Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                 

Deputatla başçı rayonu pay-pürüş ediblər... - İDDİA
Tarix: 29-03-2017, 08:43 | Çap et
Deputatla başçı rayonu pay-pürüş ediblər...
Lənkəran deputatla icra başçısı arasında bölüşdürülüb. Bir cənub şəhərinin ən görməli yerləri, ən mərkəzi əraziləri, ən bahalı və işlək obyektləri iki məmur arasında bölüşdürülüb.
Onların mövqeləri də bir-birinə qarşı getmir. Görünür ki, hər ikisi dil tapıb Lənkəranda işləməyin varinatını bilirlər. Söhbət Lənkəranın icra başçısı Taleh Qaraşovla deputatı Hadı Rəcəblidən gedir. “Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, şəhərin əsas biznes obyektləri icra başçısı ilə deputatın nəzarətindədir. Hərçənd ki, H.Rəcəbli biznesinin olmasını inkar edir. Amma faktiki olaraq Lənkəranda ona və qardaşına aid biznes var. Araşdırma nəticəsində aydın olub ki, uşaq xəstəxanası ləğv edilərək Mərkəzi Xəstəxanaya birləşdirilib. Onun binası isə H.Rəcəblinin qardaşı, Maliyyə İdarəsinin rəisi olan İqbal Rəcəbov tərəfindən özəlləşdirilib. Binanın aşağı mərtəbəsində “Zaminbank” (lisenziyası ləğv olunub), yuxarı mərtəbədə isə restoran, hotel və kafe fəaliyyətdədir. Xəstəxananın həyətində isə təmir işləri davam edir. Daha bir restoranın tikintisinə hazırlıq gedir. Sadəcə, iqtisadi böhran maliyyə rəisi və deputatın büdcəsinə təsir edib. Bu hotelin adı “Mayak”dır və maliyyə rəisinin oğlu tərəfindən idarə olunur. H.Rəcəbli o baxımdan “Mayak”ın ona aid olmadığını söyləyir. Halbuki, bu tarixi binanın özəlləşdirilməsində, hotel və restoranın qurulmasında hərtərəfli iştirakı olduğu bildirilir. Ondan başqa, İ.Rəcəbov köhnə aptekin binasını özəlləşdirib və Maliyyə İdarəsinin inzibati binasına çevirib. İ.Rəcəbov uzun illərdir ki, maliyyə idarəsinin rəisidir. Bu da onun rayon icra başçıları ilə əlbir olmasına imkan yaradıb. O, bir çox icra başçıları ilə işləyib. H.Rəcəblinin qardaşı olduğu üçün vəzifəsində saxlanıb və büdcə vəsaitlərinin talanmasında xüsusi iştirakı olduğu iddia edilir. İcra başçıları da maliyyə rəisindən çox razıdır. Eləcə də hazırkı icra başçısı Taleh Qaraşovun da maliyyə rəisindən işi keçir. Bütün bunlar H.Rəcəbli ilə T.Qaraşovun yollarının toqquşmamasına gətirib çıxarır. Çünki tərəflərin merkantil və iqtisadi maraqları üst- üstə düşür. Məlumata görə, H.Rəcəblinin öz obyekti isə “Palıdlı sahil” istirahət mərkəzidir ki, bunu da rayonda hamı bilir. “Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, deputatın obyekti Südəmurdov qəsəbəsinə gedən yolda yerləşir və dənizə yaxındır. Burada otaqda bir gecəlik qiymət 50 manatdır. “Mayak”da isə 40 manatdan başlayır və 30 manata da razılaşmaq olar. Beləliklə, Rəcəbovlar Lənkəranı uzun zamandır ki, zəbt etməkdədir. Onların kəndlərdə hektarlarla torpaqları, dükanları, sexləri var. Lənkəranda əsas biznes məkanlarıdan biri də “Xəzər Palace”dır ki, sahibi BDYP-nin şöbə rəisi- ölkədə bütün avtomobil nömrələrinin satışı əlində cəmlənən Müşviq Rəhimovdur. Müşviq Rəhimovla Hadı Rəcəbli biznes şərikliyindən əlavə həm də xalaoğludurlar. Hər halda elektron mediada gedən xəbərlərdə belə deyilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Hadi Rəcəblinin bu var-dövlətə necə sahiblənməsi sual doğurmur. Hər halda həmişə deputat maaşından şikayətlənən və dolanışıqdan gileylənən millət vəkili parlamentdə aldığı əmək haqqı ilə bu biznesi qurmayıb?! Pensiya yaşının artırılmasına haqq qazandıran, müavinətlərin artırılmasına etiraz edən, fikirləri hər zaman qalmaqal yaradan, şəhid ailələri və Qarabağ əlillərini qıcıqlandıran çıxışlar edən H.Rəcəblinin bu obyektləri necə tikdirdiyi məlum məsələdir. "Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün", "Şəhid ailələrinə 100 min manat verə bilmərik”, “Qarabağ əlilinə nəqliyyat, dərman niyə pulsuz olmalıdır” " - deyən Hadi Rəcəblinin ailə biznesinə Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri, o cümlədən Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası da daxildir. Oğlanlarından