Əsas Səhifə > Güney Press > Diplomatlarımıza qarşı terror aktları törədilə bilər

Diplomatlarımıza qarşı terror aktları törədilə bilər


19-02-2025, 17:06
Diplomatlarımıza qarşı terror aktları törədilə bilər
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu diqqət çəkən məlumat yayıb.
Kəşfiyyatçıların məlumatına görə, Ukrayna danışıqları pozmaq istəyir. Bunun üçün variantlardan biri kimi Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərinə qarşı silsilə terror aktlarının həyata keçirilməsi nəzərdən keçirilir.

Məlumatda qeyd edilib ki, bu barədə Avropada aidiyyəti qurumlar da məlumatlıdırlar: "Ukraynanın Almaniya, Baltikyanı və Skandinaviyada analoji hücumlara cəhd etməsi ehtimalı yüksəkdir".

Kəşfiyyat xidmətinin məlumatına görə, Kiyevin Slovakiya və Macarıstanda terror aktları törətməyə cəhd etməsi də mümkündür.

AzVision.az

Geri qayıt