"Eldar Mahmudovun adamları deyilik..." - "Maqsud Mahmudovun iddia etdiyi kimi, Akif Çovdarovla da qohum deyilik..."
Tarix: 10-08-2017, 08:42 | Çap et
İş adamı Maqsud Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun, onun komanda üzvlərinin əməllərindən ciddi zərər çəkməsi haqda dəfələrlə yazmışıq. Sonuncu bu səpkili yazı bir neçə gün əvvəl “Eldar Mahmudovun adamları hücuma keçdi” sərlövhəsi altında dərc olunmuşdu.
Yazıda söhbət Ali Məhkəmənin M.Mahmudovun iddiası əsasında başlamış məhkəmə çəkişməsi haqda yekun qərar verməsi və bundan sonra iş üzrə Nəsimi Rayon Məhkəməsinin qanunlara zidd hərəkətliliyindən söhbət açılırdı.
Yada salaq ki, M.Mahmudov məhkəməyə üz tutaraq “Las Veqas” restoranının, “Mersedes” markalı maşının MTN müstəntiqi Cavid Quluzadənin iştirakı ilə reket qaydasında əlindən alındığını, zorən alqı-satqı müqaviləsi bağlandığını qeyd etməklə həmin müqavilənin ləğv olunmasını istəmişdi. Məhkəmə iddianı təmin edib. C.Quluzadə barəsində xüsusi qərardad çıxararaq araşdırılması üçün Baş Prokurorluğa göndərib.
Müstəntiq C.Quluzadənin atası Quliyev Məhəbbət Hənifə oğlu isə Maqsud Mahmudovun ittihamlarını, məhkəmələrin iş üzrə çıxardığı qərarları qəbul etmədiklərini deyir.
Redaksiyamıza təşrif buyuran M.Quliyev bildirir ki, oğlu Cavid Quluzadə 2009-cu ildə MTN-də işə başlayıb: “O adam müstəntiqdir, başqa işi yoxdur. Onun adı bir pis əməldə hallandırıla bilməz. Çünki onu mən tərbiyə etmişəm. Mən müəllim, anası dövlət qulluqçusudur. Oğlumun adının bu məsələlərdə hallandırılmasının səbəbi budur ki, işdə adı keçən Azad İsmayılov 2013-2014-cü illərdən tanıdığım adamdır. O, ali təhsilli tikinti işçisidir, evlər tikirdi. Mən də əməliyyat olunandan sonra müəllim işləyə bilmədim. Babək prospektində Eldar adlı bir şəxsin beton zavodunu icarəyə götürüb işlətdim. Beton zavodunun sahibi Eldar Mahmudov deyildi, Beyləqandandır, əvvəllər tikinti trestinin rəisi olub. Azad İsmayılovla həmin beton zavodunda tanış olmuşam. O, bizdən beton alıb. Bizim gediş-gəlişimiz oldu, ailəvi münasibətimiz yarandı. Günlərin birində Azad İsmayılov mənə zəng elədi, dedi ki, ”Texnikabank" bağlanır, bir sənədlər var, ona Cavid baxsın. Dedi ki, Cavid hüquqşünasdır, məni aldadarlar, ona görə sənədlərə baxmasını istəyirəm. Cavidlə danışdım, səhəri sənədlərə baxdı, dedi ki, problem deyil. Adam restoranı satır, özü də yalvarır. Məhkəmənin qərarında da var ki, Azad İsmayılovun 2006-cı ildən “Texnikabank”a yatırımları olub. 2007-ci ilə qədər Azad İsmayılov banka 1 milyon 400 min pul qoyub. Həmin vaxt Cavid müstəntiq işləmirdi, Azadla mənim tanışlığım, dostluğum yox idi. Bu sübut edir ki, pul nə Cavidindir, nə də mənimdir. Pul Azad İsmayılovundur. Sadəcə mən onunla ailə dostu olduğuma görə oğlum həmin sənədlərə baxıb. Onu da oğlumdan mən xahiş etdim ki, sənədlərə hüquqi baxımdan bax, birdən dələduzlar Azad İsmayılovu aldadar. Restoranı Maqsud Mahmudov satırdı, Azad İsmayılov da alıb. Maqsud Mahmudovun restoranı və qızılları girov qoyub 1 milyon 172 min pul götürüb. “Texnikabank” bağlananda ona deyiblər ki, bank bağlanır, pulu ver. O da deyib ki, pulum yoxdur, restoranım var, satın, pulu götürün. Həmin vaxt bank da Azad İsmayılovun pulunu qaytara bilmirdi. O dövrdə bank ortaya 14 ev atmışdı. Azad İsmayılovu Cəlilabada aparıb orada üzüm bağı, sex göstərmişdilər, başqa obyektlər təklif etmişdilər. Restoran ortaya çıxanda Azad İsmayılov razılaşıb. Deyib ki, bundan restoran olmaz, yerində ev tikmək olar, razılaşıb. Maqsud Mahmudov da ona yalvarıb ki, sən pulu ödə mən qızılı girovdan çıxarım, yoxsa qızıllar batır".
M.Quliyev bildirir ki, M.Mahmudov bankla arasında bağlanan müqavilənin müddəti haqda düzgün məlumat vermir: “Maqsud Mahmudov düz demir, onunla bankın müqaviləsi 2020-ci ilə qədər deyil, 2018-ci ilə qədər olub. Həm də mübahisə obyekti olan əmlaklar onun adına deyildi. Cavidi də mən bu işə qarışdırdım ki, o, sənədlərə baxsın. Maqsud Mahmudov qızılını da qaytarıb, restoranını da alıb, amma bankın pulunu da vermir. Müharibə gedən ölkənin bankından Maqsud Mahmudov 1 milyon 300 min pul götürüb, girov qoyduğu qızılı da, restoranı da geri alıb və pulu da ödəməyib. Restoranını, qızılını Azad İsmayılovun girovunun pulu ilə geri alıb. Maqsud Mahmudov bunu necə edib özü və hakimlər bilər. İş Konstitusiya Məhkəməsindədir. Bu gün Azad İsmayılovun pulları göydə qalıb”.
M.Quliyev Azad İsmayılovun Maqsud Mahmudova qarşı hüquqi baxımdan pul tələbi iddiası ilə çıxış etmək hüququnun olub-olmaması haqda bunları deyib: “Qanun tələb edir ki, müqavilə ləğv olunursa, münasibətlər də sıfır vəziyətinə qayıtmalıdır. Səbəb odur ki, Nərimanov məhkəməsini hakimi Azad İsmayılovdan pul istəyib, o da verməyib. Onlar da belə qərar verdilər. Söhbət ondan gedir ki, Azad İsmayılov bu gün pulunu tələb edir. Dövlət Palatası da məsələni qaldırır ki, pul Maqsuddadır. Gedin verin məhkəməyə”.
M.Quliyev bildirib ki, M.Mahmudovun iddia etdiyi kimi, oğlunun bazarı yoxdur, oğlu bizneslə məşğul deyil: “Oğlum Cavid Quluzadənin bazarı yoxdur, heç bir budkası da yoxdur. Azad İsmayılovun da bazarı yoxdur, onun 3 qoyunu, 3-4 buzovu var. Adamın 1 milyon 400 min pulu batıb. Cavidin 3 beton zavodunun olduğunu deyir. Mən beton zavodunu icarə götürüb işlətmişəm. Maqsud Mahmudov dövlət məmurunun adını ağır cinayətdə hallandırır. Bu cinayət tərkibi yaradır. Mən DTX sədrinə məktub yazacağam. Oğlum barəsində məhkəmə xüsusi qərardad çıxarıb araşdırılması üçün Baş Prokurorluğa göndərdi. Araşdırdılar, yazdılar ki, oğlumun əməlində cinayət tərkibi yoxdur. Oğul nə edib ki? O, sənədlərə baxıb. Əgər ”Texnikabank" Cavidin dostları idisə, bankı məhkəməyə verərdilər? Oğlum Nərimanov məhkəməsində də deyib ki, banka sənədlərə baxmağa getmişəm. Maqsud Mahmudov respublika Cinayət Məcəlləsinin təxminən 27 maddəsi ilə mühakimə olunub. Silah gəzdirmə, şantaj etmə ilə mühakimə olunub. O, vergi ödəmir. Özünü məşhur iş adamı kimi təqdim edir. “Texnikabank”dan götürdüyü pulları qaytarmır. O pulun taleyi ilə heç kim maraqlanmır. Xahiş edirəm, iştirakımla bu məsələ araşdırılsın. Müharibə gedən ölkənin pulunu oğurlamazlar, dağıtmazlar. Bu vətənə xəyanətdir. Quluzadə Cavid Məhəbbət oğlunun əməlini Respublika Prokurorluğu araşdırıb, cinayət tərkibi tapmayıb".
M.Quliyev deyir ki, onlar sabiq milli təhlükəsizlik nazirinin adamları deyillər: “Biz Eldar Mahmudovun adamları deyilik, Maqsud Mahmudovun iddia etdiyi kimi Akif Çovdarovla da qohum deyilik”.
M.Quliyev M.Mahmudovun bahalı “Mercedes” markalı maşınının oğlunun adına rəsmiləşdirilməsini isə belə izah edir: “Maqsud Mahmudov restoranı Azad İsmayılovla alqı-satqı edəndən sonra dedi ki, maşını da satır. Pulunu ödəyib maşını almışıq. Pulun bir hissəsini Azad İsmayılov, bir hissəsini də mən ödəmişəm. Sonradan Maqsud qışqır-bağır salanda ona dedik ki, maşını qaytarırıq, pulunu ver. Razılaşmadı, bizdən artıq pul istədi”.
Müstəntiqin atası iş üzrə məhkəmələrin çıxardığı qərarları düzgün hesab etmir: “İş üzrə Ali Məhkəmə sədrinin təqdimatı olub. Apelyasiya Məhkəməsi qərarının ləğv olunmasını istənilib. Amma həmin təqdimat geri oxunub. Maqsud Mahmudovun maraqları təmin olunub. Mənə elə gəlir ki, Maqsud Mahmudovun bankdan girovdan çıxardığı qızılın şöləsi kiminsə gözünü, qulağını bağlayıb”.
Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|