Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyibBu gün, 08:56 |
![]() ABŞ Konqresinin Nümayəndələr Palatası Respublikaçılar Partiyasının ölkə üçün 2025-ci maliyyə ili üçün təklif etdiyi büdcəni (ötən il oktyabrın 1-dən başlayıb) təsdiqləyib. "Report"un xəbərinə görə, ABŞ-nin qanunverici orqanının aşağı palatasında keçirilən səsverməni C-SPAN telekanalı yayımlayıb. Qanun layihəsini Nümayəndələr Palatasının 217 üzvü dəstəkləyib, 215 nəfər sənədin əleyhinə səs verib. Bundan əvvəl Konqresin aşağı palatasına təqdim edilən büdcə layihəsi ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənib. O, həmçinin Palatanın iki komitəsinin təsdiqi üçün tövsiyə olunub. Eyni zamanda, “Politico” qəzeti qeyd edib ki, Konqres Senatı daha əvvəl qanunverici orqanın yuxarı palatasında respublikaçılar tərəfindən təklif olunan büdcə layihəsini təsdiqləyib. Beləliklə, hər iki palatadakı qanunvericilər fikir ayrılıqlarını aradan qaldırmaq üçün çox çalışmalı və hamını qane edəcək ümumi büdcə hazırlamalı olacaqlar. Konqresin hər iki palatası Respublikaçılar Partiyasının nümayəndələri tərəfindən idarə olunur. Geri qayıt |