Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                     “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ .....                     Günün fotosu: MALƏSƏF... .....                     Paşinyan Zənğəzur dəhlizini açır .....                     “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin .....                     Erməni cəmiyyəti aşınıb .....                     "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" .....                     Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru .....                     Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik .....                     Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib .....                     Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib .....                     Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? .....                     “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək .....                     Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                 

MTN generalları oğurladıqları böyük vəsaitləri qaytarmaq istəmir - İDDİA
Tarix: 14-01-2017, 09:52 | Çap et
MTN generalları oğurladıqları böyük vəsaitləri qaytarmaq istəmir
"MTN çetesi", onun ardınca "Rabitə işi" kimi səs-küylü məhkəmə prosesləri bir daha göstərdi ki, Azərbaycanın məmur korpusu rüşvət, korrupsiya və dələduzluq yolu ilə böyük vəsaitlərə sahib olub. Həm MTN, həm də Rabitəvə Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin müsadirə olunan əmlakları bu müddət ərzində nə qədər böyük pulların mənimsənildiyini sübuta yetirir.

Məlumat üçün bildirək ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi dövlət vəözəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün məhkəmələrə göndərib.

Baş Prokurorluqda "2016-cı ildə prokurorluq orqanları tərəfindən görülən işlərin və qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunan əməliyyat müşavirəsində çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, həmin işlər üzrə vurulan 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Z.Qaralov qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Amma bəzi mütəxəssislər iddia edirlər ki, həbs olunan məmurların milyonluq varidatının dövlətə necə qaytarılması proseduru şəffaf deyil. Yəni, müsadirə olunan miylonluq sərvətin dövlətə qaytarılması prosesi cəmiyyətə qaranlıq qalır.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-araşdırmaçı İlqar Altay Reyting.az-a deyib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi "milli" adından istifadə edərək nəinki dövlətin, bütün ölkənin ümummilli işinə qarışıb. Amma yaxşı mənada yox, ziyankarlıq mənasında:

"Bunlar öz rəhbərləri Eldar Mahmudov başda olmaqla tərbiyə, əxlaq, dünyagörüşlərinə uyğun olaraq, elə düşünüblər ki, bütün ölkə bunlara tapşırılıb və öz səlahiyyətlərini aşmaqla, total surətdə ölkənin hər sahəsinə müdaxilə edib yaramazlıqlar törətmək ixtiyarındadırlar. Bu düşüncə ilə bütün ölkəni çalıb-çapıblar, bir sahə buraxmayıblar. Həm iqtisadi, həm də çox yəqin ki, başqa hər tipli cinayət tərkibli əməllər törətməklə ziyan vurublar. Ancaq bu saat MTN bandası üzvlərinin törətdikləri hələlik iqtisadi-maliyyə tipli cinayət əməlləri araşdırılır. Görünür ki, ölkənin siyasi ya istintaq rəhbərliyi belə məqsədəmüvafiq sayır. Burada da söhbət sahibkarların, bəzi digər vəzifəli şəxslərin təhdid olunub pul alınması və bir-iki nazirliyin büdcəsinə vurulan ziyanlardan gedir. Yəni, hazırki çoxmilyonlu ziyan üzrə istintaq araşdırmaları və mühakimə prosesi onların törətdiyi iqtisadi cinayət, mənimsəmə əməllərinin bir hissəsini təşkil edir".

İ.Altay düşünür ki, çoxlu iş adamlarına, nazirliyə, idarə və müəssisələrə, vəzifəli şəxslərə qarşı törədilən yırtıcılıqlar kənarda qalıb:

"Həqiqətən, iqtisadi cinayətləri araşdırmaq istintaq-məhkəmə üçün ən çətin işdir. Ölüm, qəza və sair kimi cinayətlərlə nisbətdə xeyli çətindir. Hesab edirəm ki, əməliyyat, istintaq və məhkəmənin MTN bandasının illərlə törətdiyi iqtisadi cinayətlərin hətta bu hissəsini bir ilin içində bu dərəcədə ifşa etməsi çox böyük işdir. Çox böyük əmək, zəhmət tələb edir. Kriminalist-hüquqşünas müşahidəmə əsasən deyə bilərəm ki, bu proses mərhələli olaraq davam edəcək".

Ekspert bildirib ki, bu işdə çox zərərçəkən və zərərvuranlar üzə çıxacaq. Onun sözlərinə görə, bu dəstənin həm dövlət, həm cəmiyyət qarşısında ifşası üçün ən ağır zəhmət tələb edən iş ilk araşdırma və mühakimə işi olacaq:

"Söhbət vətəndaşlar və dövlətə dəyən ziyanların ödənilməsindən gedirsə, bu ziyanlar və onları törədən ziyankarlar məhkəmə tərəfindən qəti tanındıqda Azərbaycan qanunvericiliyinə uyğun maddi iddialar qaldırılır. Dəymiş ziyanlar ya təqsirləndirilənlər tərəfindən dərhal qaytarılmaqla, ya onların həbsdə və ya konfiskasiyadakı mülkiyyətləri ilə, ya da həbs müddətində onların üzərinə qoyulmuş maddi ziyan yükünün ödənilmə şərtləri ilə qaytarılır. Bunlar qanunvericilikdə detallarına kimi əksini tapıb. Ancaq mən düşünürəm ki, istintaq-məhkəmənin müəyyən etdiyi (müəyyən etmədiyi vəya edəbilmədiyindən söhbət getmir) ziyanların da ödənilməsi çətin olacaq. Əvvəla, mənimsənilmiş pullar, digər vəsaitlər ölkə və onun hüdudlarından kənarda xərclənib və bu gün qaytarılması mümkünsüzdür.

