Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Kiyevdə dəhşət, Moskvada sevinc”
“Kiyevdə dəhşət, Moskvada sevinc”Dünən, 23:57 |
![]() Musavat.com bildirir ki, ABŞ administrasiyasının Ukrayna müharibəsi ilə bağlı son açıqlamaları Kiyevdə narahatlıq və məyusluq, Moskvada isə sevinc və ümid doğurub. Vaşinqtonun rəsmi mövqeyinə görə, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması “real deyil”, NATO-ya üzvlüyü istisna edilir və ABŞ Ukraynaya hərbi qüvvə göndərməyəcək. Bundan əlavə, Avropanın təhlükəsizliyi məsələsində əsas yük NATO-nun Avropa üzvlərinin üzərinə qoyulmalıdır. Bu mövqe ABŞ-ın keçmiş diplomatları və hərbi rəhbərləri tərəfindən ciddi tənqid edilib. Onlar bu yanaşmanın Ukraynanın təslim olmağa məcbur edilməsi və Putinə böyük hədiyyə verilməsi kimi qiymətləndirildiyini bildirirlər. Musavat.com sabiq diplomatlar və hərbi ekspertlərin sərt reaksiyalarını təqdim edir ▪ Maykl Makfol, ABŞ-ın Rusiyadakı səfiri (2012-2014): “Tramp administrasiyası niyə Putinə hədiyyələr – Ukrayna torpaqlarını və NATO üzvlüyündən imtinanı – danışıqlara başlamadan verir? Mən Rusiya ilə danışıqlar aparmışam. Onlara heç vaxt heç nə pulsuz verilmir. Putin işğala görə mükafat alır? İstədiyi hər şeyi əldə edəcək? Ümid edirəm ki, bu, həqiqət deyil. Avropa “Münhen 2.0”-a ehtiyac duymur.” ▪ Stiven Payfer, ABŞ-ın Ukraynadakı səfiri (1998-2000): “Pentagon rəhbəri Hegsetin çıxışı Moskvada sevinc, Kiyevdə və Avropanın digər paytaxtlarında isə qorxu yaradacaq. O, ABŞ-ın Ukraynanın 2014-cü il sərhədlərinə qayıdışını “real olmayan məqsəd” adlandırıb. Bu, doğrudurmu? Ola bilər. Amma niyə bunu danışıqlara başlamazdan əvvəl demək və bütün rıçaqları əldən vermək? ABŞ niyə Ukraynanın NATO-ya üzvlüyü məsələsini Rusiya ilə müzakirə etməlidir? Əgər Avropa ölkələri Ukraynaya qoşun göndərməlidirsə və bu NATO çərçivəsində olmamalıdırsa, bu, ABŞ-ın dəstəyi olmadan Avropanın bütün riski öz üzərinə götürməsi deməkdir. Bu, yaxşı heç nə vəd etmir.” ▪ Ceyms Stavridis, NATO-nun Avropadakı keçmiş baş komandanı (2009-2013): “Niyə danışıqlara rəqibinin mövqeyini qəbul edərək başlayırsan?” ▪ Aleksandr Vindman, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru (2018-2020): “Hegsetin çıxışı ABŞ-ın siyasətində ciddi dəyişiklikdir. Ukraynanın NATO-ya üzvlüyü məsələsinin bağlanması Putinə tam təslim olmaq deməkdir. Bu, Rusiya üçün ənənəvi aqressiv müharibələrinin təsdiqidir – 2008-ci ildən Gürcüstanda başlayan və indi Ukraynada davam edən. Bu, Putinə cəsarət verəcək və Avropada sülhü təmin etmə səylərini sarsıdacaq. Bu, ABŞ-ın milli təhlükəsizliyinə ciddi zərbədir və Moskvanın təsir dairəsini genişləndirir. Bu, sadəcə kapitulyasiyadır. Bu siqnal verir ki, hərbi təcavüz işləyir və NATO-ya təhlükə altına qoyur.” Tramp-Putin danışığı və Ukrayna məsələsi ABŞ mediasında və siyasi dairələrdə bu açıqlamaların fonunda Tramp-Putin telefon danışığının Ukraynanın kapitulyasiyasına zəmin yaratdığı iddiaları da gündəmə gəlib. Məhz bu kontekstdə, Vaşinqtonun danışıqlara başlamadan əvvəl Moskvanın mövqeyinə yaxın açıqlamalar verməsi Kiyevdə ciddi şok effekti yaradıb. Ukrayna siyasətçiləri və ekspertləri bildirirlər ki, ABŞ-ın yeni siyasəti Ukraynanın Rusiya qarşısında güzəştlərə məcbur edilməsinə xidmət edə bilər. Hazırda Ukrayna rəhbərliyi və Qərb müttəfiqləri bu yeni mövqeyin konkret nəticələrinin necə olacağını diqqətlə izləyir. Vaşinqtonun son açıqlamalarının doğurduğu qlobal rezonans fonunda yaxın günlərdə yeni diplomatik gəlişmələrin olacağı gözlənilir. Musavat.com Geri qayıt |