Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Tramp Putinə kart-blanş verdi
Tramp Putinə kart-blanş verdiDünən, 18:04 |
![]() Xəbər verdiyimiz kimi, ötən gün ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutdu. Bir çox yerli və xarici ekspertlər, medialar bu danışıqları iki ölkə münasibətlərinin normallaşması kimi dəyərləndirməyə başlayıb. Putinin “məğlub lider”dən “qalib lider”ə çevrildiyini düşünənlər də var. Bu yaxınlıq fonunda Azərbaycan və Rusiya gərginliyi ölkəmizə nə vəd verir? Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, Donald Tramp səsləndirdiyi bəyanatlar, atdığı addımlarla öz şəxsi imicini rəhbərlik etdiyi dövlətin imicindən öndə tutur: “Ona görə də Rusiya-Ukrayna müharibəsini dayandırmaq missiyasını üzərinə götürüb. Yayılan məlumatlara görə, Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna müharibəsinin dayandırılması istiqamətində danışıqlar aparılacaq. Tramp özünü diqqət mərkəzinə çəkib, sülh vasitəçisi olduğunu göstərmək istəyir. Ümumiyyətlə, ABŞ xarici siyasətində atılan hər bir addım birbaşa dövlət liderinin iradəsindən asılı deyil. Prezident bu qərarları ya Pentaqon şefi, ya da ABŞ-a bağlı olan xüsusi xidmət orqanlarının rəhbərləri ilə məsləhətləşir”. Politoloq Donald Trampın Rusiya və Ukrayna arasında sülhü təmin edəcəyini düşünmür: “2017-2021-ci illərdə Tramp hakimiyyətdə olanda bir neçə dəfə Qərb dövlətlərinin israr və təkidi ilə Rusiya və Ukrayna liderləri bir masa arxasında əyləşib, gərginliyin aradan qaldırılması üçün müzakirələr aparırdılar. Lakin nəticə göz qabağındadır. Hazırkı vəziyyətdə Putinin tezliklə sülh sazişini imzalayacağını düşünmürəm. Müvəqqəti atəşkəs, yaxud da sənəd imzalana bilər. Ukrayna heç vaxt işğal olunmuş ərazilərinin Rusiyada qalmasını qəbul etməyəcək. Rusiyanın da mövqeyi məlumdur. Həmin ərazilərin öz səlahiyyətində qalmasında maraqlıdır”. Elçin Abdullayev qeyd edir ki, Rusiya dünyaya meydan oxuyan bir ölkə idi, hazırda isə Qərb tərəfindən ona qarşı yürüdülən siyasətin fonunda küncə sıxışdırılıb: “Rusiyanın bu dalandan çıxıb əvvəlki gücünü bərpa etməsinə ABŞ-ı idarə edən qüvvələr imkan yaratmayacaq. Müəyyən qədər nəfəslik qoya bilərlər. Amma bu da Rusiyaya heç nə vəd etməyəcək. Putin Azərbaycana meydan oxuya bilməyəcək. Hazırda münasibətlərin gərin olmasının səbəbi Rusiyanın rəsmi Bakının tələblərini yerinə yetirməkdən yayınmasıdır. Lakin Azərbaycanı da itirmək istəməz. Buna uyğun yanaşma nümayiş etdirməlidir. Tramp və Putin münasibətlərinin normal olması ölkəyə mənfi, yaxud da müsbət bir şey vəd etmir. Rəsmi Bakıya münasibətdə digər ölkələr Türkiyə amilini də nəzərə alırlar”. Geri qayıt |