Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Əziz Orucova hökm oxunub
Əziz Orucova hökm oxunubBu gün, 13:43 |
![]() "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Report"un məlumatına görə, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı Əziz Orucovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb. Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Geri qayıt |