Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > 30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var"
Əsas Səhifə > Güney Press > 30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var"

30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var"


15-02-2025, 12:06
30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var"
Bakının Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Məmməd sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan Xəyalə (adlar şərti verilib – red.) ilə intim əlaqədə olub və ona qarşı digər seksual hərəkətlər edib.

"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, Məmməd on altı yaşına çatmadığı ona məlum olan Xəyalə ilə öz aralarında razılığa gəlib və qeyri rəsmi ər-arvad münasibətlərinə daxil olublar.

Onlar əvvəlcə 27 aprel 2024-cü ildən Məmmədin yaşadığı Lənkəran rayonunun kəndində yerləşən fərdi evdə, daha sonra həmin ilin mayın 1-dən mayın 5-dək olan müddət ərzində müxtəlif tarixlərdə birlikdə yaşadıqları Sabunçu rayonunda yerləşən evdə bir neçə dəfə cinsi əlaqədə olublar.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həmkəndlisi və uzaq qohumu olan Xəyalə ilə bir-birini sevirlər: “Təxminən 2014-cü ildən Bakı şəhərinin Nardaran qəsəbəsində Mahirin evinin həyətindəki istixanada fəhlə işləyərək həmin həyətdəki 1 otaqlı mənzildə yaşayıram. Məhz yeməyimin bişirilməsi, paltarlarımı yuyulub təmizlənməsi mənim üçün çətin olduğuna görə bir neçə dəfə bu işindən ayrılaraq yaşadığım rayona getməyə məcbur olmuşam. Ona görə də qərara aldım ki, Xəyalə ilə evlənib, birlikdə Bakı şəhərinə gəlib, həmin işimdə işləyib, oradakı evdə yaşayaq. Odur ki, 2021-ci ilin aprel ayında valideynlərimin razılığı ilə nişanlansaq da, Xəyalə nikah yaşına çatmadığına görə valideynlərim qərara aldılar ki, toyumuz onun 17-18 yaşına çatandan sonra etsinlər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin fevral və mart ayları ərəfəsində yenə də Mahirin istixanasında işlədikdən sonra Xəyalə ilə öz aralarında, tezliklə evlənmələrini və birlikdə Bakı şəhərinə gələrək nəzərdə tutduğu mənzildə yaşamağı, Xəyalənin isə orta təhsilini Bakı şəhərində davam etdirməyi qərara alıblar: “Həmin ilin aprelin 27-də biz qeyri-rəsmi qaydada ailə həyatı qurduq və Lənkəran rayonunun kəndində olan evimizdə ilk dəfə cinsi əlaqədə olduq, Xəyalənin bakirəliyi pozuldu. Bunu həm də ona görə etdik ki, valideynlər Xəyalənin bakirəliyinin pozulduğunu bilərək, bizim evlənməyimizə qarşı çıxmaq fikirləri yaranmasın. Biz evləndiyimiz zaman Xəyalənin 16 yaşına çatmadığını bilmişəm”.

Məmmədin ifadəsinə görə, 2024-cü ilin mayın 1-də Xəyalə və qaynanası Günayla birlikdə Bakı şəhərinə, Mahirin Nardaran qəsəbəsindəki həmin bağ evinin həyətyanı sahəsində yerləşən birotaqlı evə gəliblər və orada yaşamağa, istixanada işləməyə başlayıblar: “Xəyalə isə Nardaran qəsəbəsində olan orta məktəbin 8-ci sinifdə orta təhsil almağa davam etdi. Mayın 5-dək olan müddət ərzində Xəyalə ilə yaşadığımız evdə bir neçə dəfə cinsi əlaqədə olduq. Xəyalə məndən şikayətçi deyil. Bizim artıq bir övladımız var. Biz ailə kimi yaşayırıq. Xəyalənin 18 yaşı tamam olan kimi rəsmi nikaha daxil olacağıq”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xəyalənin sözlərinə görə, onu nikah yaşına çatmadığı halda Məmmədlə evlənməyə heç kim, o cümlədən valideynləri məcbur etməyib: “Əksinə valideynlərim bizim toyumuzun 17-18 yaşıma çatandan sonra etməyi və bundan sonra nikaha girməyimizi nəzərdə tutublar. Lakin Məmməd üçün Bakı şəhərində işləyərək yaşamaq, təkbaşına yeməyini, təmizliyini təmin etmək çətin olduğuna görə mən və Məmməd öz aramızda tezliklə evlənməyi qərara aldıq. Məmmədlə öz razılığım ilə könüllü olaraq cinsi əlaqədə olmuşam. Bunun üçün Məmməd mənə heç bir zor tətbiq etməyib”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmmədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.

Geri qayıt