İkincisi, həbsdə olan mülk vədigər qiymətli əşyalar vaxtında külli miqdarda, öğurluq olduğu üçün birə-beş artıq səpələməklə alınıb. İndi, hər şeyin də ucuzlaşdığı vaxt onların satışı həmin ziyanları çətin ki, ödəsin.

Üçüncüsü, sovetlər dövründən qalma bir mühakimə ənənəsidir ki, müəyyən mənimsəmə, ziyan həddindən yuxarı, yəni 5 milyon, ya 50 milyon mənimsəmə eyni külli miqdar sayılmaqla eyni maksimum cəza müddəti yaradır. Ona görə də, təqsirləndirilənlər də bunu bilib, çətin ki, bundan sonra gizlətdikləri sərvətlərini səmimi etirafla gətirib ortaya qoysunlar. Yəni, bu kimi işlərdə qaytarılma məsələsi elə də problemsiz deyil".

İ.Altayın fikrincə, keçmiş MTN və onun rəhbəri E.Mahmudovun dəstəsi ölkə üzrə, bəlkə də cinayət qanununun dövlət təhlükəsizliyindən tutmuş şəxsiyyət əleyhinə kimi bütün fəsilləri və maddələri üzrə pozuntu əməlləri törədiblər.

"Bunların dövlətin konstitusional əsaslarına vurduğu zərbənin üzərinə gedilməsi bəlkə də, gedilməməsindən daha müvafiqdir. Bunların vəzifə və səlahiyyətlərindən sui-istifadə etməklə ictimai-mənəvi, əxlaqsız-pozğun əməllər törətməsinin ifşası bəlkə də müvafiq sayılmır. Yəni bu, bütün dövlətlərdə olur ki, bəzən tutulub həbs olunanın elə əməlləri olur ki, onları açıb-ağartmaq dövlət və ictimai maraqlara müvafiq gəlmir. Bununla belə, bu cinayətkar dəstə mənim şəxsi, amma ictimai tədqiqatçı, hüquqşünas, ekspert-kriminalist kimi müşahidə və fikrimə görə, əslində, vətən xaini və xalqının da faktiki düşmənləridir. Bunların Azərbaycana bu neçə illərdə vurduqları ziyanı bəlkə, heç kim vurmayıb. Bu dövlət və bu xalqdır ki, sarsılmadı bu canavar təbiətli "xüsusi xidmət" generallarının zərbələrindən.

Bu neçə illərdə bunların qanunsuz, özbaşına, cinayətkar-bandit əməllərini çoxları görür və bilirdi, üzərində hiss edirdi. Amma, bu dələduz fırıldaqçılar hər yerdə utanmadan dövlətin adından çıxış edib, bu əyinti əməllərinin indiki dövrdə dövlətin inkişafı üçün lazımlığını bildirirdilər. Guya bunlar dövlətin alt, MTN-in bilib və açıb göstərmədiyi alt-gizli qatı üçün çalışır. Ona görə susurdu camaat. Məsələn, məndə Qərbi Avropadan məlumat var idi ki, E.Mahmudov çox yuxarı vəzifəli işçisi vasitəsilə Rusiyanın Ukraynaya ilə sərhəd regionunda saxta siqaret kriminal mafiyası ilə şərikdir. Orada gizli istehsal olunan saxta siqaretlər TİR maşınlarla Ukraynaya, oradan Polşa və sonra Qərbi Avropaya daşınır. Mən dərin araşdırma aparıb bunu mətbuatda ictimailəşdirsəydim, dərhal beynəlxalq skandal olaraq ölkəmizə ziyan dəyərdi. Etməzdim amma, vətən təəssübü imkan verməzdi".

İ.Altay bildirib ki, MTN-nin beynəlxalq imkanlarından istifadə etməklə törətdiyi qanun pozuntusu da az deyil.

"Dünyanın çox ölkəsinə gedirdin, hər yerdə bunların adı hallanırdı. Mən, təbii ki, MTN sıralarında çalışan vicdanlı, vətənpərvər və professional, yüksək tərbiyə-səviyyəli bir çox insanları qətiyyən nəzərdə tutmuram. Təbii ki, Çovdarovdu, Elçin və İlqar Əliyevdi, o birilərdi - bunların başında durub yönəldən Eldar Mahmudov idi. Bu yırtıcı dəstəni də o yaratmışdı, o da öz komandasından istifadə edirdi. Öz xislətinə və tərbiyəsinə uyğun dövlətin verdiyi səlahiyyətlərdən, dövlət rəhbərliyinin etimadından sui-istifadə edib ölkəni çalıb-çapırdı",- deyə hüquqşünas fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28
“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19
Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17
Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13
Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03
Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02
Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru