Əsas Səhifə > Güney Press > “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir”
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir”Dünən, 21:12 |
![]() Məlum olduğu kimi, Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. Moderator.az-a açıqlamasında məlum olayı şərh edən politoloq Qabil Hüseynli, bunu Ermənistanın Qərbdə yeni tərəfdaşlar tapmaq arzusu ilə izah edib: “Bu fakt göstərir ki, Ermənistan Qərbdə yeni tərəfdaşlar tapmağa, Avropa ilə əlaqələrini daha da genişləndirməyə çalışır. İrəvan bununla Qərblə təmaslarını artırmaq niyyətindədir. Buna görə də onlar Avropa İttifaqına daxil olmağa çalışırlar. Hesab edirəm ki, Ermənistanın Avropa Birliyinə daxil olmasının Azərbaycan üçün müsbət və ya mənfi mənada ciddi bir təsiri yoxdur. Lakin bu, elə də asan məsələ deyil. Bunun üçün bəlli bir yol xəritəsi mövcuddur. Yalnız bu tələblərə əməl edən dövlətlər Avropa İttifaqına qəbul olunur. Ermənistana gəlincə, bu prosesin nə ilə nəticələnəcəyini zaman göstərəcək”. Geri qayıt |