Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı
Əsas Səhifə > Güney Press > Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı

Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı


Bu gün, 01:22
Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı
Qazaxıstanın Almatı şəhərində baş verən kuryoz hadisə barədə “Rostov azərbaycanlıları” səhifəsi məlumat yayıb.

"DİA-AZ" Axar.az-a istinadən xəbər verir ki, lənkəranlı Pərviz Aydın oğlu Dədəcanov küçədə gedərkən iki nəfərin yanında iki övladı olan qadına qarşı zorakılıq etdiyini, onu qarət etməyə çalışdığını görüb. Qadının köməyinə çatan P.Dədəcanov sözügedən şəxslərlə dava edib.

P.Dədəcanov qadını və uşaqlarını xilas edib, hadisə yerinə isə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, hücum edən iki nəfər erməni əsillidir. Onlar üzlərinin əzilməsi və çənələrinin qırılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

P.Dədəcanovu isə polis saxlayıb. Hadisə araşdırıldıqdan və lənkəranlı gəncin qadını və uşaqları xilas etdiyi üzə çıxandan sonra o, azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 10 gün öncə baş verib.
Geri qayıt