Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                 

İbrahim Mehdiyevin sərəncamının ləğvi xahiş olunur... - GİLEY
Tarix: 2-09-2017, 11:17 | Çap et
İbrahim Mehdiyevin sərəncamının ləğvi xahiş olunur...
Yasamal rayonunda keçmiş icra başçısı İbrahim Mehdiyevin tikinti sərəncamının qalmaqalı səngimir. Rayonun Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç.23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Surəti "Təzadlar"a göndərilən müraciət aşağıda təqdim edilir.
Xatırladaq ki, bir qrup sakin Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin 21 iyun 2017-ci il tarixində imzaladığı sərəncamın ləğvinə dair 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Keçmiş başçının sərəncamının qalmaqal doğurmasına baxmayaraq, hazırda başçısız qalan Yasamal rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri hər vəchlə həyətdə tikinti işlərini başlamağa çalışırlar. Elə sakinlərin narahatlığına səbəb də son günlərdə «Elit City» MMC-nin rəhbərliyinin Yasamal Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli əməkdaşları ilə birgə hərəkətə keçərək həyətdə qanunsuz tikintini başlamağa cəhd göstərmələridir. İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov və memar Eyvaz Bağırov binaların həyətində tikintinin, guya, «yuxarılarla razılaşdırıldığı» barədə yanlış təəssürat yaradırlar. Keçmiş başçının qanunsuz sərəncamına «sadiq qalan» vəzifəli şəxsləri rayona yeni başçının təyin olunmasına qədər tikinti işlərini başlatmaq istəyirlər.
Müraciətdə deyilir: «Möhtərəm Prezidentimizin Sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuş İbrahim Mehdiyevin qanunsuz qərarını almış «Elit City» MMC-nin həyətimizdə 14 mərtəbəli yaşayış binası tikmək planı bizdə narahatlıq yaratmışdır. Diqqətinizə çatdırırıq ki, 3 tərəfdən 9 mərtəbəli, 1 tərəfdən 5 mərtəbəli bina ilə əhatə olunan qapalı həyətimizin sahəsi təxminən 55 m x 85 m. ölçüdədir. Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binaların (cəmi 24 mənzil var) sökülməsini, ərazinin abadlaşdırılmasını təqdir edirik. Lakin həmin 3 evin yerindən 4 dəfə böyük ərazini zəbt etməklə hündürmərtəbəli yaşayış binasının tikintisi Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyinə ziddir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin 01.05.2017-ci il, 16.05.2017-ci il, 10.07.2017-ci il, 26.07.2017-ci il tarixli məktubları ilə həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı bildirilmiş, Yasamal Rayon İH-dən qanunvericiliyin tələbinə əməl edilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, son günlərdə «Elit City» MMC-nin rəhbərliyi Yasamal Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli əməkdaşları ilə birgə fəaliyyət göstərərək həyətimizdə qanunsuz tikintini başlamağa cəhd edirlər.
Yasamal Rayon İH-nin şöbə müdiri Şahin Məmmədov mətbuata müsahibə verərək həyətdə 14 mərtəbəli binanın tikiləcəyini bəyan etmişdir. «Elit City» MMC-nin rəhbərliyi, Sizin və müxtəlif yüksək vəzifəli şəxslərin adlarını çəkərək, guya, həyətdə bina tikilməsinin «yuxarılardan» tapşırıldığına dair təəssüratlar yaratmağa, bununla öz qanunsuz əməllərini pərdələməyə çalışırlar. Sakinlərin məlumatı olmadan onların adından müxtəlif ünvanlara müraciətlər göndərərək, guya, binanın tikintisinə razı olduğumuza dair yanlış məlumat verirlər.
Möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən 2016-cı ildə Bakı şəhərinin daha da abadlaşdırılması və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yerli icra hakimiyyətləri tərəfindən köhnə binaların sökülüb əvəzində yeni binaların tikintisi üçün pilot layihələrə başlanılmışdır. Şəhərimizin sakinləri kimi biz də bu təşəbbüsü və görülən işləri alqışlayırıq. Lakin təəssüf ki, keçmiş icra başçısı İ.Mehdiyevin qanunsuz sərəncamını alan işbazlar Prezidentimizin bu tapşırığından sui istifadə etməyə cəhd göstərirlər. Qonşu həyətdə tikinti aparan «Elit City» MMC 14 mərtəbəli layihə əsasında artıq 17-ci mərtəbənin tikintisini davam etdirir. Həyətimizdəki 3 fin evinin 24 mənzilinin qonşu həyətdə tikilən binaya köçürülməsinə tam şərait olduğu halda, «Elit City» MMC həyətimizdə əlavə olaraq 14 mərtəbəli 2 girişli 132 mənzilli bina tikməyə çalışır.

Belə tikinti aparılacaqsa, həyətimizdə olan 50-dən artıq çoxillik ağaclar kəsiləcək, yaşıllıq məhv ediləcək. Qeyd edək ki, mart ayında tikinti şirkəti tərəfindən həyətimizdəki yaşıllığın bir hissəsi məhv edildi, əlaqədar orqanlar isə tədbir görmədilər. Arzu edirik ki, sökülməsi nəzərdə tutulan 2-mərtəbəli evlərin yerində, həyətimizdə abadlıq işləri aparılsın, yaşlıların istirahəti və uşaqların oynaması üçün şərait yaradılsın, ərazi planlaşdırılmasına uyğun olaraq yaşıllıqlar salınsın. Biz sakinlər də belə sosial-abadlıq işlərində, yaşıllığın salınmasında fəal iştirak etməyə hazırıq.
Biz əminik ki, müraciətimiz Sizə çatdırıldığı halda, həyətimizdə yaşıllığın məhv edilməsinin, qanunsuz bina tikintisinin qarşısının alınmasına dair göstəriş verəcək, öz xeyirxah qərarınızla biz sakinləri növbəti dəfə sevindirəcəksiniz. Müraciətimizi şəxsən Sizə təqdim etmək üçün, bir neçə sakini qəbul etməyinizi arzulayırıq. Eyni zamanda, Sizin gərgin iş qrafiki ilə işləməyinizi, bizi qəbul üçün vaxt məhdudiyyətini nəzərə alaraq, nümayəndənizin bizim ünvana gəlib vəziyyətlə yerində tanış olması da 300-ə yaxın mənzildə yaşayan 1500-ə yaxın sakini sevindirərdi.”
Sakinlər müraciətin Birinci Vitse-Prezident tərəfindən şəxsi nəzarətə götürülməsini, Yasamal rayonu, Z.Xəlilov, Ə.Cəmil və Şəhriyar küçələrinin kəsişməsində yerləşən qapalı həyətdə «Elit City» MMC tərəfindən 14 mərtəbəli yaşayış binasının tikilməsinə dair keçmiş icra başçısı İ.Mehdiyevin 21.06.2017-ci il tarixli 191 saylı sərəncamının ləğv edilməsinə və söküləcək 2 mərtəbəli fin evlərinin yerində abadlıq-yaşıllaşdırma işlərinin aparılmasına göstəriş verilməsini xahiş edirlər.
\\tezadlar.az\\

İbrahim Mehdiyevin sərəncamının ləğvi xahiş olunur...
İbrahim Mehdiyevin sərəncamının ləğvi xahiş olunur...
İbrahim Mehdiyevin sərəncamının ləğvi xahiş olunur...
İbrahim Mehdiyevin sərəncamının ləğvi xahiş olunur...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru