Əsas Səhifə > Güney Press > Bakıdakı ermənilər Paşinyanı belə satdı
Bakıdakı ermənilər Paşinyanı belə satdıBu gün, 16:16 |
![]() Azərbaycanlılar qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Arayik Arutyunyanın prosesdə səsləndirdiyi etiraflar diqqət çəkir. Belə ki, o, 2020-ci ildə müharibə vaxtı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistan Baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini bildirib. “Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi (Bako Saakyan, Arkadi Qukasyan-red.) də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın” – deyə, o, qeyd edib. Bu real ola bilər? Araik Əliyevə məktub yazsa idi, nələr dəyişə bilərdi? Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Mnatsakayan və Arutyunyan özlərini müdafiə etmək üçün bu qəbildən açıqlamalar verirlər: “Fakt belədir ki, İkinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı terror olub. Gəncə, Tərtər, Bərdə bombalanıb. Mülki əhali zərər görüb, həyatını itirənlər olub. Bu gün məhkəməyə çıxarılan separatçı rejimin liderləri günahı başqalarının üzərinə atmaqla məğlubiyyəti adlarından atmaq istəyirlər. Özlərinin təqsirkar olmadıqlarına diqqət çəkirlər. Məktub yazmaq istəsəydi, həqiqətən edərdi. Onun qarşısını nə aldı? Paşinyanı hədəf göstərməsi inandırıcı deyil. Çünki həmin vaxt Arayik Arutyunyan da Nikol Paşinyanla eyni hissləri bölüşüb, eyni xətti izləyiblər. Əgər məktub yazılsa idi, nə baş verərdi – bunu demək çətindir. Hər bir halda heç bu faktın real olub-olmadığı bilinmir. Bütün bunlar məhkəmə prosesində məlum olacaq. Azərbaycan xalqının gözündə imicini dəyişmək, daha az cəza almaq üçün belə addımlar atamaları da istisna edilmir. Məhkəmə prosesində adətən sözügedən hallara tez-tez rast gəlinir”. Geri qayıt |