Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Paşinyanın istefası prosesinə başlayırlar
Paşinyanın istefası prosesinə başlayırlar15-02-2025, 11:01 |
![]() Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının keçmiş deputatı Ovik Ağazaryan yaxın vaxtlarda Baş nazir Nikol Paşinyanın istefası prosesinə başlamaq niyyətindədir. Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti məlumat yayıb. Nəşr yazır ki, hazırda Ağazaryan etimadsızlıq prosesinə başlamaq üçün yeni yaratdığı partiyasının nümayəndələri ilə müxtəlif görüşlər keçirir, müzakirələr aparır. Xatırladaq ki, fevralın 8-də Ovik Ağazaryan və onun hakim partiyadan xaric edilmiş həmkarı Akop Aslanyan yeni yaradılmış Vahid Milli Sosialist Partiyasının təsis qurultayı keçirilib. Qurultayda çıxış edən Ağazaryan və Aslanyan bəyan ediblər: “Biz Nikol Paşinyanın yenidən seçilməsi və baş nazir olmasına imkan verməmək üçün mübarizə aparacağıq”. Geri qayıt |