Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Orxan Əsgərovun qatilinin edamını istəyən ata:
Orxan Əsgərovun qatilinin edamını istəyən ata:Dünən, 17:56 |
![]() Xəbər verdiyimiz kimi, İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı ölüm hökmünü təsdiqləyib. İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir bildirmişdi ki, iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. Onun sözlərinə görə, ölən şəxsin valideynləri gəlib qisas tələb edən kimi edam icra olunacaq. Səfirliyimizə hücum zamanı qətlə yetirilmiş Orxan Əsgərovun atası Rizvan Əsgərov isə ölüm hökmünün icrası zamanı orada olmaq istədiyini bildirmişdi. Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Rizvan Əsgərov qeyd edib ki, lazım olan bütün sənədlər göndərilib. Onun sözlərinə görə, hazırda İran tərəfdən xəbər gözlənilir: “Bir həftə bundan əvvəl sənədləri yenidən hazırladıq və Azərbaycan Respublikasının Baş Prokurorluğuna verdik. Onlar da İrana göndərdilər. Biz lazım olan sənədləri yollamışıq və İrandan xəbər gözləyirik. Hələ də xəbər yoxdur. Ailə üzvləri hamısı ərizədə qeyd edib ki, ailəmizin təmsilçisi kimi Əsgərov Rizvan orda iştirak etsin. İnşallah, planımızda budur ki, İrana gedim. Azərbaycan Respublikasının Baş Prokurorluğu, hüquq mühafizə orqanları sənədlərin hazırlanmasında yaxından iştirak etdilər. İşlə əlaqədar çox dəstək oldular, həmişə yaşıl işıqdır. Sağ olsunlar. Hazırda xəbər gözləyirik”. Geri qayıt |