Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > 14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU
Əsas Səhifə > Güney Press > 14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU

14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU


Dünən, 12:01
14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU
Şəmkirdə 14 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb. Qızın ailəsi elçiliyə gələn şəxslərə “yox” deyib. Amma qız oğlana qoşularaq qaçıb.

Musavat.com xəbər verir ki, 23 yaşlı Qədir (ad şərtidir) Şəmkir rayonuna gedərkən orada Şəbnəmi (ad şərtidir) görərək bəyənb.

Bu haqda məhəllədə olan uşaqlardan biri ilə Şəbnəmə xəbər də göndərib.

Şəbnəm də Qədirin maşının üstünə yazılmış “TikTok” profilini götürərək onunla əlaqə saxlayıb. Bir müddət danışdıqdan sonra Qədir ailəsini elçi olaraq Şəbnəmgilə göndərib. Şəbnəmin ailəsi qızlarının 14 yaşı olduğunu bildirərək elçiləri əliboş göndərib. Bundan bir neçə gün sonra Qədir Şəbnəmi qaçıraraq əvvəlcə qohumlarının evinə, sonra da ata evinə gətirib.

Şəbnəm qaçırılan zaman onun ailəsi polisə məlumat verməyib. Polis özü bu barədə məlumat əldə edəndən sonra Şəbnəmin ailəsini şöbəyə dəvət edib.

Tərəflər biri-birilərindən şikayətçi olmayıblar. Qədirin ailəsi isə iddia edib ki, Şəbnəmin 14 yaşının olmasını polisdə olan zaman öyrəniblər.

Şəbnəm və Qədir evlənmək niyyəti ilə qaçdıqlarını, bir-birlərini sevdiklərini deyiblər. Amma bütün bunlar Qədiri cinayət məsuliyyətindən kənar qoymayıb.

Məhkəmə Qədiri günahkar bilərək barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Geri qayıt