biri, Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir. Digəri, Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur. Günay adlı qızı Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir. Bir müddət əvvəl xəbər yayılmışdı ki, Lənkəranlı deputatlar arasında turizm biznesi uğrunda qovğa dərinləşib. Hadı Rəcəbli Rüfət Quliyevə rayonda turizm obyektlərini tikməyə imkan vermir. Mənbə qeyd edib ki, H.Rəcəbli ilə R.Quliyevin münasibətləri hər zaman soyuq və məsafəli olub. Turizm maraqları isə həmkarları toqquşdurub. R.Quliyevin Lənkəranda hotel tikdirmək istəyi olduğu deyilir. H.Rəcəbli isə həmkarı ilə münasibətlərinin normal olduğunu açıqlayıb və deyilənləri təkzib edib. “Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, H.Rəcəbli ilə toqquşmayan T.Qaraşov isə Lənkəranda bir qarış yer saxlamayıb. Əraziləri satmaqda Süleyman Mikayılovu da geridə qoyan indiki icra başçısından əhali ciddi şəkildə narazıdır. T.Qaraşov Lənkəran üçün heç bir iş görməyib. Hətta S.Mikayılovun da Ləmkəranda kosmetik də olsa abadlıq işləri həyata keçirdiyi bildirilir. T.Qaraşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə tikinti işləri bircə gün də ara verməyib. Məlumata görə, xəstəxana qarşısında tikilən obyektlər artıq hazırdır. Yaxın vaxtlarda təmir işlərinin başlanacağı və fəaliyyətinə start veriləcəyi bildirilir. Lənkəran RMX qarşısında bir neçə böyük obyekt inşa olunub və hansı məqsədlə istifadə olunacağı hələ ki, bilinmir. Ehtimal olunur ki, iaşə obyektləri kimi fəaliyyət göstərəcək. Bu ərazini Lənkəranın icra başçısı Taleh Qaraşov satıb. Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazi onlara aid deyil və satılmasına Lənkəran RİH icazə verib. Lənkəranlılar şikayət edirlər ki, belə bir qanunsuzluğa yuxarılar necə göz yumur. Tarixdə ilk dəfədir ki, xəstəxananın qabağı satılır və icra hakimiyyəti də heç bir açıqlama vermir. Düzdür, T.Qaraşov hər yeri qarış-qarış satıb və artıq peşkəş etməyə ərazi qalmamışdı. Ancaq xəstəxananın da önünü satacağı yerli sakinlərin ağlına gəlməzdi. Bu dəfə onların ağlına gəlməyən, başına gəlib və icra başçısı aldığı yüz min manatlara görə xəstəxananın qabağını da satıb. Yol isə darısqallaşıb və nəqliyyatın hərəkəti məhdudlaşıb. Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub. Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.
Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır. T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib. Əhali həm sosial problemlərdən, həm məmur özbaşınalığından, həm yaşıllıqların məhvindən cana doyub. Uzun müddət Lənkəranın Böyük Bazar yolunun bərbad olması haqda yazıldı. Nəhayət, başdansovdu olsa da yol düzəldildi. Gələn xəbərlərə görə, icra başçısı yolun təmirində də əlini cibinə salmayıb. İddialara görə, bu vəzifəni Lənkəran RMX-nın baş həkiminin boynuna qoyublar və yazıq öz hesabına yolu düzəltdirib. Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir. Həmçinin, Lənkəranın yolları bərbad gündədir. Rayonda ara məhəllələr cəhənnəmi xatırladır. Mikorayon, Şəhidlər Xiyabanı yolu, Kiçik bazar yolu keçilməzdir. Rayonda heç bir abadlıq işi görüləməyib, yaşıllıqlar salınmayıb, parklar, məktəblər, bağçalarda yenidənqurma işləri aparılmayıb. T.Qaraşovun dövründə Lənkəranda sosial problemlərin həlli də, abadlıq-quruculuq işləri də dondurulub. Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə, müsahibə almağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan ABŞ-də etirazla qarşılandı
Bu gün, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Bu gün, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Bu gün, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Bu gün, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Bu gün, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Bu gün, 21:50
Tiktoker "Əfi" həbs olundu
Bu gün, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Bu gün, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Bu gün, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru