MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                     “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ .....                     Günün fotosu: MALƏSƏF... .....                     Paşinyan Zənğəzur dəhlizini açır .....                     “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin .....                     Erməni cəmiyyəti aşınıb .....                     "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" .....                     Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru .....                     Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik .....                     Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib .....                     Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib .....                     Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? .....                     “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək .....                     Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək .....                 

Eldar Mahmudovun həbs edilməməsinin bilinməyən səbəbləri... - İLGİNC
Tarix: 14-03-2018, 08:34 | Çap et
Eldar Mahmudovun həbs edilməməsinin bilinməyən səbəbləri...
2015-ci ilin oktyabr ayının 17-də vəzifədən çıxarılan, “MTN işi” üzrə ötən il istintaqa çağırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı müəmma davam edir. Onun ətrafında çoxsaylı həbslər olub, komanda üzvlərinə az qala Cinayət Məcəlləsinin bütün bölümlərinə aid müxtəlif maddələrlə ittiham verib məhkəmə qarşısına çıxarıblar. Ən son həbs edilən sabiq nazirin köməkçisi işləmiş əmisi oğlu Vüqar Mahmudov oldu. Ona qədər istintaqçılarla Eldar Mahmudovun komandasının 20-dən çox yüksək çinli zabiti üz-üzə qalmışdı.

Ən müxtəlif vəzifə cinayətləri ilə bağlı ittiham edilən həmin MTN-çilərin bir çoxu haqda artıq məhkəmələrin hökmləri də var. 2014-cü ildən köməkçisi işləmiş Vüqar Mahmudov həbs ediləndən sonra ona qarşı da Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürüldü. Ötən ilin sonlarına təsadüf edən həbsdən sonra belə xəbərlər dolaşırdı ki, tezliklə sabiq naziri də həbs edəcəklər. Hərçənd ki, bu qəbildən olan xəbərlərə artıq inananlar çox azdır...

Ləğv edilmiş MTN-də 2015-ci ildə gerçəkləşdirilən əməliyyatdan Eldar Mahmudov əli qandalsız çıxa bilib. Onun komanda üzvlərinin həbsindən sonra istintaqın, məhkəmənin aparılması qaydaları haqda təfərrüatlar meydana çıxdıqca beyinlərə belə təəssürat hakim kəsilib ki, sabiq nazir toxunulmazdır. Hazırda isə bu düşüncənin möhkəmlənməsinə rəvac verən məlumat da ortalıqdadır. Eldar Mahmudov söhbət mövzusu olanda tez-tez “bütün dünyada xüsusi xidmət orqanlarının rəhbərlərini həbs etmirlər” fikri eşidilməkdədir. Yəni bütün dünyada həbs etmirlərsə, Azərbaycanda da etməyəcəklər. Amma Azərbaycanda milli təhlükəsizlik nazirinin həbsdə olması təcrübəsi var. 1993-cü il iyul ayının 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib. 1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. Daha sonra isə əfv fərmanı ilə azadlığa buraxılıb.

Bu baxımdan Eldar Mahmudova münasibətdə fərqli münasibət göstərilməsi suallar doğurur...

Məsələ Eldar Mahmudovun şəxsinə bağlıdır, yoxsa həqiqətən də təhlükəsizlik şeflərinin həbs edilməməsi barədə formalaşan qənaətlər doğrudur?

Azərbaycanın milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər deyir ki, müxtəlif dövlətlərin təhlükəsizlik xidmətlərinin rəhbəri olmuş şəxslərlə digər vətəndaşlar arasında elə də fərq yoxdur: “Hər bir dövlətdə təhlükəsizlik orqanı rəhbəri kreslosunda əyləşmiş vəzifə sahibi ilə sıravi vətəndaş qanun qarşısında bərabərdirlər. Təhlükəsizlik orqanlarının rəhbərlərinin həbs edilməməsi ilə bağlı deyilənlərin ciddi əsasları yoxdur. Amma belə orqanların rəhbəri olmuş şəxslər bir qayda olaraq siyasi hakimiyyətə çox yaxın, etibarlı adamlar olurlar. Eyni zamanda dövlət üçün çox məlumatlı adamlar olurlar. Vəzifələrinin verdiyi imkanlardan dolayı qiymətli informasiya daşıyıcılarına çevrilirlər. O adamların özləri də həddən artıq diqqətli və ehtiyatlı olurlar. Bu səbəbdən də belə bir postda olmuş şəxslərin həbsinə çox az rast gəlinir. Amma bu o demək deyil ki, bu adamların hüquqi cəhətdən bir immuniteti var, həbs edilə bilməzlər. Onlar da qanun qarşısında adi vətəndaşdırlar”.

Sülhəddin Əkbər deyir ki, sabiq MTN şefinin azadlıqda qalması cəmiyyətdə və beynəlxalq aləmdə çox ciddi suallar doğurur: “Hamıya bəllidir ki, Milli Təhlükəsizlik Nazirliyi hərbi təşkilat olub. Orada bütün hərəkətlər, fəaliyyətlər, informasiya axınının təmini, sistemləşdirilməsi, analizi, qiymətləndirilməsi, daxil olan çoxsaylı məlumatların işlənərək informasiya halına gətirilməsi, müvafiq təkliflərin hazırlanması bütünlüklə sistem halında hərbi əmrlərlə, hərbi nizam-intizam içində yerinə yetirilib. Ona görə də hər hansı bir işin MTN daxilində gizli şəkildə gerçəkləşməsi uzun müddət davam edə bilməzdi. Orada böyük miqyaslı cinayətlər baş versin və bundan hərbi təşkilat şefinin məlumatı olmasın, bu, qeyri-mümkündür. Bu gün müşahidə edilən prosesin başqa səbəbləri var və prosesin nə ilə nəticələnəcəyi də bilinmir. Həbs edə də bilərlər”.

Yada salaq ki, ötən ilin noyabrında Vüqar Mahmudovun gözlənilmədən həbs olundu. Bunun ardınca isə sabiq naziri ilk dəfə olaraq istintaqa çağırdılar. Bu əlbəttə ki, səbəbsiz deyildi. Bilinirdi ki, Eldar Mahmudovun əmisi oğlunun ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması sıradan qərar deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst qatından verilməlidir. Belə bir qərar verilmişdisə, E.Mahmudovun indiyədək həbs edilməməsinin də ciddi səbəbləri olmalıdır. Bu haqda indiyə qədər bir neçə versiya səslənib. Əsas versiya kimi sabiq nazirin Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən çıxardıqları külli miqdarda vəsaiti qaytarmağa söz verməsi qeyd edilir. Digər bir versiya isə E.Mahmudovun əlində ola biləcək kompromat materialla bağlıdır. Sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkədən çıxara bilib. Bu versiyalardan hansının həqiqətə yaxın olub-olmadığını demək çətindir. Ola bilsin, medianın izinə düşə bilmədiyi daha real səbəblər olsun.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28
“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19
Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17
Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13
Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03
Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02
Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru