“Səni sevdiyimi sən bil, bəsimdir” .....                     “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır .....                     Maliyyə Nazirliyini təmizləyəcək şirkət .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                 

Neftçala Rayon İcra Hakimiyyətindən Lerikə “qışlaq” SANKSİYASI - NARAZILIQ VAR...
Tarix: 29-10-2016, 08:21 | Çap et
Neftçala Rayon İcra Hakimiyyətindən Lerikə “qışlaq” SANKSİYASI
Yarım əsrdən çox idi ki, Lerik rayonunun qoyunçuluq təsərrüfatları payız başlayar-başlamaz qoyun sürülərini Neftçaladakı və Biləsuvardakı qışlaq ərazilərinə sürüb aparardılar. Hətta sovet dönəmində bu təsərrüfatlarda çalışan briqadirlərin, çobanların məktəbli uşaqları üçün təhsil ocaqları da yaradılırdı ki, onlar da kəmsavad, yəni savadsız qalmasınlar. Bu işlər o qədər dəqiq tənzimlənmişdi ki, Neftçalanın da, Biləsuvarın da dövlət strukturları və hüquq mühafizə orqanları hətta bu təsərrüfatlarda çalışan insanlara nəinki mane olur, əksinə, bütün vasitələrlə yardım göstərir, problemlərini həll etməyə çalışırdılar.

İndi, yəni qışlaq mövsümünün başladığı bu günlərdə Lerik rayonunun damazlıq qoyunçuluq təsərrüfatının rəhbərliyi, öz dövrünün tanınmış təsərrüfat rəhbərlərindən olan Meyxos müəllim, Lerikdə fəaliyyət göstərən fermerlərin hamısı həmən günləri ömürlərinin ən xoş anları kimi xatırlayrılar. Hələ üstəlik dərindən ah çəkib bunu da deyirlər ki, "Allah sənə qəni-qəni rəhmət eləsin Lenin baba, hayıf sənin qurduğun dövlətdən.”Bu nastolji hisslər lerikli təsərrüfat adamlarına bəzən elə güc gəlir ki, oturub o günlər üçün lap ağlamaq istəyirlər. Bil mərrə durub niyəsini və nə üçününü soruşsanız gərək mən də təfsilatı olduğu kimi danışım:

Miq.Az-ın araşdırmalarına görə, keçən əsrin ortalarında Lerik qoyunçuluq təsərrüfatlarının Neftçalada 18 min hektar, Biləsuvarda isə 5-6 min hektar qışlaq torpaqları var idi. Təsərrüfatlar yay qurtaran kimi sürüləri arana, yəni bu qışlaq torpaqlarına sürür, qış qurtaran kimi də dağa, yaylağa qalxırılar. Dədə-babadan qalan bu həyat tərzi minlərlə ailənin dolanışığında əsas rol oynayırdı və indi oynamaqdadır. Gələcəyi hələ bəlli deyil. Müstəqillik illəri başlayanda da vəziyyət beləcə davam edirdi. Hətta ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə islahatlar aparılandan sonra kolxoz və sovxozlar dağılsa da Leriklilərin qışlaq torpaqları yerində qalırdı. Çünki kolxoz və sovxozlar dağılmışdı, daha qoyunlar qırılıb qurtarmamışdı ki... İnsanlar yeni iqtisadi münasibərlərə alışıb çox az bir zamanda fermer təsərrüfatları yaratmağa başlamışdılar. Zarafat deyil, bu ilin iqtisadi göstəricilərində qeyd edilir ki, hazırda Lerik rayonunun fərdi və fermer təsərrüfatlarında 130 minədək qoyun var. Və bu heyvanların da ən azından 70 mini payız girən kimi qışlağa sürülür.

Bu qədər heyvan varsa deməli onların qışlağa ehtiyacları da qalır. Lakin bunlara baxmayaraq, beş-altı il əvvəl Neftçalanın icra strukturlarının rəhbərləri fürsəti fötə verməyib Lerik rayonunun təsərrüfatlarına ayrılmış qışlaq torpaq sahələrini almağa və "işbaz adamlara” satmağa qərar verdilər. İlk kəşfiyyat xarakterli bu "təcavüz” (buna başqa ad vermək olmur) çox çəkmədi. Fermerlər, Lerik rayon rəhbərliyi məsləyə qarışdı, dövlət başçısına şikayətlər və müraciətlər ünvanlandı. Yüksək səviyyədə müzakirəyə çıxarılsa ciddi tənbehlərin olacağı qaçılmaz idi. Məsələnin belə ciddi rezonans doğuracağından qorxan icra başçısı bir qədər yumşaq variant seçərək leriklilərin qışlaq torpaqlarının 18 min hektarından 4 min hektarını əllərindən alıb, vəziyyəti sakit axara sala bildi. Amma məsələ bununla bitmədi.

Bu il Prezident İlham Əliyevin respublikada pambıqçılığın inkişafı ilə bağlı Sabirabad rayonunda keçirdiyi müşavirədə söylədiyi bəzi fikirlər Neftçalanın və elə Biləsuvarın icra başçılarının əlində yeni bir dəstəvuza çevrildi. Həmin müşavirədə dövlət başçısı sərt şəkildə bildirdi ki, "Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir.”

Prezidentin bu ifadəsindən və pambıq əkini sahələrinin genişləndirilməsi ilə bağlı tapşırıqlarından "vəcdə gələn” icra başçıları bu sözləri əllərində dəstəvuz edib, dövlət başçısının dediyi adamları deyil (çünki onlara gücləri çatmır) Lerikli fermerləri hədəfə aldılar və onlara ən qısa zamanda torpaq icarəsi haqqında müqavilələrinin ləğv ediləcəyi və sürüləriniqışlağa gətirməməkləri ilə bağlı məktublar ünvanlamağa başladılar. Maraqlı məqam ondan ibarətdir ki, Neftçala İcra hakimiyyətinin bu sanksiyaları məhz qışlaq mövsümünün başlandığı günlərə təsadüf etdi.

Bu yazını hazırlayarkən, Prezidentin müşavirədəki çıxışında həqiqətənmi Neftçala icra hakimiyyəti başçısının sanksiyalarına əsas olub-olmadığını aydınlaşdırmaq üçün, mətni təkrar oxudum və yenə o qərara gəldim ki, bəzi icra başçıları dövlət başçısının strateji xəttini ya başa düşmürlər ya da bundan sui istifadə etmək üçün özlərinə lazım olan məqamı götürüb gerisinə əhəmiyyət vermirlər. Cənab İsmayıl Vəliyev, axı prezident, təkcə Sabirabaddakı müşavirədə deyil, bütün toplantılardakı çıxışlarında qeyd edir ki, "Bizim qarşımızda duran vəzifələrdən biri ərzaq təhlükəsizliyini təmin etməkdir”. Prezident elə Sabirabaddakı çıxışında deyir: "Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var.”

Və bütün bu nailiyyətlərin əldə edilməsində fermerlərin böyük əməyi olduğunu da dövlət başçısı diqqətə çatdırır və hətta onlara dövlət dəstəyininin verildiyini bildirir:"Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir...Fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın vəsait verilir.”

Yox, bunların əsas gətirdikləri odur ki, "biz bu yerlərdə pambıq əkəcəyik”. Qardaş, əkin də, məgər sovet dövründə 50 min hektarda pambıq əkmirdiz. Onda qışlaq torpaqlarındamı pambıq əkirdiniz! Kimin başına ip salıb fırladırsınız?

Miq.az olaraq, yazımızı bununla bitirmək fikrində deyilik. Yəni bu materalin davamı olacaq. Biz aşağadakı suallara cavab tapan kimi yazının davamını sizə təqdim edəcəyik.

ANONS

"Daha qışlaqdan gözünüzü çəkin” deyən Neftçala İcra Hakimiyyətinin rəhbərliyinin Lerik fermerlərinə tətbiq etdiyi bu sanksiyası hardan qaynaqlanır?

Pambıq əkini üçün 3 min hektar torpaq lazımdırsa fermerlərdən on minlərlə hektar torpağı niyə zorla alırlar?

Lerikin fermer təsərrüfatlarının qışlaq torpaqlarına göz dikən kimlərdir?

Prezidentin ərzaq proqramı və kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrini kim və nə üçün sabotaj edir?

Kənd təsərrüfatı nazirliyi niyə hələ də susur? Qış gəlib qapını kəsdirəndə qırılan mal-qaranın ziyanını kim çəkəcək?

Burda deyirlər ki, Əlbir olub bir ayı bir şir ilə... məsəli yada düşür.

Qışın oğlan çağında Lerikli fermerləri qışlaqlardan nə üçün məhrum edirlər?

Niyə məhz Lerik fermerləri bu "cəzaya” məhkum edilirlər?

Bizi izləyin!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru