Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda
"Çoxsaylı müharibələr görmüş Cənubi QafqazdaBu gün, 12:47 |
![]() Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar. Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb. Qeyd edək ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar. Orta Asiyada Rusiyanın və İranın iştirak etmədiyi, iki tərəf arasında anlaşmanın mümkün olduğunu gördük. Bu proses Cənubi Qafqazda da sadəcə iki tərəfin iştirakıyla anlaşmanın mümkün olduğuna işarə sayıla bilərmi? Kənar müdaxilə olmasa sülh Cənubi Qafqaza daha erkən gələrmi? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dövlət sərhədlərinin müəyyənləşdirilməsi kənar vasitəçilərin iştirakı olmadan ikitərəfli qaydada həll olunmalıdır: “Kənar vasitəçilərin iştirakı regiondan kənar maraqları ortaya gətirir və bu da sərhədlərlə bağlı məsələlərin uzun illər mübahisəli qalmasına yol açır. Bu baxımdan Azərbaycanla Ermənistan arasında baş tutmuş sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də ikitərəfli görüşmələrin çox əhəmiyyətli olduğunun göstəricisidir. Azərbaycan və Ermənistan arasında Baş nazirlərin birinci müavinlərinin başçılıq etdiyi sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı yaradılmış komissiya çox effektiv fəaliyyət göstərir. Belə ki, yaxın gələcəkdə yeni ərazilərin də delimitasiyası olunduğunu müşahidə edəcəyini hesab edirəm”. Deputat vurğulayıb ki, bu gün Azərbaycanla Ermənistan arasında həm sülh danışqlarının aparılmasında, həm də digər məsələlərin müzakirəsində kənar vasitəçilərə ehtiyac qalmayıb. Azər Badamov hesab edir ki, hətta vasitəçilərin vasitəçilik etdiyi dövrdə iki ölkə arasında aparılan müzakirələrdə müsbət nəticələr əldə olunmurdu, amma ikitərəfli format yaranadan sonra regiona sülhün gəlməsini mümkün edən məsələlər ətrafında müzakirələrin getdiyini görürük. “Cənubi Qafqaz müharibələr və münaqişələri çox görmüşdür. İndi regionumuzun sülh və əməkdaşlıq içində yaşanmaq zamanıdır”-deyən deputat hesab edir ki, bu baxımdan Cənubi Qafqazın problemləri ancaq elə Cənubi Qafqaz ölkələrinin özləri həll etməlidir. Geri qayıt |