Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Repetitorluq təhsilimizə böyük problem yaradır"
"Repetitorluq təhsilimizə böyük problem yaradır"Bu gün, 11:25 |
![]() “Repetitorluğun birdən-birə ləğvi mümkün deyil”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil. Nazir bildirib ki, dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək”. Maraqlıdır, repetitorluq tədricən ləğv olunsa, bəs yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi? Bu barədə “Sherg.az"a danışan millət vəkili Ceyhun Məmmədov hesab edir ki, məsələyə rasional yanaşmalıyıq. Repetitorluğu təhsilə paralel təhsil kimi dəyərləndirən deputat qeyd edib ki, təhsili məktəbə qaytarmalıyıq: “Dövlət büdcəsindən uşaqların təhsilinə, məktəb vəsaitlərinə milyonlarla maliyyə ayrılır. Məktəbdən kənarda isə elə bir biznes şəbəkəsi yaradılıb ki, valideynlər boğazlarından kəsərək əldə etdikləri gəlirlərinin böyük bir qismini repetitor yanına hazırlığa gedən övladlarına xərcləyirlər. Bu məsələni qaldıranda deyirlər ki, dünyanın hər yerində repetitorluq var. Hər yerdə repetitorluq bu dərəcədə deyil. Ölkəmizdə də bu problem bu qədər geniş yayılmamalıdır. Biz təhsili məktəblərə qaytarmalıyıq. Repetitorluq təhsilimizə böyük problem yaradır və gözdən salır. Onun ləğvi insanlarda narahatlıq yaratmamalıdır ki, necə olacaq? Dövlətin xərclədiyi pul boşuna gedir, əlavə olaraq övladları ali məktəbə hazırlaşan valideynlər əziyyət çəkirlər. Təəssüf ki, bunun həlli ilə bağlı heç bir addım atılmır. Bu məsələni həll etməli və təhsili məktəbə qaytarmalıyıq. Azərbaycan təhsili evlərdədir, repetitorlardadır. Uşaqların məktəbdə keçdiyi dərsləri təkrar müəllim yanına gedərək oxuyurlar. Məktəbdə keçilən riyaziyyatı mənimsəyə bilməyən uşaq 200 manatlıq repetitor yanına gedəndə alim olur? Uşaqda qabiliyyət varsa, deməli, məktəbdə tədris edilən dərsləri də mənimsəyə bilər. Repetitor yanına getmək, az qala, ölkədə bir prestij məsələsinə çevrilib. Uşaqlarımız məktəbdə oxumağı özlərinə yaraşdırmır. Hesab edirlər ki, repetitor yanına gedəndə daha hörmətli olurlar”. Nazirin repetitorlarla bağlı sərt mövqeyini dəstəkləyən deputat qeyd edib ki, vətəndaşlarımız bir neçə milyard pul xərcləyirlər ki, övladları repetitor yanına getsin, orada əlavə bilik alsın. Məktəblərin də bir hissəsi buna şərait yaradır: “Repetitorluğun sahibkarlıq fəaliyyəti kimi tanınması və bu işlə məşğul olan şəxslərin vergi ödəyicisi kimi tanınması təkliflərini də məqsədəuyğun hesab etmirəm. Onsuz da bu istiqamətdə fəaliyyət göstərən kurslar, tədris mərkəzləri var. Repetitorluğun sahibkarlıq fəaliyyəti kimi tanınması gələcəkdə bizim üçün əlavə problemlər yarada bilər. Bu, təhsilin məktəbdən tamamilə uzaqlaşmasına, repetitorluğun daha da genişlənməsinə yol aça bilər”. Geri qayıt |