Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildiBu gün, 10:00 |
![]() Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrinin Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtında təqdimat mərasimi keçirilib. Mərasimdə ölkə rəsmiləri, Əlcəzairdə akkreditə olunan xarici ölkələrin səfirləri və diplomatları, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər. "DİA-AZ" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri Tural Rzayev, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, akademik Nərgiz Axundova və başqaları “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının əhəmiyyətindən danışaraq bildiriblər ki, kitabda Vətən müharibəsində qazanılan Şanlı Qələbə və bu Qələbənin memarı olan Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti və şəxsiyyət faktoru öz əksini tapıb. Qeyd edilib ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq 10 dildə nəşr edilib və dünyanın bir sıra ölkələrində təqdimatı keçirilib. Mərasimdə qonaqlara Azərbaycan, işğaldan azad edilən torpaqlarımız, bu ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri haqqında film nümayiş etdirildi. Qonaqlar üçün Azərbaycan milli musiqisi səsləndirilib və sonda ziyafət təşkil edilib. Qeyd edilməlidir ki, kitabın təqdimat mərasimi haqqında məqalə və xəbərlər Əlcəzairin kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırılıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |