“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin .....                     Erməni cəmiyyəti aşınıb .....                     "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" .....                     Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru .....                     Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik .....                     Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib .....                     Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib .....                     Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? .....                     “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək .....                     Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək .....                     Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... .....                     Pezeşkianı Bakıya niyə buraxmırlar? .....                     Rusiyadan Sərkisyan açıqlaması: .....                     Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... .....                     Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib .....                     Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? .....                     Tanınmış alim Qüdrət İsaqov vəfat edib .....                     Türkiyədə fitrənin məbləği açıqlandı: .....                     “Səni sevdiyimi sən bil, bəsimdir” .....                     “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır .....                     Maliyyə Nazirliyini təmizləyəcək şirkət .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                 

“Mənim adımdan “Nikoil Bank”a yazılan ərizədəki imza saxtadır” - ŞİKAYƏT
Tarix: 20-10-2016, 07:57 | Çap et
“Mənim adımdan “Nikoil Bank”a yazılan ərizədəki imza saxtadır”
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən Bakı şəhəri Nizami rayon sakini, 1963-cü il təvəllüdlü Fatma Heydər qızı Əliyeva bildirib ki, o, “Nikoil Bank”ın 9 saylı filialında baş mütəxəssis işləyən Azad Abıyev adlı şəxs tərəfindən aldadılıb və hətta zorakılığa məruz qalıb. Şikayətçinin sözlərinə görə, Azad Abıyevin saxtakarlığı üzündən, o evindən məhrum olub və “Nikoil Bank”indi onun mənzilini əlindən almaq istəyir: “Evimi təmir etdirmək və şəkər xəstəsi olan bacımın müalicəsi üçün 2014-cü il noyabrın 24-də həmin banka müraciət edib kredit ayırmağı xahiş etmişəm. Orda işləyən Azad Abıyev adlı baş mütəxəssis sənədlərə 12500 (on iki min beş yüz) manat yazmaqla, 10000 (on min) manat kredit verdi.

Mən dedim ki, mənə 10 min lazımdır, o isə sənədlərə 2500 manat artıq yazdı və dedi ki, bu artıq məbləğ bankın xərcidir. Məndən 400 manat da notarius xərci aldı, evimi banka girov qoyduq. Mənimlə ilk dəfədən mehriban davranmış, isti münasibət göstərmişdi. Mən də ona “oğlum” deyirdim və səmimiyyətinə inanırdım. Daha sonra evimin təmiri zamanı ortaya əlavə xərclər çıxdı, mən yenidən banka getdim. 2014-cü il dekabrın 18-də Azad Abıyevin yanına gedərək, 3 min manat da kredit ayırmalarını xahiş etdim.

O dedi ki, sabah tezdən gəl, direktor Seymur müəllim burda olmayacaq, mən tələsik sənədləri hazırlayaram, gedərsən. Dekabrın 19-da mənə 3 min manat verdi, amma sənəddə 24300 (iyirmi dörd min üç yüz) ABŞ dolları yazdı. Əlavə olaraq, məndən ikinci dəfə girov müqaviləsi üçün 400 manat notarius pulu alındı. Mən sevincək pulu alıb getdim evə, sənədlərə də baxmadım”.

O qeyd edib ki, növbəti ay banka pul ödəməyə gedəndə, ondan krediti manatla yox, dollarla ödəməyi tələb ediblər. “Mən işçidən səbəbini soruşanda, Azad Abıyev qolumdan tutub öz otağına çəkdi və dedi ki, “Fatma xanım, səndən üzr istəyirəm, mənim yadımdan çıxdı, sənə müqavilənin dollarla olduğunu demədim”. Onun dediyinə görə, 24300 ABŞ dolları ümumi məbləğ idi. Amma 10 min manatın üstünə 3 min manat gələndə 24300 dollar eləmir axı? Azad Abıyev məndən xahiş etdi ki, hələlik “sakit” durum, o da öz maşınını satıb mənim üstümə yazılan artıq məbləği özü ödəyəcək.

Yeddi ay ərzində məni aldatdı, “atamın goruna and olsun” deyə andlar içərək, məni pis vəziyyətə qoydu. Sonra bank 2015-ci ilin dekabrında məni məhkəməyə verdi. Nizami Rayon Məhkəməsində hakim Məzahir Sadıqov məni dinlədi, dedi narahat olma, sənə kömək edəcəyəm. Amma iyunun 9-da qətnamə çıxarıldı ki, evimdən çıxarılım. Ondan qabaq isə Səliqə adında bir qadın gəlmişdi evə, dedi ki, Azad müəllim onu göndərib, evi 30 min manata Azada sat, yoxsa bank əlindən alacaq. Mənsə o qadını qovdum. Birinci məhkəmədə uduzandan sonra, mən iyunun 14-də Azadın yanına getdim, dedim ki, “Azad müəllim, sən məni aldatdın, şikayətim olmadığı barədə kağızlara imzalatdırdın, amma indi özünü kənara çəkmisən”.

O da məni təhqir etdi və qolumu qıraraq bankdan qovdu”, – deyə şikayətçi bildirib. Fatma Əliyeva polisə şikayət etdiyini qeyd edib: “Mən 102-yə müraciət etmişəm, bu dəqiqə bütün sənədlərim hazırda Nərimanov Rayon Polisindədir, Xıdır Xıdırov araşdırıb. Nərimanov Rayon Prokurorluğunda Vüqar Əliyev mənə dedi ki, bir ay içində iki dəfə kredit verilməsində vəzifə saxtakarlığı və korrupsiya elementləri var. Digər tərəfdən, Azad Abıyev 96 saylı notariusda girov müqaviləsi üçün 34 manat rüsum keçirib, amma məndən 400 manat alıb, özümü maşında saxlamış, özü isə gedib sənədləri rəsmiləşdirmişdi. Hazırda Bakı Apellyasiya Məhkəməsində proses gedir. Sizdən xahiş edirəm ki, məsələnin ictimailəşməsi və haqq səsimin ölkə rəhbərliyi tərəfindən eşidilməsi üçün, mənə dəstək verəsiniz. Azad Abıyev və “Nikoil Bank”ın məni məruz qoyduğu fırıldaqlar cəzasız qalmamalıdır”.

Oktyabrın 5-də Qafqaznews.az-a zəng edən Azad Abıyev adlı şəxs bildirdi ki, Fatma Əliyevanın sözlərinə münasibət bildirmək istəyir. “O, bizdən birinci manatla kredit götürmüşdü, sonra gəldi ki, pul mənə azlıq edir, yenə kredit istəyirəm. Biz bildirdik ki, ancaq dollarla verə bilərik, o da razılaşdı. Birinci müqavilənin borcunu bağlamaqla, ikinci müqavilə imzaladıq. Burda qanunsuz heç nə yoxdur. Onun dediklərinin heç bir əsası yoxdur, nə qədər pul yazılıbsa, hamısını alıb. Heç bir “şapka”dan, “bank xərci”ndən söz gedə bilməz. Sadəcə, birinci devalvasiyadan sonra pulu ödəyə bilmədi, çətinlik çəkdi. Biz Fatma Əliyevanı çağırdıq ki, adamlar var, evi sat, banka borcunu ödə, sənə də pul qalacaq. O isə imtina etdi. İkinci devalvasiyadan sonra da gəlmişdi, ərizə yazdı ki, həqiqətən də o qədər pulu alıb və hətta ərizəsində bank işçilərinə təşəkkür etmişdi. Bu il iyunun 14-də gəldi banka hay-küy saldı, bizim də Mühafizə Polisiylə müqaviləmiz var deyə, düyməni basdıq, gəldilər. Sonra özü 102-yə şikayət etdi.. Gedib polisdə ifadə də vermişəm. Ona qarşı heç bir zorakılıq olmayıb, şahidlər də var”, – deyə A.Abıyev bildirdi.

Azad Abıyev dediklərinin təsdiqi olaraq, Qafqaz Xəbər Agentliyinə ikisi əllə yazılmış, biri isə kompüterdə yığılan imzalı ərizə təqdim edib. Oktyabrın 18-də Qafqaz Xəbər Agentliyinə yenidən müraciət edən Fatma Əliyeva bildirdi ki, əlyazma olan iki ərizəni şəxsən yazsa da, bu ərizələri ona Azad Abıyev yazdırıb.

“O, məni aldatmışdı və inandırmışdı ki, maşınını satıb mənə kömək edəcək. Amma kompüterlə yazılan digər ərizədən xəbərim yoxdur. Mən elə ərizəyə qol çəkməmişəm. Açıq-aşkar bilinir ki, ordakı qol da mənim deyil. Eskpertiza keçirilsə, bunu açıq müəyyən etmək olar. Lakin nə məhkəmə, nə də hüquq mühafizə orqanları səviyyəsində haqlı olduğuma heç kimi inandıra bilmirəm. Oktyabrın 17-də mənim vəkilim üzrlü səbəbdən rayonda ola-ola, eyni zamanda “Nikoil Bank”ın nümayəndəsi iştirak etmədən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Azad İmanov üzümə hökm oxudu.

Bir sözlə, Nizami Rayon Məhkəməsinin evimi hərraca çıxarmaq barədə qərarı qüvvədə saxlanıldı. Azad Abıyev şəxsi maraqları üçün həm məni aldatdı, həm də evimdən məhrum etdi. Mən məhkəmələrdə süründüyüm vaxtda Azad Abıyevə necə təşəkkür edə bilərdim? Mən heç şəkər xəstəsi də deyiləm. O, tamamilə yalan danışır”, – deyə Fatma Əliyeva vurğulayıb.

Azad Abıyev isə bildirdi ki, Fatma Əliyeva ərizələrdən birini poçtla göndərib, digərini isə bankda imzalayıb: “Video yazısı da var, Sizə göndərərəm, baxarsınız”.

Biz videoya baxdıq, həmin videoda sadəcə bir qadının çap edilmiş kağızı oxuması qeydə alınıb. Hansı ərizənin olduğu və ya imzalanması barədə faktlar olmadığından, eyni zamanda Azad Abıyevin öz istəyi ilə həmin videonu yayımlamırıq. Hüquq Müdafiəçisi Zümrüd Məmmədova isə hesab edir ki, “Azad Abıyev mənim sevimli bankirimdir” sözləri yazılan ərizələr banallığı ilə diqqəti çəkir: “Biz də bankdan kredit götürürük, hamımız bizə kredit verən mütəxəssislərə yazılı təşəkkür etməliyik? Bu absurddur. Hüquq mühafizə orqanları bu faktları ciddi araşdırmalıdır”.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28
“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19
Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17
Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13
Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03
Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02
Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru