Gömrük sisteminin sirli siması... - İDDİA
Tarix: 27-02-2018, 08:53 | Çap et
Azərbaycanda hansısa sahəyə rəhbərlik edən məmurun vəzifələri yaxınları arasında bölüşdürməsi adi haldır. Bu, Azərbaycan hakimiyyətinin idarəçilik metodunun başlıca qaydasıdır. Bəzi məmurlar, hətta cangüdənini, sürücüsünü yüksək postlara təyin etməkdən çəkinmir. Növbəti belə bir faktla bağlı cumhuriyyet.az oxucularını tanış edir. Hazırda Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışan Nazim Məmmədov əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sürücüsü olub. Əslən Naxçıvandan olan Nazim Məmmədov 1951-ci ildə dünyaya gəlib. 1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini bitirib. Əmək fəaliyyətinə Naxçıvanda baytarlıq stansiyasında başlayıb. Sonradan Kəmaləddin Heydərovun sürücüsü olub. 2007-ci ildə “fövqəlnazir”in dəstəyi ilə komitə sədrinin müavini postuna yiyələnib. 2008-ci ilə, ali təhsilini başa vurduqdan 9 il sonra general-leytenant rütbəsi alıb. Məlumatlarda vurğulanır ki, Nazim Məmmədov məmurlar arasında komitə sədrinin müavinindən çox, hakim komandanın yuxarı elitasının ərzaq təminatçısı kimi tanınır. Onun oğlu Mustafa Məmmədov isə polkovnik-leytenantdır. Mustafa Məmmədov Fövqəladə Hallar Nazirliyində şöbə rəisi vəzifəsində çalışır. Amma N.Məmmədovla bağlı məlumatlar bununla yekunlaşmır. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı adıçəkilən gömrük generalı ilə bağlı ilginc məlumatlara rast gəldik. Bu məlumatlardan ən önəmlisi N.Məmmədovun ali təhsili ilə bağlıdır. Belə ki, Dövlət Gömrük Komitəsinin sədr müavininin ali təhsil almadığı haqda mediada iddialar səslənib. General-leytenant rütbəsi daşıyan 65 yaşlı bu məmurun indiki vəzifəyə necə gəlib çıxdığı məsələsi kifayət qədər şübhəlidir və bunun üçün ciddi əsaslar da var. Nazim Məmmədov Ordubad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb. Karyerasındakı yüksəliş isə 1995-ci ildən – Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Onun 1998-ci ildə – nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Yeri gəlmişkən, Nazim Məmmədovun tərcümeyi-halı sosial şəbəkələrdə yayılandan sonra Dövlət Gömruk Komitəsinin rəsmi saytında onun üçün ayrılmış “bölmə”yə əl gəzdirilib. Belə ki, tərcümeyi-halda “1999-cu ildə Təfəkkür Universiteti”nin hüquq fakültəsini bitirmişdir” bəndi çıxarılıb. Bununla da komitə rəhbərliyi guya bəzi faktları gizlətməyə çalışıb. Yeri gəlmişkən bu məqamla bağlı mediada daha bir iddia da səslənib ki, həmin iddiada gömrük generalının ali təhsili ilə bağlı prosesə aydınlıq gətirilir. Bu məsələ ilə mediada yer alan həmin iddianı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Amma yayılmış xəbərlərdən birində maraqlı bir məqam daha vardı. Bu məqam generalın 48 yaşında Təfəkkür Universitetinin hüquq fakultəsini bitirməsiylə bağlıdı. Sözügedən universitetin Kiyev filialının sabiq rektoru Riyad Əliyev məlumat verib ki, Nazim Məmmədov birbaşa 4-cü kursa götürülüb. «İlham Pirməmmədov onu Müşfiq Atakişiyevin yanına göndərmişdi. 15 min dollara razılaşdılar. Nazim Məmmədov dövlət imtahanına belə gəlmədi. Həmin vaxt imtahanda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi, eyni zamanda universitetin kuratoru Nəzakət Hacıyeva qeyd elədi ki, hətta attestatı olmayan olmaya, diploma alanlar var”
Gömrük Komitəsi sədrinin müavininin yeni iddiaları; Komitə daxilindəki oyunlarda generalın mövqeyi; N.Məmmədov hansı qruplaşmada yer alıb? Gömrük Komitəsindəki rəqiblərin vurulması üçün hansı təbliğat aparılır? Bütün bunlar haqda növbəti yazımızda…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
|