Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində özbaşınalıq - Müraciət...
Tarix: 23-05-2017, 08:23 | Çap et
DİA.AZ: - Redaksiyamıza mədəniyyət işçiləri adından müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:
"Ümid edirik ki, çoxsaylı mədəniyyət işçilərinin müraciətinə biganə qalmayacaqsınız. Artıq 1 ildən artıqdır ki, tabeliyində çalışdığımız Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəhbərliyində dəyişiklik baş vermişdir. Uzun illər bu sahədə çalışan insanların narazılığını qazanmış Əlikram Əliyev vəzifəsindən azad edildikdən sonra bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov təyin edildi. Vüqar müəllimin təyinatı bütün mədəniyyət işçilərinin ürəyincə oldu. Hamı bu postun cavan, mənəvi keyfiyyətləri yüksək olan birinə həvalə olunmasına sevindi. Mədəniyyət sahəsinə yaraşmayan bir çox insanlar vəzifədən uzaqlaşdırıldı.
Amma qısa müddət sonra baş verənlər ortaya başqa mənzərə qoydu. Vüqar Zeynalov Hacı Əliyev adlı pensiya yaşlı bir qocanı İdarənin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinə direktor təyin etdi. Qaynar, enerjili gənclərlə bir ortama belə bir qocanın təyinatı bu sahəni iflic həddinə gətirdi.
Məsələnin başqa bir əcaib tərəfi odur ki, Hacı Əliyev bu vəzifə ilə yanaşı digər bir vəzifəni də rəsmi olaraq icra etməkdədir. Belə ki, sözügedən Hacı Nurəddin oğlu Əliyev Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində vəzifə tutmaqla yanaşı 26 saylı Sabunçu birinci seçki dairəsinin sədri vəzifəsini daşıyır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/21 saylı Qərarı ilə təsdiq edilmiş Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimatın 2.11.2. maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin seçkili və ya vəzifəli şəxsləri dairə seçki komissiyasının üzvü kimi fəaliyyət göstərə bilməzlər.
Hacı Nurəddin oğlu Əliyev bu dərəcədə əvəzedilməz kadrdır ki, Əbülfəs Qarayev və Məzahir Pənahov bu şəxsi hər iki rəsmi vəzifəsində saxlayırlar?!
Bir məsələni də qeyd edək ki, Hacı Əliyevin sədrlik etdiyi 26 saylı Sabunçu birinci seçki dairəsi 26 sentyabr 2016-cı il tarixində keçirilən Referendumda respublika üzrə seçicilərin ən az fəallıq göstərdiyi dairə adını qazanmışdır. Rəsmi nəticlərə bu linkdə görmək mümkündür - https://www.infocenter.gov.az/archive/Referendum2016.aspx?i=1
Referendumda bu dərəcədə passiv iştirakı hər halda Hacı Əliyevin fəal cəbhəçi olan nəvəsi Nurəddini də sevindirmişdir. Xalq Cəbhəsi Partiyasının mitinqlərində fəal iştirak edən və “facebook” sosial şəbəkəsində özünə “Nurel Kərim” adını götürən nəvəsi Hacı babası ilə “fəxr edib” yəqin. Hacı Əliyevin ailə üzvü olan cəbhəçi Nurəddinin “facebook” şəbəkəsində paylaşdığı şəkillərə baxsaq görmək olar Əli Kərimlinin qatı tərəfdarıdır. Paylaşdığı Əli Kərimliyə aid bir fotoya isə belə bir qeyd yazmışdır: “Əli Kərimli və Əbülfəz Elçibəy.
Bu yaşıma qədər Əbülfəz Elçibəyə inandığım qədər heç kəsə o qədər çox inanmamışam. Haqsız danışanlardan müdafiyə etdiyim bəyin yolunu davam etdirmək ən böyük arzumdur. Əbülfəz Elçibəyin davamçısı isə mənim sədrim Əli bəy Kərimlidir. Əgər Əli bəy satılmış olsa idi Qüdrət Həsənquliyevi AXCP-ni bölməyə göndərməzdilər. Nəticə əldə edə bilməyənlər "Ğazi Nurullayevi" göndərməzdilər. Bəli AXCP ləkə götürmür. Mən sədrimizlə fəxr edirəm!” Qeyd olunan linkə nəzər salmaq kifayətdir - https://www.facebook.com/photo.php?fbid=432337483642286&set=pb.100005981144611.-2207520000.1495441249.&type=3&theater
Onu da qeyd edək ki, Hacı Əliyevin nəvəsi Nurəddin də BU idarənin tabeliyində olan və babasının rəhbərlik etdiyi Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin tabeliyində çalışır.
Hörmətli redaksiya, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində Hacı Əliyev çox böyük söz sahibinə çevrilmişdir. O dərəcədə Vüqar Zeynalovun etibar və etimadını qazanmışdır ki, hətta özünün xeyir-duası ilə şəbəkədə onlarla vəzifəyə təyin etdirdiyi qohum-əqrabası, dostlarına onun tezliklə İdarəyə rəis təyin ediləcəyi xəbərini də verib. Artıq Hacı Əliyevin öz admlarına müxtəlif vəzifələr də vəd edib. Öz yaxınlarına dediyi budur ki, Vüqar Zeynalov Əbülfəs Qarayevin yerinə nazir təyin ediləcək, Vüqar Zeynalov isə Hacı Əliyevi İdarənin rəisi vəzifəsinə təyin edəcək.
İdarənin tabeliyində olan mədəniyyət evləri, kitabxanalar, musiqi məktəblərində fəaliyyət göstərən saysız-hesabsiz ödənişli kurslar var. Amma kurslara nəzarət edən Hacı Əliyev ay ərzinə əldə edilən küllü miqdarda vəsaitin büdcəyə köçrülməsinə lazım olan məsuliyyətlə yanaşmır.
Vüqar Zeynalovun belə bir insana güvənməsi, bütün maliyyə, tender, kadr seçimi məsələlərini ona etibar etməsi Vüqar Zeynalovun reputasiyasını kifayət qədər korlamışdır. Rəisinin etibarını qazanmış Hacı Əliyev artıq özünü İdarənin rəisi kimi görür, ona tabe olmayan müəssisələrə göstərişlər verir və hesabat tələb edir. Real vəziyyət belədir ki, mədəniyyət işçiləri Vüqar Zeynalovdan daha çox Hacı Əliyevin tapşırıqlarını icra edir və bu da kifayət qədər əsas verir ki, Hacı Əliyev İdarənin rəisi kimi davransın.
Mədəniyyət işçiləri Vüqar Zeynalova inanırlar, amma təəssüflər olsun ki, o özünün imicinə kölgə salan bir insana bu dərəcədə güvənir".
diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|