Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən
Əsas Səhifə > Güney Press > Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən

Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən


Dünən, 15:50
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən
Dövlət başçısı tərəfindən ləğv edilən “Azərbaycan Sənaye Korporasiyası” ASC 2023-cü il üzrə hesabatı açıqlanıb.

FED.az xəbər verir ki, ASC 2023-cü il xalis zərərlə başa vurub.

Belə ki, dövlət qurumu illik 2023-cü ili 8 milyon 948 min manat xalis zərərlə başa vurub. Halbuki, bu 2022-ci ildə 46 milyon 202 min manat xalis mənfəət əldə etmişdi.

Şirkətin gəlirləri ötən il 326,1 milyon manat olub. Gəlirlər son bir ildə 108,1 milyon manat və ya 25% azalıb.

Bundan başqa satışın maya dəyəri 312,2 milyon manat, ümumi və inzibati xərcləri 21,1 milyon manat , satış və paylanma xərcləri 6,5 milyon manat, köhnəlmiş mal-material ehtiyyatları üzrə təminat xərcləri 261 min manat debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərəri 604 min manat , maliyyə xərcləri 933 min manat, digər gəlirləri 3 milyon 332 min manat, mənfəət vergisi ödəmələri isə 1 milyon 956 min manat təşkil edib.

Əvvəlki illə müqayisə də satışın maya dəyəri 28,1 milyon manat və ya 8,3 % azalıb , ümumi və inzibati xərcləri 0,4 milyon manat 1,9% artıb, satış və paylanma xərcləri 7,2 milyon manat və ya 2,1 dəfə, köhnəlmiş mal-material ehtiyyatları üzrə təminat xərcləri 1,4 milyon manat (6,6 dəfə) , maliyyə xərcləri 169 min manat və ya 15,3%, digər gəlirləri isə 884 min manat (36%) artıb.

Bu il yanvarın 1-nə Azərbaycan Sənaye Koroprasiyasının aktivləri 1 milyard 745 milyon manat olub ki, bu da illik müqayisədə 244 milyon manat və ya 16,3% çoxdur.

Hesabat dövründə korporasiyanın öhdəlikləri 26,1% başqa sözlə 18,4 milyon manat artaraq 89,1 milyon manata çatıb. Balans kapitalı 1 milyard 385 milyon manata bərabər olub ki, illik müqayisədə 45 milyon manat və ya 3,1% azalma baş verib.

Bölüşdürülməmiş mənfəətin həcmi 75,6 milyon manat təşkil edib. Bu da son bir ildə 1,6 milyon manat yəni 2,1% artım deməkdir.

Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən

Geri qayıt