ki, artıq Rusiyanın “düzgün şəkildə qonşu ölkələrə daxil olduğu dövrlər” keçmişdə qalıb: “Qazaxıstan, Azərbaycan və digər region ölkələri artıq öz müstəqilliklərini qorumaq üçün kifayət qədər gücə malikdirlər. Amma bu, hələ də Moskvanı isterikaya salır. Azərbaycana qarşı da eyni davranışları müşahidə edirik. Son günlərdə Bakıya qarşı təhdidlər və təhqirlər dalğası zirvəyə çatıb. Amma bu addımlar o qədər ağılsızdır ki, öz qısamüddətli düşüncəsizliyini açıq şəkildə göstərir. Rusiya qalan etimadı da məhv edərək, özünə qarşı əvvəllər neytral olan münasibəti açıq antipatiyaya çevirir. Bununla belə, Kremlin “beşinci kolon”u hələ də fəaliyyətini davam etdirir. Son günlərdə bir neçə deputat Moskvayla münasibətlərdə yaranan gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınır. Onların bu sükutu sadəcə qorxaqlıq deyil, həm də yaxın gələcəkdə daha da kəskinləşəcək suallardan qaçmağa bir cəhddir”. Jurnalistin fikrincə, Rusiya öz imperiya xülyalarına qapılaraq, özünü daha da dərin bir çuxura salır. Onun təcavüzkar davranışları və təhdidləri yalnız təcrid prosesini sürətləndirir, ambisiyaları isə daha da gülünc və aciz görünür. Əgər Moskva bu özünü məhv edən xətti davam etdirərsə, yaxın gələcəkdə onun təbliğatçıları “qızıl dövrlər”i yalnız acı nostalji ilə xatırlayacaqlar. O dövrlər ki, onların “rus dünyası” hələ “rus hərbi gəmisi”nin arxasınca göndərilmirdi. Əsl həqiqət isə belədir: regionda Rusiya diktaturasının dövrü birdəfəlik başa çatıb, geri dönüşü yoxdur”. Geri qayıt |