Şabranda partiya sədri icra başçısına savaş açıb - İDDİA
Tarix: 12-09-2017, 08:51 | Çap et
Şabran rayonunda uzun zamandan bəri hökm sürən ikihakimiyyətlilik rayonu iflic vəziyyətinə salıb. Bu barədə Qlobal.az-a daxil olan məlumatda deyilir. Məlumata görə, Şabran RİH-nin başçısı Novruz Novruzovla birinci müavini Mehdi Balabəyov arasında davam edən gizli mövqe savaşı Şabranlı sahibkarların həyatını "qara günə” döndərib. Rayon rəhbərliyinin gündən-günə artan "töycü”lərinə tab gətirə bilməyən obyekt sahibləri çarəni işlətdikləri obyektləri bağlamaqda görürlər. Digər acınacaqlı məqam isə rayonda fəaliyyət göstərən fermerlərin də ciddi problemlər yaşamasıdır. Belə ki, ölkə rəhbərliyinin prioritet elan etdiyi sahələrdən biri olan əkinçilik sahəsi Şabranda tamamilə məhv edilib. Rayonda ən məhsuldar torpaqlar icra başçısı və ona yaxın olan şəxslər tərəfindən zəbt edilib. Keyfiyyətsiz torpaqlar isə yerli fermerlərin istifadəsinə verilib. Ancaq fermerlərə verilən bu keyfiyyətsiz torpaqların münbitləşdirilməsi üçün rayon icra hakimiyyəti tərəfindən heç bir addım atılmır. Əksinə, dövlətin verdiyi subsidiya və digər güzəştlər rayon rəhbərliyində təmsil olunan şəxslər tərəfindən bölüşdürülür. Qlobal.az-ın əldə etdiyi məlumata görə, artıq bir neçə ildir ki, RİH-nin başçısı Novruz Novruzovla rayonun məhsuldar torpaqlarını bölüşdürmüş birinci müavin Mehdi Balabəyov bir müddət rayonu "mehribancasına” "idarə” etsələr də, son günlər münasibətlərdə ciddi gərginlik yaranıb. Yaranan gərginliyə səbəb isə son zamanlar başçı barəsində rayonda yayılan şayiə xarakterli məlumatlar və ölkə mediasında dərc olunan neqativ xəbərlərdi. Əldə etdiyimiz məlumata görə, sadə şabranlılar dolanışıqlarının dözülməzliyinə görə, birbaşa Novruz Novruzovu günahkar bilirlər. Buna səbəb isə icra başçısının vəzifəsinə laqeyd yanaşması, sakinlərin problemləri, qayğı və təklifləri barədə maraqlanmamasıdır. Sadə şabranlıların hiddətinə səbəb olan digər məqam isə, icra başçısının iş gününün çox hissəsini kabinetində şeir, hekayə yazmağa sərf etməsdir. Məlumata görə, rayon sakinləri arasında və ölkə mediasında haqqında yaranmış mənfi rəyə görə, Novruz Novruzov müavinlərini, əsasən də birinci müavin Mehdi Balabəyovu günahkar bilir. İcra başçısının bu qənaətə gəlməsinə səbəb isə, Mehdi Balabəyovun ən sevimli sözlərindən biri olan "Məni cənab prezident də tanıyır” sözünü tez-tez işlətməsidir. Qeyd edək ki, Mehdi Balabəyov Şabran RİH-nin başçısının birinci müavini olmaqla yanaşı, həm də Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədridir. Mehdi Balabəyovun partiya xətti ilə ölkə rəhbərliyinə çıxmaq şansının çox olması da Novruz Novruzovu müavini barəsində "ciddi tədbirlər” görməyə vadar edir. İcra başçısının müavini barəsində konkret hansı addımları atacağı barəsində hələ ki, heç bir məlumat yoxdur. Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Mehdi Balabəyovun Novruz Novruzovla müqayisədə rayonun idarə və müəssisə rəhbərləri və yerli sakinlər arasında nüfuzu daha böyükdür. Məhz bu amil hələ də Prezident Administrasiyasında nəhəng dayaqları olan icra başçısını daha da ehtiyatlı davranmağa məcbur edir. Xatırladaq ki, Novruz Novruzov 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin, 2002-2007-ci illərdə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2007-ci ildə isə Şabran RİH-nin başçısıdır. 2014-cü ildə "Şöhrət” ordeni ilə təltif edilib. Ədəbi dərgilərdə mütəmadi olaraq hekayə və şeirləri dərc olunur. Yaradıcılığının əsas meyarı vətənə məhəbəbət, dövlətə sədaqət, saf sevgi, düzgünlük, ədalət və səxavətlilikdir. Qarşı tərəf də münasibət sərgiləyə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|