Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir”
Əsas Səhifə > Güney Press > “Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir”

“Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir”


Dünən, 12:26
“Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir”
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Ermənistanın mina terroruna diqqət çəkib. Hikmət Hacıyev Ermənistanın bu gün də nəhəng mina istehsalçısı olaraq qaldığını vurğualyıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Ermənistanın mina istehsalının bütün insanlıq üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib:

“Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində, eləcə də işğal dönəmində baş verənlər Ermənistanın mina terrorunun sərhəd tanımadığını, bu terrorun yalnız hərbçiləri deyil, eləcə də mülki insanları – uşaqları, qadınları, qocaları hədəf aldığını göstərdi. Yaxın tarixi keçmiş göstərdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz məkirli məqədlərinə çatmaq üçün mina terrorundan gen-bol istifadə edir, beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur.

Hörmətli Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Ermənistan bu gün də regionda nəhəng mina istehsalçısıdır. Ermənistanın mina istehsalından əl çəkməməsi onun hələ də bədxah niyyətlərlərin əsiri olduğunu göstərir.

Ermənistanın tarixən müxtəlif terror təşkilatları ilə geniş əməkdaşlıq etdiyini nəzər alsaq, bu ölkədə istehsal edilən minaların terrorçuların əlinə düşməsi ehtimalı böyükdür. Bu baxımdan dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Ermənistanın mina istehsalını nəzarətdə saxlamalı, İrəvanın mina terroru syasətini əngəlləmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir”.

Geri qayıt