Əsas Səhifə > Güney Press > Bu missiyanı aparmaq bizim üçün çox çətin idi
Bu missiyanı aparmaq bizim üçün çox çətin idiBu gün, 15:53 |
“Turan” İnformasiya Agentliyinin indiki formatda fəaliyyəti göz qabağındadır. Daha bunu deməyə ehtiyac yoxdur. Uzun müddətdir çətinliklərimiz var. Bu, reklam bazarı, maliyyə durumu ilə bağlı məsələlərdən asılıdır. Ona görə də, bu missiyanı aparmaq bizim üçün çox çətin idi". Bunu Teleqraf-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev deyib. Agentliyin fəaliyyətini dayandırmasının səbəblərindən danışan M.Əliyev bildirib ki, illərdir bu yolu gedirlər və son vaxtlar media qurumunun vəziyyəti daha da çətinləşib: “Ona görə də, agentliyin fəaliyyətini dayandırmaq qərarına gəldik. Yeni fəaliyyət üçün analitik məhsulların hazırlanmasına üstünlük verəcəyik. Buna tələbatın olduğunu düşünərək daha çox o işlə məşğul olmaq istəyirik”. M.Əliyev müəyyən sahələr üzrə mütəxəssislərin iştirakı ilə daha çox analitik məhsullar hazırlayacaqlarını söyləyib: “İndi informasiya axını çoxdur. Ona görə də analitik məhsullara tələbat böyükdür. Biz də o yöndə gedəcəyik”. Xatırladaq ki, “Turan” İnformasiya Agentliyi 1990-cı il may ayında yaradılıb. Agentlik fevralın 13-də işini dayandırmaq barədə qərar verib. Bununla bağlı “Turan”ın saytında müraciət dərc olunub. Geri qayıt |