Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                 

Milli Şura radikal dindarların oylağı kimi... və ya siyasi islam “Məhsul” stadionunda
Tarix: 28-10-2017, 10:22 | Çap et
Milli Şura radikal dindarların oylağı kimi...
Məlum olduğu kimi, Milli Şura son bir ay ərzində 2 mitinq keçirib və indi də növbəti aksiyaya hazırlaşır. Son illərin təcrübəsi göstərir ki, adıçəkilən qurumun sosial bazasının zəifliyi, funksionerlərinin təzadlı keçmişi, insanların şahmat piyadası kimi təhlükə önünə atılması təşkil edilən mitinqlərdə az-çox kütləviliyi təmin etməyə imkan vermir. Belə olduğu təqdirdə Əli Kərimli və Milli Şuranın digər funksionerləri məşhur tarixi sualla üz-üzə qalırlar: nə etməli? Sualın mahiyyəti aydındır: əvvəlki miitinqlər zamanı boş qalan kiçik bir stadionu mümkün qədər doldurmaq, süni görüntü yaradaraq "izdihamlı aksiya keçirdik” deyə qürrələnmək və donorların etimadını doğrultmaq üçün hansı yollara əl atmalı?
Daim öz mənafelərini ümummilli maraqlardan üstün tutan, erməni diasporu və mediası, Arzu Qeybulla, Riçard Kozlariç, Devid Kramer və s. kimi ermənipərəst ünsürlərlə əməkdaşlıq etməkdən çəkinməyən Milli Şura rəhbərləri aksiyalara əlavə insan cəlb etmək üçün istənilən qüvvə ilə ittifaqa girməyə hazırdır. Təbii ki, bu istəyin fonunda Azərbaycanda şəriət dövləti qurmağa dəfələrlə cəhd etmiş radikal dini qruplar diqqətdən kənarda qala bilməzdi.
Məlumdur ki, son illər region ölkələrində radikal dindarların aktivləşməsi və dini konsepsiyaların məscidlərdən meydanlara transfer olması nəticəsində qanlı olaylar yaşanır, dövlət aparatları bir-bir sıradan çıxır, Suriya, İraq kimi bəşər sivilizasiyasının beşiyi sayılan ölkələr xarabazarlığa çevrilir, onların vətəndaşları miqrant kimi Avropada tikanlı məftillər arxasında boynubükük ömür sürürlər. Təbii ki, Milli Şuranın funksionerləri bunlardan xəbərdardırlar. Amma hakimiyyət hərisliyi, xarici təşviq və ifrat tamahkarlıq Əli Kərimli və onun komandasının gözünü örtüb.
Azərbaycan dünyəvi ölkədir və onun Konstitusiyasında da təsbit olunduğu kimi, din dövlətdən ayrıdır. Buna baxmayaraq, zaman-zaman ölkəmizdə dini-ekstremist cərəyanlar baş qaldırmaq istəyib və bu proses indi də davam etməkdədir. Bu kimi cəhdlərin qarşısı müvafiq dövlət orqanları tərəfindən vaxtında və qətiyyətlə alınıb. İki il əvvəl Nardaran qəsəbəsində radikal terrorçu qruplaşma zərərsizləşdirildi. O vaxt elə təsəvvür yarandı ki, bu uğurlu əməliyyatla Azərbaycanda zərərli dini cərayanların kökü birdəfəlik kəsildi. Amma sonradan məlum oldu ki, xaricdən qidalanan dini radikalizm Nardaran hadisələrindən sonra Milli Şuranın simasında özünə müttəfiq taparaq, siyasi mübarizə adı altında yeni platforma əldə edib. Artıq biz onları "Məhsul” stadionunda görürük.
Bir neçə gündür ki, həmin qaraguruh sosial şəbəkələrdə Milli Şuranın mitinqi üçün çağırışlar edir, insanları hakimiyyət əleyhinə qeyri-dinc mübarizəyə səsləyir. Etiraf etmək lazıımdır ki, xaricdən idarə olunan radikal dini qruplaşmaların "Facebook”dakı bu cür çağırışlarının təməlində, bir tərəfdən, onların Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı nifrəti dayanırsa, digər tərəfdən, sosial şəbəkələrdəki cəzasızlıq və nəzarətsizlik mühiti belə halların ortaya çıxmasına imkan verir.
Gəlin dini zəmində hökumət əleyhinə kəskin çağırışlar edən bəzi "Facebook” səhifələrinə və profillərinə nəzər yetirək. Onu da xatırladaq ki, bu səhifə və profillərin hamısı, Əli Kərimli ilə bərabər, Milli Şuranın mitinqini təbliğ etməklə məşğuldur.

Milli Şura radikal dindarların oylağı kimi...

Tanış üslubdur. Dövlət və dövlət nümayəndələrinə qarşı eyni aqressiyanın dini mübarizə donunda İraq, Liviya və başqa ölkələrdə hansı fəlakət və qətliamlara səbəb olduğu hər kəsə məlumdur. Milli Şuranın müttəfiqləri növbəti paylaşımlarında "qana-qan” deyirlər və dini cameəni Nardaran hadisələrinin qisasını almağa çağırırlar.

