Eldar Mahmudovu kimlər "öldürür"? - İDDİA
Tarix: 28-11-2017, 08:26 | Çap et
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun növbəti dəfə ölüm xəbəri yayılıb. Bu dəfə də sabiq naziri ürək tutmasından “öldürüb”lər. Bu barədə xebervar.net saytı məlumat yayıb. Saytın verdiyi xəbərdə deyilir: “Milli təhlükəsizlik naziri Eldar Mahmudov ürək tutmasından dünyasını dəyişib. Vəzifədən çıxdıqdan sonra stress, fikir, qorxu keçirən Mahmudov ürək xəstəliyi tapıb və bu xəstəlikdən vəfat edib. Bununla bağlı hər hansı başqa mənbədən məlumat verilməyib”.
Bu sabiq nazirin ilk ölüm xəbəri deyil. Vəzifədən çıxarılandan sonra belə xəbərlər mətbuatda ara-sıra peyda olub. Eldar Mahmudovun ölüm xəbərini əsasən ölkənin aztirajlı saytları yayıb və yaymaqdadırlar.
Həmin saytlarda əvvəllər yayılan məlumatlarda deyilirdi ki, Eldar Mahmudovun yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib. Yaxın ətrafı həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan Eldar Mahmudov düşdüyü durumdan içki vasitəsilə çıxmağa çalışırmış. İçki aludəçisinə çevrilməsi də onun ürəyində olan problemləri artırıb. Sabiq nazirin səhhətində yaranan ciddi problemlər onun qəfil ürəktutmasına yaxalanmasına səbəb olub. Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilsə də onu ölümün pəncəsindən qurtarmaq mümkün olmayıb. Eldar Mahmudovun öldüyü haqda yayılan bu xəbəri hələlik başqa mənbələrdən, eləcə də rəsmi strukturlardan dəqiqləşdirmək mümkün olmayıb. Bununla belə, keçmiş milli təhlükəsizlik nazirinin faktiki olaraq ev dustaqlığı şəraitində saxlanıldığı və düşdüyü depressiya şəraitində hər gün içdiyi haqda daha əvvəl də məlumatlar daxil olurdu. Mənbələrə görə, Mahmudov həddən artıq spirtli içki içirdi və dəfələrlə bu səbəbdən halı pisləşirdi. Eldar Mahmudovun barəsində hər 2-3 aydan bir ölüm xəbərinin yayılmasını təsadüf hesab etmək sadəlöhvlük olardı.
Belə anlaşılır ki, yayılan xəbərlər sabiq nazirin özünün də maraqlarına uyğundur, habelə onu qoruyan əllərin də maraqlarını ifadə edir. Maraqlıdır ki, bu məlumatlar E.Mahmudovun cinayət xarakterli konkret əməllər törətməsi haqda həbsdə olan MTN generallarının onun əleyhinə ifadələr verəndən sonra ortaya çıxır. Sanki E.Mahmudov bu şəkildə, kiçik tirajlı media üzərindən olsa belə onu himayə edənlərə “öldüm, infarkt oldum” şəklində ismarışlar göndərir, dəstək vermələrini, köməklik göstərmələrini, hərəkətə keçməli olduqlarını bildirir. Nə də olmasa, ölüm xəbəri kimi ildırım sürəti ilə yayılan ikinci bir xəbər yoxdur. Yəni bu xəbərə kimsə “eşitmədim, məlumatsızam” şəkilində reaksiya verə bilmir. Söhbət Eldar Mahmudovdan gedirsə, xəbərin qısa zamanda böyük auditoriyanı əhatə edəcəyi də əvvəldən bəllidir. O da mümkündür ki, sabiq nazirin ölüm xəbərini bilərəkdən yayıb qəfil ölümünə kömək oluna biləcəyini işarə edib onu təzyiq altında saxlayırlar. Nəzərə çatdıraq ki, növbəti “ölüm” xəbəri həm də Eldar Mahmudov prokurorluqda 3 dəfə dindiriləndən sonra yayıldı.
Görünən odur ki, Eldar Mahmudovun ətrafında gedən proseslər artıq gizli şəkildə aparılmır. Sabiq nazir 2 ildən artıq bir müddətdə müqavimət göstərib yaxasını istintaqçıların əllərindən kənar saxlaya bilsə də, artıq vəziyyət dəyişib. General Elçin Quliyev açıq mətnlə məhkəmədə dedi ki, iş yoldaşları olan Malik Mustafayevin qardaşı Mətləb Mustafayevin evinə silahı Eldar Mahmudovun göstərişi ilə qoyublar. Çox ciddi ittiham olmaqla yanaşı, sabiq nazirin qandallanması üçün əsas verən bir ifadədir. Qalır Eldar Mahmudovu özünün tabeçiliyində olmuş, onun əmrlərini yerinə yetirən generalı ilə üzləşdirib həbs etmək. Əslində isə sabiq nazirin həbsi üçün ortalıqda çox ciddi faktlar, dəlillər var.
Belə bir durumda sabiq nazirin ölüm xəbərlərinin bir-birini əvəzləməsi Eldar Mahmudovun dərhal ciddi nəzarətə götürülməsini diqtə edir. Sabiq nazir “MTN işi”nin əsas fiqurudur. Bu baxımdan onun dünyasını dəyişməsi bir çox tərəflərin maraqlarına cavab verir. E.Mahmudov həqiqətən qəfil öləcəksə, onun rəhbərliyi altında baş verən cinayətlərin izi də itib batacaq. Bunda da maraqlı qüvvələr olmamış deyil. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Dünən, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Dünən, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Dünən, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Dünən, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Dünən, 15:54 |
|
|
|
|