Yasamal müəmması: - icra başçısı təyinatı niyə yubanır?
Tarix: 28-09-2017, 08:14 | Çap et
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ictimaiyyətdə xeyli müzakirələrə səbəb oldu. Bu müzakirələr indi də davam etsə də, hələ də rayona icra başçısı təyin edilməyib.
Nəzərə alsaq ki, Yasamal rayonunun ərazisi kifayət qədər böyükdür və burada xeyli meqalayihələr həyata keçirilir, o zaman rayona icra başçısı olmaq uğrunda mübarizənin heç də kiçik güclər arasında getdiyini söyləmək olmaz. Yayılan məlumatlardan da görünür ki, rayona icra başçısı olmaq uğrunda mübarizə iqtidarın üst səviyyələrində aparılır.
Hazırda rayon ərazisində yerləşən “Sovetki” kimi tanınan məhəllədə söküntü işlərindən sonra böyük park salınır, yollar çəkilir. Bundan başqa, rayon ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial evlər tikilir. Eyni zamanda rayonun Şərifzadə kimi iri küçəsində Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq qəzalı yaşayış yerləri sökülür, yerində isə hündürmərtəbəli binalar ucaldılır. Bütün bunlar qısa müddətdə pul qazanmaq istəyən şəxslərin, sözsüz ki, Yasamala olan marağını daha da artırıb və qızğın mübarizə başlayıb.
İndiyədək ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, “Hacı Cavad” məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerinə namizəd kimi bir sıra şəxslərin adları çəkilib. Namizədlərin adlarına keçməzdən öncə onu da qeyd edək ki, İbrahim Mehdiyev nə az, nə də çox düz 11 il idi ki, Yasamal rayonunun icra başçısı vəzifəsində çalışırdı...
Bir sıra saytlarda və sosial şəbəkələrdə yayılan məlumata görə, hazırda Daşkəsənin icra başçısı vəzifəsində çalışan Əhəd Abıyev Yasamal rayon İcra Hakimiyyətinə başçı təyin edilə bilər. Lakin Əhəd Abıyevin özü bu faktı inkar edib. Ölkə.az saytına açıqlamasında Ə. Abıyev bildirib ki, yayılan məlumatlar küçə söhbətləridir: “Bütün bunlar küçə söhbətləridir. Mənim başqa vəzifələrdə gözüm yoxdur. Vəzifəmdən məmnunam. Mənim indi hansısa rayona icra başçısı təyin olunacağım yalan söhbətdir. Mənə qalsa, Yasamalda icra başçısı işləməyi istəmərəm. Ümumiyyətlə, Bakıda işləmək daha çətindir. Hələlik mənim üçün Daşkəsən daha yaxşıdır. Sakit və təmiz havası olan rayondur. Özü də indi Bakıdan insanlar dincəlmək üçün Daşkəsənə gəlirlər. Hər kəs gəlib buranı görüb tərifləyir”, deyə, Abıyev bildirib.
Metropoliten idarəsinin sabiq rəisi Tağı Əhmədovun da adı Yasamal uğrunda mübarizə aparanlar siyahısında çəkildi. Hazırda YAP Yasamal rayon təşkilatına rəhbərlik edən Tağı Əhmədovun rayonun icra başçısı olacağı ilə bağlı xeyli sayda iddialar, məlumatlar yayılıb.
Məlumdur ki, Tağı Əhmədovun adı həm də “MTN işi” ilə bağlı məhkəmələrdə hallanır. Bu proseslərdə adının hallanmasının isə T.Əhmədovun Yasamal rayonuna icra başçısı təyin olunması şansını azaltdığı qeyd olunur. Tağı Əhmədovun özü isə bir müddət əvvəl “Yeni Müsavat”a məsələ ilə bağlı açıqlamasında yayılan məlumatları yalanlamayıb. “Allah qoysa, xəbəri eşidəndə bu barədə daha geniş yazarsan” deyən Tağı Əhmədov, konkret olaraq nələrin baş verdiyinə aydınlıq gətirməyib.
Tağı Əhmədovdan başqa Yasamal Rayon İcra Hakimiyyətinin başçısı postuna hazırda Dövlət Statistika Komitəsinin sədri işləyən Tahir Budaqovun da adı əsas namizədlər sırasında çəkilir. Onun icra başçısı təcrübəsinin olması şansını daha da artırdığı vurğulanır. Lakin yuxarıda da qeyd etdiyimiz kimi hələ də təyinat yoxdur.
Dövlət müşaviri vəzifəsində də çalışmış politoloq Qabil Hüseynli hesab edir ki, Yasamal kimi rayona icra başçısı təyinatı yubadılmamalıdır: “İcra başçısı vəzifəsinin boş saxlanılması idarəçilik və rayonun strateji əhəmiyyəti baxımından da məqsədəuyğun sayıla bilməz. Güman edirəm ki, ölkə prezidenti yaxın zamanlarda bu vəzifəyə təyinatı reallaşdıracaq. Nəzərə alaq ki, Yasamal rayonu çox böyük ərazini əhatə edir. Eyni zamanda şəhərin də mərkəzinə yaxın məsafədə yerləşir. Orada görülən işləri, icra olunan layihələri də nəzərə alarsaq, rayona icra başçısının təyinatı arzuediləndir”.
Bəs hüquqi baxımdan icra başçısı vəzifəsinə təyinat necə tənzimlənir?
“Yeni Müsavat”a danışan hüquqşünas Ələsgər Məmmədli bildirib ki, icra hakimiyyətlərinə aid səlahiyyətlər Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə ilə tənzimlənir: “Bu səlahiyyətlər isə birbaşa olaraq prezidentin səlahiyyətlərinə daxildir. O baxımdan, burada konkret olaraq hər hansı bir müddət nəzərdə tutulmayıb. Ancaq kimsə əvəzləyici gətirilir. Bir müddət sonra isə icra başçısı təyin oluna bilər. Qanunda isə bununla bağlı hansısa məcburiyyət və ya şərt də yoxdur. Yerli icra hakimiyyətinin səlahiyyətləri qanunla deyil, əsasnamə ilə tənzimlənir. Yəni prezidentin özünün təsdiq etdiyi fərmanla. Adətən ənənəvi olaraq məsələyə baxılır. Hansısa ciddi səbəb olanda qısa bir müddətlik əvəzləmə olur.Yəni əvəzləyicinin orada uzun müddət qalması ənənəvi deyil. Digər tərəfdən də hüquqda buna qarşı çıxan heç də yoxdur. Ona görə də əvəzləyicinin orada bir müddət qalması qanunla mümkündür”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|