Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Əmək müqavilələri bağlamadan fiziki şəxslərin...
Əmək müqavilələri bağlamadan fiziki şəxslərin...Dünən, 08:14 |
![]() İşəgötürən tərəfindən - Əmək müqavilələri bağlamadan, fiziki şəxslərin hər hansı bir əmək münasibətlərinə cəlb edilməsi - onlar üçün aşağıda göstərilən qaydada məsuliyyət yaradır: AR-sı Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə də işəgötürənlər, istərsə də başqa şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui - istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: Maddi, intizam, inzibati, cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 - ci maddəsinə əsasən: Azərbaycan RespublikasıƏmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tər-n şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə: Fiziki şəxslər: min manatdan - iki min manat məbləğdə, Vəzifəli şəxslər: üç min manatdan - beş min manatadək məbləğdə, Hüquqi şəxslər: iyirmi min manatdan-iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası ƏməkMəcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən:"xeyli sayda" işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən işəgötürənlər: Yeddi min manatdan - on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə — üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən - yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Xeyli sayda”dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.shop) Geri qayıt |