Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                 

Ziya Məmmədova yeni nazirlikdə görəv veriləcəkmi? - gəlişmə
Tarix: 13-04-2017, 08:45 | Çap et
Ziya Məmmədova yeni nazirlikdə görəv veriləcəkmi?
Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Prezidentin digər sərəncamı ilə keçmiş rabitə və yüksək texniologiyalar naziri Ramin Quluzadə yeni nazirliyin rəhbəri təyin olunub. Ləğv edilən, daha doğrusu, yeni nazirliyə birləşdirilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov isə işsiz qalıb.

Qeyd edək ki, ölkə başçısı bu barədə sərəncam imzalayarkən, hökumətə iki ay vaxt ayıraraq, bu müddətdə yeni nazirliyin Əsasnaməsini hazırlamağı tapşırıb. Qeyd edilən 2 ay aprelin 13-də bitir. Bu isə o deməkdir ki, həmin tarixdən etibarən yeni nazirliyə nazir müavinləri və aparat rəhbəri təyin edilməlidir.

Bəs görəsən, yeni nazirliyin formalaşdırılma işləri nə yerdədir? Hökumət və yeni nazirliyin rəhbəri Ramin Quluzadə dövlət başçısının verdiyi müddətdə qoyulan tapşırıqları icra ediblərmi? Ümumiyyətlə, yeni nazirlikdə kimlərə vəzifə veriləcək?

Reyting.az-a daxil olan məlumata görə, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsi üzərində tamamlanma işləri gedir.

Adıçəkilən nazirlikdə işləyən və adının çəkilməsini istəməyən məsul şəxslərdən biri deyib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim olunacaq: "Lakin bu o demək deyil ki, aprelin 13-dən dərhal sonra boş qalmış vəzifələrə təyinatlar olacaq. Mümkündür ki, bu proses bir qədər uzun çəksin. Çünki elə həmin sərəncamda vurğulanıb ki, yeni nazirliklə bağlı Nazirlər Kabineti normativ hüquqi aktların uyğunlaşdırılmasını üç ay müddətində təmin edib, Prezidentə məlumat verməlidir".

Eyni zamanda Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verəcək.

Göründüyü kimi, sərəncamın tam icrası üçün beş ay müddət ayrılıb. Bunun iki ayı ötsə də, qabaqda hələ üç ay var.

Mənbəmiz bildirib ki, ötən iki ay müddətində yeni nazirliyin Əsasnaməsinin yuxarı dairələrlə razılaşdırılmamış xırda detalları qalıb: "Sözsüz ki, hökumət və Prezident Administrasiyası hazırlanmış Əsasnamə ilə bağlı öz təklif və tələblərini irəli sürə bilərlər. Ona görə də hazırda ilkin variantda olan Əsasnamədəki məsələlər haqqında dəqiq fikir söyləmək mümkün deyil".

Məlumatda qeyd edilir ki, qarşıdakı həftələrdə Əsasnamə üzərindəki işlər tamamilə yekunlaşaraq Prezident Administrasiyasına təqdim olunacaq. Bundan sonra isə R.Quluzadənin yeni müavinlərinin təyinatı gerçəkləşə bilər. Nazirlik əməkdaşının iddiasına görə, bu dəfə nazirin dörd müavini olacaq: "1-ci müavinlə yanaşı, 3-cü müavin postuna təyinatlar olacaq. 1-ci müavinin və Aparat rəhbərinin səlahiyyətləri bəllidir. Qalan üç müavinin səlahiyyətləri isə nazirliyin funksiyalarına uyğun olaraq bölünəcək. Yəni bir müavin rabitə, bir müavin nəqliyyat, bir müavin isə informasiya texnologiyaları üzrə məsul olacaq".

İddiaya görə, yeni nazirlikdə cəmiyyət üçün sürpriz sayılacaq müavin təyinatlarının olması da mümkündür:

"Hazırkı müavinlərdən isə böyük ehtimalla Əli Abdullayev yenidən 1-ci müavin təyin ediləcək. Ancaq bunu ləğv edilən hər iki nazirlikdə müavin postu tutmuş digər şəxslərə şamil etmək bir qədər çətindir. Əlbəttə, aralarında bu posta can atanlar və bu istiqamətdə ciddi cəhdlər edənlər var. Amma bu cəhdlərin nə dərəcə fayda verəcəyini zaman göstərəcək".

Nazirlik əməkdaşı qeyd edib ki, istər nazir müavini, istər Aparat rəhbəri postuna, istərsə də boş qalmış digər vəzifələrə iddialıların sayı çoxdur və hakim komandadkı qruplaşmalar bu istiqamətdə gizli mübarizələrini davam etdirirlər.

Ləğv edilən Nəqliyyat Nazirliyindən də bəzi peşəkar mütəxəssislər yeni nazirlikdə vəzifələrə təyinat alacaqlar. Artıq bəziləri ilə bağlı təqdimat verilib. Sözsüz ki, bütün bunların rəsmiyyət qazanması Əsasnamənin təsdiqindən sonra baş verəcək.

Məlumatlı şəxs sabiq nazir Ziya Məmmədovun Ramin Quluzadəyə müavin təyin ediləcəyi barədə yayılan şayiələrə də aydınlıq gətirib. "Məncə, nə Ziya Məmmədov, nə də Ramin Quluzadə bunu istəməz. Fikrimcə, bu təyinatın gerçəkləşmə ehtimalı çox azdır",- deyə mənbəmiz fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Dünən, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Dünən, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Dünən, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Dünən, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Dünən, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Dünən, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Dünən, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Dünən, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Dünən, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Dünən, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Dünən, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Dünən, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru