Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                 

Ziya Məmmədovun yağmaladığı əkin sahələrini necə xilas etməli... - Sual budur!
Tarix: 31-08-2017, 08:18 | Çap et
Ziya Məmmədovun yağmaladığı əkin sahələrini necə xilas etməli...
Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi və neft hasilatımızın ildən-ilə azalması ilə ölkəmiz postneft dövrünə qədəm qoydu. Artıq əsas diqqət qeyri-neft sektoruna, xüsusən də kənd təsərrüfatı və sənayeyə ayrılıb. Ölkə başçısının qərarı ilə kəndlilərə verilən subsidiyaların həcmi artırılıb, fermerlərin xeyrinə bir xeyli güzəştlərin edilməsinə başlanılıb.

Lakin problemli məsələlərdən biri də öncəki illərdə kənd təsərrüfatı üçün yararlı olan torpaqların oliqarxlar tərəfindən zəbt edilməsidir. Demək olar ki, əksər bölgələrdə kəndlərin arasındakı əkinə yararlı münbit torpaqlar və ya heyvanların örüş yeri kimi istifadə olunan ərazilər zəbt olunub. Ölkə başçısının müvafiq tapşırığından sonra bir çox torpaqlar dövlətin torpaq fonduna qaytarılıb. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların qanunsuz istifadəsi və zəbt olunmasının qarşısının alınması ilə bağlı monitorinqləri davam etdirir. Prezidentin müvafiq fərman və sərəncamları ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Məqsəd torpaq ehtiyatlarından əsassız istifadə və ya torpaqların vətəndaşlar, hüquqi şəxslər tərəfindən uzunmüddətli istifadəsiz saxlanması hallarının qarşısını almaq, ondan səmərəli, məqsədli və qənaətli istifadəni təmin etməkdir.

Oliqarxların torpaqları zəbt etməsi ilə bağlı faktlardan biri də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Göyçay rayonunda Potu və Hüngütlü kəndləri arasındakı yüz hektardan artıq əkin sahəsini zəbt etməsidir. Məlumata görə, sabiq nazir torpağın istifadəsiz qalmasını pərdələmək üçün orada yonca əkdirir. Hələ 2014-cü ildə “Yeni Müsavat”ın Göyçaya ezam olunmuş reportyor qrupu yazırdı ki, Ziya Məmmədovun uzun illərdir ki, sahibləndiyi bu bölgə onların şəxsi “respublikasına” çevrilib. Potu-Hüngütlü ərazisində Z.Məmmədov hektarlarla ərazini hasarlayıb. Ucu-bucağı görünməyən sahə getdikcə qurtarmır. Geniş bir massivi çəpərləyən nəqliyyat naziri burada özünə vertolyot meydançası tikdirir, villalar inşa edir. Əraziyə giriş qeyri-mümkündür. Hündür hasarlarla əhatələnmiş böyük sahə nəzarətdədir. Qeyd edək ki, üzərindən 3 il keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, hələ də həmin torpaqlar zəbt olunmuş haldadır və kənd əhalisinin sözlərinə görə, rayonun kənd təsərrüfatı üçün ən münbit torpaqlardır.

Sual isə budur ki, torpaqları oliqarxların əlindən hansı yolla geri almaq mümkündür?

Bu yollardan biri Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı yoxlamalar və qanunsuz hasarlanmış, təyinatı üzrə istifadə edilməyən torpaqları zəbt edənlərə yazdıqları cərimələrdir.

Xatırladaq ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, yaxud həmin torpaq sahəsini özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir. Torpaqların istehsalat və ya kimyəvi təsirdən korlanmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10000 manatadək cərimə ödəməlidir. Torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslərə 2000 manatdan 3000 manatadək, hüquqi şəxslərə isə 6000 manatdan 8000 manatadək cərimə tətbiq olunur.

Qeyd edək ki, ölkə başçısının qərarından sonra qeyd olunan halların aradan qaldırılması ilə bağlı bir çox torpaq reydi və monitorinqləri keçirilib. Respublika üzrə 500-ə yaxın pozuntu halı aşkar edilib. Bununla bağlı inzibati tənbeh vermə haqqında 170 qərar qəbul edilib. 950-yə yaxın hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq olunub, 230 halla bağlı inzibati protokol tərtib edilib.

Ancaq təbii ki, oliqarxlar üçün bu cərimələr elə də böyük məbləğ hesab olunmur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu istiqamətdə işlər sürətləndirilib: “Cənab prezidentin bu barədə xüsusi göstərişi var ki, əkilməyən, təyinatı üzrə istifadə edilməyən torpaqlar hamısı qaytarılmalı və ya kənd təsərrüfatı məhsullarının əkini üçün istifadə edilməlidir. Biz Milli Məclisdə bununla əlaqədar qanun da qəbul etdik ki, əkilməyən torpaqlar cərimə ödəyəcəklər. Belə hallar var, mən sizinlə razıyam. Dövlət Əmlak Komitəsi bununla çox ciddi şəkildə məşğuldur. Kənd Təsərrüfatı Nazirliyi də faktiki olaraq bu torpaqları araşdırırdılar ki, hansı torpaqlar nə vəziyyətdədir. Ancaq məlumdur ki, bir çox yerlərdə zəbt olunmuş torpaqlar var, onların qaytarılması, əkilib-becərilməsi gündəmdə olan məsələlərdən biridir. İndi kənd təsərrüfatına diqqət həddindən artıq böyükdür, cənab prezident tərəfindən fermerlərə yardımlar edilir. Kənd təsərrüfatının inkişafına diqqət artırılır. Çünki bu məhsullar xaricə idxal olunur və ölkəyə dollar gətirir. Bu mənada kənd təsərrüfatına yararlı torpaqların təyinatından kənar istifadəsinə nəzarət mexanizmi dəyişdirilməlidir. Kim torpaqdan istifadə edirsə, əkib-becərirsə, qoy etsin. Əks halda, torpağı zəbt edib istifadəsiz saxlayırsa, onlar qaytarılmalıdır. Hər bir rayonun icra başçısı bu məsələdə məsuliyyət daşıyır ki, onun rayonunda hansı məhsulların əkilməsi daha məqsədəuyğundur. Bu mənada torpaq islahatı yekunlaşmalıdır və əhaliyə məlumat verilməlidir ki, hansı torpaqlar kimlərdən alındı, hansı istiqamətdə istifadə olunacaq”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru