Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Rublun bahalaşması davam edə bilər?
Rublun bahalaşması davam edə bilər?Bu gün, 11:00 |
![]() Rusiya Mərkəzi Bankı 2024-cü ilin avqust ayından bəri ilk dəfə dolların rəsmi məzənnəsini 86 rubl səviyyəsindən aşağı - 85,9279 rubl səviyyəsində müəyyən edib. "Alfa Capital Management Company"nin baş treyderi Vladislav Silayev bildirib ki, rublun əsas hərəkətverici qüvvəsi hələ də eynidir - geosiyasət. “Bu həftə Rusiyada daha bir vergi dövrü davam edir. Onun pik nöqtəsi ayın 28-də olacaq - bu tarixə qədər rublun vergi ödəyicilərinin valyuta satışları hesabına maksimum möhkəmlənməsini görmək mümkün olacaq”, - ekspert hesab edib. “Tsifra Broker”in aparıcı analitiki Nataliya Pıryeva qeyd edib ki, rublu - geosiyasət, Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşması, beynəlxalq ticarətin potensial bərpası və xarici kapitalın Rusiyaya qaytarılması ilə bağlı nikbinlik dəstəkləyir. “Mənfi reallıqda özünü göstərir – tədiyə balansının cari göstəriciləri zəif olaraq qalır, neft bazarında vəziyyət o qədər də ürəkaçan deyil”, - ekspert əlavə edib. "Alor Broker İnvestisiya Şirkəti"nin investisiya konsaltinqinin rəhbəri Aleksey Antonov hesab edir ki, rublun korreksiyaedici zəifləməsi sadəcə zəruridir. “Rusiya valyutasının gələcək dinamikası Ukrayna ilə bağlı danışıqlara dair xəbərlərin fonundan asılı olacaq, lakin biz güclü ucuzlaşma proseslərini proqnozlaşdırmırıq”, - Antonov deyib. Bununla belə, "BCS World of Investments"in eksperti Mixail Zeltser qeyd edib ki, xarici valyutalar texniki cəhətdən zəifdir. Onun hesablamalarına görə, dollara dəstək səviyyəsi 85 rubl, avro üçün isə 90 rubldur. “Əsas etibarilə vergi dövrü başa çatır, valyuta satıcılarının töhfəsi tezliklə azalacaq və fevralın 27-də neft sənayesinə qarşı yanvar ayında elan edilmiş sanksiyalar qüvvəyə minəcək. Ola bilsin ki, rubl bir qədər ucuzlaşacaq, - analitik proqnozlaşdırır. "Pervaya İdarəetmə Şirkəti"nin baş analitiki Natalia Vaschelyuk deyir ki, qarşıdakı həftədə geosiyasətin valyuta bazarına təsiri yüksək qala, dolların məzənnəsi isə 85–95 rubl, yuan isə 11,6–13 rubl diapazonda ola bilər. Marja.az Geri qayıt |