Əsas Səhifə > Güney Press > Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək

Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək


Bu gün, 17:22
Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısını öldürməyi planlaşdırmaqda, terror aktlarına hazırlıq görməkdə və digər ağır cinayətlərdə təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva icra başçısı Taleh Qaraşovun zərərçəkmiş qismində məhkəmədə dindirilməsini istənilib.
"Onun iclasda iştirakı vacibdir. Müvəkkilim ağır cinayətlərdə ittiham olunur, zərərçəkmiş şəxsin nə özü, nə də nümayəndəsi iştirak etmir".

Prokuror zərərçəkmişin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını istəyib.

Hakimlər yerində müşavirə edərək Taleh Qaraşovun növbəti məhkəmə prosesinə çağrılması ilə bağlı bildiriş göndəriləcəyini bildirib.

Proses aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəranın icra başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Lakin o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində cinayət əməllərini yekunlaşdıra bilməyib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb olunan Bəhruz Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. İş üzrə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı və xarici ölkə vətəndaşı zərərçəkmiş qismində tanınıb.

Geri qayıt