Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Putin genişmiqyaslı müharibəyə başlayır
Putin genişmiqyaslı müharibəyə başlayırBu gün, 16:27 |
![]() Danimarka Müdafiə Kəşfiyyat Xidməti (DDIS) yaxın 5 il ərzində Avropada "genişmiqyaslı müharibə" təhlükəsi barədə xəbərdarlıq edən hesabat yayıb. Xidmətin qiymətləndirməsinə görə, əgər Rusiya NATO-nu həm hərbi, həm də siyasi cəhətdən zəifləmiş hesab edərsə, alyansın bir və ya bir neçə ölkəsinə qarşı güc tətbiq edə bilər. “Cebheinfo.az” xəbər verir ki, “Politico”-nun yazdığı kimi, hesabatda ABŞ-nin roluna xüsusi diqqət yetirilir. DDIS hesab edir ki, Rusiya ABŞ-nin təcavüz halında Avropalı müttəfiqlərini dəstəkləyə bilməyəcəyi və ya dəstəkləmək istəmədiyi qənaətinə gələrsə, hərbi münaqişə ehtimalı artacaq. Hesabatda, həmçinin vurğulanır ki, Moskva NATO ilə potensial qarşıdurmaya hazırlıq məqsədilə öz hərbi potensialını fəal şəkildə artırır. DDIS proqnozu ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmağa çalışdığı bir vaxta təsadüf edir. Sənəd münaqişənin bitməsi və ya dondurulması halında üç mümkün ssenarini araşdırır. Eyni zamanda, bütün variantlar Rusiyanın bir neçə ölkəyə qarşı eyni vaxtda müharibə aparmağa qadir olmadığını güman edir. Təqdim olunan hesablamalara görə, altı ay ərzində Rusiya adı açıqlanmayan “qonşu dövlət”lə lokal silahlı münaqişəyə başlaya biləcək. İki ildən sonra Baltikyanı ölkələrdə regional qarşıdurma başlaya bilər. Beş ildən sonra NATO zəifləsə və ABŞ qəti addımlar atmasa, Rusiya Avropaya qarşı genişmiqyaslı müharibəyə başlaya bilər. Eyni zamanda, hesabatda qeyd olunur ki, proqnozda NATO ölkələrinin müdafiə potensialının mümkün gücləndirilməsi nəzərə alınmayıb. Geri qayıt |