Milli Şura radikal dindarların oylağı kimi...

"Nur-Az.com” adlı İranmeyilli başqa bir sayt isə Azərbaycan polisini hədəf göstərərək paylaşımlar edir və xalqı mitinqə səsləyir. Eyni zamanda, saytın sosial şəbəkədəki səhifəsində dindarların İmam Hüseyin kimi hər an şəhadətə hazır olmaları təbliğ olunur.

Milli Şura radikal dindarların oylağı kimi...

Nur-Az.com
22 Oktyabr, 22:40 ·

ŞEYTANİ SİYASƏTLƏRLƏ MÜBARİZƏ YOLU
Əgər Allahı dost tutursunuzsa şəhadət arzusunda olun
İndi bir adam bir növ siyasət oyunları qarşısında dayanmaq istəsə nə etməlidir? Yolu nədir?
Yol, həmin İmam Hüseynin (ə) göstərdiyi yoldur. Əgər Allahı dost tutursunuzsa şəhadət arzusunda olun. Şəhadəti arzu edən, məhbubunun görüşünü arzu etməzmi? Biz gərək bunları öyrənək. Gərək bu yolla hərəkət edək. Dünya arzularına o qədər də bel bağlamamalıyıq. Dünyanın bər-bəzəklərinə aldanmamalıyıq. Allah yolunda, müqəddəs amallar uğrunda şəhadəti ən böyük iftixar bilməliyik. Belə olan surətdə dini, milli dəyərlərimizi qoruya bilərik. Bu imam Hüseynin (ə) bizə öyrətdiyi dərsdir. Necə ola bilər biz Hüseynçi olmaq istəyirik, ona ehtiram göstərib, xatirəsini əziz tuturuq, amma bununla belə ondan bu cür dərsləri öyrənə bilməmişik? Bizim yeniyetmələr arasında Qasim ibni Həsəndən nümunə götürəcək adamlar çoxdur. Eləcə də Həbib ibni Məzahirə yoldaş olacaq yaşlılarımız var. Biz bu karvandan geri qalmamalıyıq. Allah yolunda, millət uğrunda şəhadəti şərəf, iftixar bilmək bizim qəlblərimizin açarıdır. Əgər müharibə olsa, şəhadətə hazır olmalıyıq. İmamın yanına nə qədər cavan gəlib ixtimas edirdilər ki, ağa dua edin biz də şəhadətə çataq. Təəssüflər olsun ki, bu günlər belə dəyərlər unudulur. Ancaq Hüseynin (ə) adının bərəkətindən bu dəyərlər yenidən dirçəlməlidir.
***
İki polis əməkdaşını qətlə yetirən dini-terrorçu qruplaşmanın rəhbəri Tale Bağırzadə də həbsdə olmasına baxmayaraq, mitinq təşkilatçılarını qızğın şəkildə müdafiə edir, tərəfdarlarını Əli Kərimli və Milli Şura ilə həmrəyliyə səsləyir.

AXCP Gencler Komitesi
4 saat ·

Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadədən önəmli çağırış
Oxu və paylaş
"Biz istəyirik ki, qanunvericiliklə olsun hər şey tətbiq olunsun. Bizim gözəl qanunlarımız var. İstəyirəm ki, qanunlar hamı üçün işlək olsun. Oktyabrın 18-i Müstəqillik Günüdür. Lakin bayram kimi qeyd etmirlər. Bunlarda dövlət anlayışı yoxdur, ancaq klandır. Bunları ən çox qorxudan bizim Əli Kərimli və Milli Şura ilə birlıikdə olmağımızdır. Biz dindarlara da başa salırıq ki, Milli Şura, Əli Kərimli düz yoldadırlar və onlarla bağlı deyilən yalanlara inanmasınlar. Milli Şura dindarları müdafiə edir və bizim arxamızdadır. "
***
Bəli, terrorçu qruplaşmanın rəhbəri Tale Bağırzadə özü də etiraf edir ki, Milli Şura bizim arxamızdadır. Yəqin ki, analoji hal Türkiyədə baş versəydi, deyək ki, Fəthullah Gülən hansısa bir qurumun onu dəstəklədiyini bildirsəydi, dərhal həmin qurum haqqında Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi prosedurlara start verilərdi.
Milli Şura radikal şiə qrupları ilə əməkdaşlığı o qədər dərinləşdirib ki, artıq qurum, müxalif mövqeli partiya və fərdlərin birləşdiyi platformadan çox, Azərbaycanda dünyəvi hakimiyyətin mövcudluğu ilə barışmayan radikal dini qrupların qərargahına bənzəyir. Hesab edirik ki, müvafiq dövlət qurumları ayıq-sayıq olmalı, islam dininin ölkədaxili siyasi mübarizədə yerli və xarici dairələr tərəfindən istifadə edilməsinə imkan verməməlidirlər.

Publika.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru