Gömrük generalları Gürcüstandakı soydaşlarımıza necə qənim kəsilib... - "Hansısa gürcü məmurun laqeydliyi..."
Tarix: 5-11-2016, 09:02 | Çap et
Azərbaycan-Gürcüstan sərhədində gömrükçülərimizin vətəndaşlarla kobud davranışları, bürokratik süründürmələr barədə mətbuatda az yazılmayıb. Gürcüstanla həmsərhəd bölgələrdən də şikayətlər səngimək bilmir və bu şikayətlərdə Dövlət Gömrük Komitəsinin əməkdaşları “xüsusi” yer tutur. Çünki işsizlikdən və sosial problemlərdən əziyyət çəkən, ümidi vaxtaşırı Gürcüstana keçib ucuz ərzaq almaq, xırda ticarət etmək olan vətəndaşlarımız bu imkanlardan tamamilə məhrum olublar. Bu isə bölgələrdəki sosial narahatlığı artırır və bu “artım”a görə də, DGK sədri Aydın Əliyevə və bütün gömrük sistemini öz nəzarətində saxlayan, az qala bütün gömrükçülərin həmkəndlisi olan Səfər Mehdiyevə “təşəkkür” düşür.
Lakin DGK rəhbərliyinin əlindən “qan ağlayan” təkcə bizim vətəndaşlar deyil. Həm də qanı-canı bizdən olan Gürcüstan azərbaycanlılarıdır. Azərbaycan Respublikası təkcə 10 milyon vətəndaşın dövləti deyil ki… Bizim təkcə dövlət olaraq yox, cəmiyyət olaraq da qarşımızda duran əsas vəzifə qonşu ölkələrdə yaşayan həmvətənlərimizin durumuyla maraqlanmaq, onlara doğmalıq göstərməkdir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin təşəbbüsü ilə, hər il Bakıda Dünya Azərbaycanlıları Forumu keçirilir. İlham Əliyev “mən 50 milyon azərbaycanlının prezidentiyəm” deyərkən də, məhz onu nəzərdə tutub ki, dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlılar hər zaman Azərbaycan rəhbərliyinə güvənə bilər, dərdlərini eşitdirməkdə çətinlik çəkməzlər. Amma və lakin… bez-nazvaniyabəzi məmurlarımızın bu çağırışları görməzdən gəlməsi bizi təəccübləndirir. Ən çox da, təəccübümüzə o məmurlar səbəb olur ki, məsələn, onlar Gürcüstandan – Borçalı mahalındandırlar, amma öz həmyerlilərinə qarşı ögey yanaşma göstərirlər.
İndi oxucularımız sual verəcək: “Həm yerlibazlığı pisləyirsiniz, həm də deyirsiniz ki, hansısa məmur öz həmyerlilərinə ögey yanaşma göstərir?”… İcazənizlə, mətləbə aydınlıq gətirək. Bu yaxınlarda Qafqaz Xəbər Agentliyinin əməkdaşları Gürcüstan Respublikasında oldu və ayrılmaz hissəmiz, tarixi diyarımız olan Borçalı mahalında yaşayan ziyalı həmvətənlərimizlə görüşdü. Gürcüstan azərbaycanlılarına diasporçu demək olmaz, çünki onlar öz tarixi el-obalarında, həm də kompakt şəkildə yaşayırlar. Uzun sözün qısası, Borçalı ziyalılarından problemləri ilə bağlı soruşanda ilk olaraq, Azərbaycanın DGK sədri Aydın Əliyevdən gileyləndilər. Niyə məhz Azərbaycanın DGK-sından və məhz Aydın Əliyevdən? Çünki uman yerdən küsərlər. O ziyalıların sözlərini sizə çatdırırıq, əziz oxucular:
“Hansısa gürcü məmurun laqeydliyi bizi azərbaycanlı məmurların, xüsusilə də bizim el-obadan çıxan məmurların saymazyana rəftarı qədər incitmir”. Borçalı ziyalıları baş prokuror Zakir Qaralovu, xalq şairi Zəlimxan Yaqubu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovu hörmətlə yada saldılar. Amma növbə Aydın Əliyevə çatanda… Ondan imtina etdiklərini dedilər. Səbəbini soruşanda öyrəndik ki, Borçalıda yaşayan həmvətənlərimiz son zamanlar gömrükçülər tərəfindən xüsusi amansızlıqla üzləşirlər: “Bizim sərhəddən o tərəfdə qohumlarımız var. Onlara nəsə pay-puş apara bilmirik. Əlimizdə iki toyuq görəndə götürüb çaya atırlar, əlimizdəki sellofanları eşələyib boşaldırlar, deyirlər ki, onu aparmaq olmaz, bunu aparmaq olmaz.zelimxanyaqub
Bir sözlə, Aydın Əliyevin işçiləri bizi çox incidirlər. Sanki Aydın Əliyev bizi qəsdən Azərbaycandan soyutmaq, küsdürmək istəyir. Heç gürcülərə qarşı belə kobudluq, laqeydlik görmürük. Amma Gürcüstan vətəndaşı olan azərbaycanlılar sanki qəsdən sıxışdırılır ki, bir də doğma Azərbaycana getməsinlər. Gömrükçülərin bu davranışı bizi öz qohumlarımızdan, Azərbaycanımızdan soyutmayacaq… Amma bu münasibət Borçalı diyarını taleyin axarına buraxır, insanlarımızın özünü “yetim” hiss etməsinə səbəb olur”.
Bundan başqa, həm eşitdiklərimiz, həm də öz gördüklərimizdən deyə bilərik ki, Azərbaycan-Gürcüstan gömrüyündə süründürməçilik, ləngimələr, gözlətmələr saatlarla çəkir. Bundan başqa, Gürcüstan gömrükçüləri neytral xətti keçərək, düz bizim postun yanında “budka” qoyublar, bizim sərhədçi və gömrükçülərin işlərinə qarışırlar. Onu buraxmaq lazımdır, bunu buraxmaq lazımdır… Sanki Azərbaycan DGK-sı özü öz işinin öhdəsindən gələ bilmir, Gürcüstan gömrükçüləri “dəstək qüvvə” ilə köməyə gəliblər.
Qeyd edək ki, noyabrın 3-də Qafqaz Xəbər Agentliyinin rusdilli Kavkaznews.az saytında “Gürcüstan gömrüyü təsdiq , Azərbaycan gömrüyü isə təkzib edir” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Azərbaycan vətəndaşı M. Tağıyevin sözlərinə görə, o noyabrın 1-dən 2-nə keçən gecə Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində 6 saat keçirmək məcburiyyətində qalıb.
“Gürcü gömrükçüləri mənə və yüzlərlə sürücüyə Azərbaycan ərazisinə daxil olmağa icazə vermirdilər. Mən saat 6-da Azərbaycan ərazisində gömrük yoxlamasından keçdim”,-deyə M. Tağıyev bizə bildirib. Gürcüstan Maliyyə Nazirliyinin Gömrük departamentinin analitiki Xatuna Qulua M.Tağıyevin Azərbaycan-Gürcüstan sərhədində yaranan nəqliyyat sıxlığı barədə dediklərin təsdiqləyib.
“Həqiqətən də Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat sıxlığı olub. Lakin, bu gürcü gömrükçülərinin günahı deyil”,-deyə Xatuna Qulua bildirib. “Bəs bu kimin günahıdır?”,- jurnalistimiz sual verdi.
“Srağagün gecə saat ikidə M.Tağıyev Gürcüstan ərazisində uğurla gömrük nəzarətindən keçib”, – gömrük Departamentinin analitiki bildirib. “Amma Tağıyev bizə deyir ki, Azərbaycana gəlmək üçün 5 – 6 saat növbədə dayanmaq məcburiyyətində qalıb”,-Kavkaznews.az müxbiri bildirib. “Əgər M.Tağıyev Gürcüstanla Azərbaycan arasındakı sərhəddə 5-6 saat keçirmək məcburiyyətində qalıbsa, bu Azərbaycan gömrükçülərinin ucbatındandır”, – deyə departamentin analitiki bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
|