Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                     “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ .....                     Günün fotosu: MALƏSƏF... .....                     Paşinyan Zənğəzur dəhlizini açır .....                     “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin .....                     Erməni cəmiyyəti aşınıb .....                     "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" .....                     Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru .....                     Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik .....                     Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib .....                     Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib .....                     Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? .....                     “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək .....                     Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək .....                     Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... .....                     Pezeşkianı Bakıya niyə buraxmırlar? .....                     Rusiyadan Sərkisyan açıqlaması: .....                     Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... .....                     Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib .....                     Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? .....                     Tanınmış alim Qüdrət İsaqov vəfat edib .....                     Türkiyədə fitrənin məbləği açıqlandı: .....                     “Səni sevdiyimi sən bil, bəsimdir” .....                     “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır .....                     Maliyyə Nazirliyini təmizləyəcək şirkət .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                 

Astan Şahverdiyevin vəfatından sonra yaşadığım dəhşət - Keçmiş deputat yazır
Tarix: 16-04-2018, 17:18 | Çap et
Astan Şahverdiyevin vəfatından sonra yaşadığım dəhşət
Dünən feysbukda mərhum millət vəkili Astan Şahverdiyevin vəfatı xəbəri ilə bağlı bir status paylaşdım. Üzüntümü ifadə etməyə çalışdım. Deputat haqqında bildiklərimi, eşitdiklərimi yazdım. Azərbaycan ictimaiyyətinin onu yanlış tərəfdən tanıdığını izah etmək istədim. Ki, Astan müəllim əslində bu xalqa, onun dəyərlərinə nifrət edən, xalqa yuxarıdan aşağı baxan bir insan deyildi. Xalq adamıydı, sadə, hətta sadəlövh adamıydı. O qədər sadəlövh ki, auditoriya qarşısında deməli olduğunu deyil, deməməli olduğunu dilə gətirdi və həm də siyasət meydanı sayılan parlamentdə nə qədər piyada olduğunu ortaya qoydu.

O məlum çıxışdan sonra klassik və onlayn media da daxil, sosial şəbəkələr xüsusi qəddarlıqla deputatın haqsız olduğunu özünə sübut etdilər. Üzr istətdilər. O da həqiqətən peşman olduğunu etiraf etdi, çünki dilə gətirdiyi o məlum ifadələr onu ifadə eləmirdi...

Astan müəllim yaxşı ziyalı, elmdə uğurları olan alim, şəxsi həyatında isə bədbəxt bir adam idi: oğlu gənc yaşında faciəvi şəkildə dünyasını dəyişib, qızının ailəsi dağılıb, yoldaşı onkoloji xəstədir, Allah uzaq eləsin, bəlkə o qadının da ömründən sayılı günlər qalıb...

Əslində, o paylaşımım insanlara Astan müəllimin hələ torpağa qoyulmayan nəşindən yenicə ayrılmış ruhunu narahat etməmək üçün bir çağırış idi. Amma…

O statusa hansı şərhlər yazıldı, ölünün ünvanına nələr deyildi, normal əxlaq və mənəviyyatdan, mental dəyərlərdən, dini inanclardan uzaq hansı sözlər işlədildi, təkrar etmək deyil, xatırlamaq belə istəmirəm.

Məni narahat edən bilirsiz nədir? Adamın işlətdiyi məlum ifadəni qeyri-etik, qeyri-sağlam təfəkkür məhsulu sayıb da özləri söyüş söyənlər... Bu ölkədə nə zamandan söyüş söymək, təhqir etmək, insanları aşağılamaq, dəyərləri baltalamaq "dəyər"ə çevrildi?

Astan müəllim səhv eləmişdi, cavabını da artıqlamasıyla almışdı. Bir insana səhvini etiraf etdirmək və üzr istətdirmək - toplum üçün böyük nailiyyətdir. Sevindirici nəticədir. Demək ki, bu ölkədə İctimai Rəy böyük bir Gücdür, Avtoritetdir, Nüfuzdur. Hətta Milli Məclisin deputatı da onunla hesablaşır, ona məğlub olur, ağ bayraq qaldırır, bağışlanmaq, əfv olunmaq üçün təvəqqe edir...

Amma bəziləri neylədi? O Gücü, o Enerjini darmadağın etdi. Göstərdi ki, İctimai Rəyi vecinizə də almayın, nə edirsiz, əcəb edirsiz, biz söyülməyə, təhqir edilməyə, aşağılanmağa layiqik. Çünki özümüz də söyüş söyənik, təhqir edənik, aşağıdan da aşağıdayıq. Söyün və heç əziyyət çəkib üzr də istəməyin.

Çox təəssüflər olsun ki, günün reallığı, gündən görünən budur. Böyüklük göstərməyən, bağışlamağı bacarmayan toplum uzaq hədəflərə yön ala bilməz. İnamsız, ideyasız, işıqsız, bivec cəmiyyət dəyərləri uğrunda mövqe ortaya qoya bilməz!

Müşahidə edirəm, həqiqətən üzülürəm - Astan müəllimin tərcümeyi-halını oxuyub təəccüblə sual yağdıranlara...



Bəli, deputat Astan Şahverdiyevin zəngin tərcümeyi-halı var. Dediyim kimi, yaxşı alim olub. Böyük elmi araşdırmaların, ixtiraların müəllifidir. Professordur. Elmi titulları həddən ziyadədir. Amma bu, o demək deyil ki, siyasətdə də “nömrə 1” olmalıydı. Olmaya da bilər. Onlarla belə nümunələr var, həm dünyada, həm ölkəmizdə. "Siyasətçi deyildisə, parlamentdə nə işi vardı" deyənlər, parlament, adından da göründüyü kimi, "danışmaq yeri"di, siyasət meydanıdı, amma həm də orada siyasətdən uzaq olanlar, məsələn, iqtisadçılar, idmançılar, müğənnilər, alimlər də təmsil oluna bilər. Çünki qanunda "siyasətçi olmayanın parlamentdə yeri yoxdu" deyə müddəa yoxdur.

Elm və Təhsil Komitəsində əminəm ki, Astan müəllim lazımlı, təcrübəli, hətta əvəzsiz üzv idi...

Həm də üstündən xeyli zaman keçmişdi qəbul etmədiyimiz sözün. Söz yiyəsi o sözü çoxdan geri götürmüşdü. Onun ölümü niyə məhz o sözü yada salmalı idi?

Axtarış verin, haqqında çıxanları oxuyun: açıqlamaları var, Qarabağla, ölkənin taleyüklü məsələləri ilə bağlı hamımızın düşündüyü, narahat olduğu məsələlərə bir xalq adamı, ziyalı kimi yanaşmaları var… Bir seçicisinin ondan narazı olduğu haqda xəbər çıxmadı qarşıma; bir seçicisinin, doğmasının malını-mülkünü əlindən aldığını görmədik; deputat səlahiyyətindən istifadə edib, imarətləri, villaları yanaşı qoyduğu haqda da heç nə yoxdur…

Astan Şahverdiyevin üzünə, geyiminə, həyat tərzinə baxın: axı, bu adam doğrudan da bizim birimizdir, nəinki özü, hətta xanımına da istənilən vaxt zəng edib, danışdırmaq, söz almaq, söz demək imkanınız olandır.

Görünür, cəmiyyət “əl çatanını” söyməyə, döyməyə, onun bütün elədiklərini bir anda unutmağa, bir sözündən yapışıb, qiyamətə qədər deyinməyə meyillidir. Bəlkə, elə ona görə içimizdən çıxanlar az keçmədən əlçatmaz olur?

Bir düşünün: bəlkə, onları biz məcbur edirik, biz təhrik edirik ki, rahat olmaları üçün bizimkimilərdən uzaqlaşsınlar?

Biz bu cəmiyyəti hara daşımaq istəyirik, nəyə nail olmağı hədəfləmişik?

Nifrət edə-edə Yol gedilməz, söyə-söyə Ömür yaşanmaz!

Yolunuzu düzgün seçin, Ömrünüzü cəhənnəmə döndərməyin…
Aynur CAMALQIZI










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28
“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19
Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17
Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13
Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03
Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02
Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru