Əsas Səhifə > Güney Press > ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilibBu gün, 07:08 |
![]() ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidməti bildirib. “ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib. Müzakirədə səfir Xəzər İbrahim, Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, ABŞ Konqresmenı Timoti Kennedi və Keşer İsraelin (həmçinin Corctaun sinaqoqu kimi tanınır – red.) ravvini Hayim Şafner iştirak ediblər”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub. Səfirlik “dolğun müzakirələrə görə” iştirakçılara təşəkkürünü bildirib. ![]() ![]() ![]() Geri qayıt |