Əsas Səhifə > Güney Press > ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər


Bu gün, 12:02
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvi planlarını öyrənir. ABŞ prezidentinin administrasiyası məhdudiyyətləri yumşaltmaq planlarını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “Reuters” agentliyinin yazdığına görə, prezident Donald Tramp Moskva ilə əlaqələri bərpa etməyə və Ukraynada müharibəni dayandırmağa çalışdığı üçün ABŞ Rusiyaya qarşı sanksiyaları potensial olaraq yumşaltmaq planı hazırlayır.

“ABŞ administrasiyası rəsmilərinin diplomatik və iqtisadi münasibətləri yaxşılaşdırmaq müstəvisində Moskva ilə daha geniş danışıqlar çərçivəsində yaxın günlərdə Rusiya rəsmiləri ilə müzakirə apara bilməsi üçün Ağ Ev Dövlət departamentinə və Maliyyə nazirliyinə yüngülləşdirilə biləcək sanksiyaların siyahısını hazırlamağı tapşırıb”, - agentliyin mənbələri deyiblər.

Onların iddiasına gröə, sanksiya idarələri hazırda bəzi hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı oliqarxlara qarşı sanksiyaların ləğvi ilə bağlı təklif hazırlayır.

Yeri gəlmişkən, Donlad Trampın özü də Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarını aradan qaldıra biləcəyini istisna etməyib.

- Ukrayna münaqişəsinə son qoymaq üçün sövdələşmələr edəcəyik”, - ABŞ prezidenti bununla bağlı sualın cavabında deyib.

Geri qayıt