Diaspor Komitəsinin daha bir qalmaqallı kadrı: - Qardaşının adı ermənilərlə işbirliyində hallanan Ümid Abuzərlinin taleyi necə olacaq?
Tarix: 8-05-2018, 08:13 | Çap et
Prezident İlham Əliyevin seçkilərdən sonra vəzifədən kənarlaşdırdığı şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. N. İbrahimovun vəzifəsinin öhdəsindən uğurla gələ bilməməsini adi insanlar və aşağı ranqlı məmurlar deyil, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səsləndirib. Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Akademik daha sonra bildirib ki, Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib.
“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, – deyə, akademik Ramiz Mehdiyev vurğulayıb.
Akademikin bu açıqlamasından sonra Nazim İbrahimovla yanaşı, vəziyyətin bu səviyyəyə çatmasında günahkar olan digər şəxslər bağlı da mediada məlumatlar yayılmağa başladı. Məsələn, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini və Avropadakı diasporamızla işə birbaşa cavabdeh olan Ramin Məmmədov fəaliyyəti ilə bağlı ilginc məlumatlar mediaya sızmağa başladı.
Ancaq nədənsə Azərbaycan diasporunun bügünkü gücsüz duruma düşməsində “xidməti” olan digər şəxslər diqqətdən kənarda qaldı. Redaksiyamıza bu istiqamətdə daxil olan məlumatlarda qeyd olunur ki, Akademik Ramiz Mehdiyevin haqlı iradlarının ünvanlarından biri də komitənin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri Ümid Abuzərlidir. Seçkilərdən əvvəl və sonra bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı məkrli plan və hücumlarının qarşısının alınmaması, buna adekvat olaraq hər hansı təbliğat işinin qurulmaması heç şübhəsiz ki, Ü.Abuzərlinin fəaliyyətsizliyinin məntiqi yekunudur.
Kimdir Ümid Abuzərli?
Ümid Abuzərli Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunan Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğludur. Atası T.Kərimov başçı olarkən oğlunu deputat seçdirməyə nail ola bilməsə də, sonradan həmyerlisi və dostu Nazim İbrahimovun komitəsinə yerləşdirə bilmişdi.
Keçmiş başçı Tahir Kərimov da Azərbaycan ictimaiyyətinə tanış isimdir. O, rayonda tədbirlərin birində özünün şagirdlərin qızılgül çələnginin altından keçməsini təşkil etməklə sosial şəbəkələrin fenomeninə çevrilmişdi. Bu hadisədən sonra sosial şəbəkələrdə başçının şəkillərinə müxtəlif yanaşmalar olmuşdu. Bəziləri onu kral, bəziləri Şimali Koreya lideri Kim Çen Inın fanatı, kimiləri də şahzadə Mustafa ilə müqayisə etmişdilər. Məsələnin həddən artıq şişməsindən sonra Prezident T.Kərimovu vəzifədən azad edib.
Ü.Abuzərlinin qardaşı Həmzə Kərimov isə “SOCAR Rumıniya”nın prezidentidir. Mətbuatın yazdığı və indiyədək təkzib edilməyən xəbərlərə görə, onun adı bir çox qalmaqal və korrupsiya olaylarında hallanır. Məsələn Teref.info saytı(http://teref.info/manset/30019-tahir-kerimovun-daha-bir-oglu-hebs-edildi-dda.html) yazır ki, sabiq icra başçısının oğlu Hәmzә Kәrimov, elәcә dә Tahir Kәrimovun baldızı oğlu Bayram adlı şәxs vә 2 Rumıniya vәtәndaşı SOCAR-la әlaqәli olan xarici şirkәtlәrlә әlaqәyә girәrәk maxinasiyalara imza atıblar:
“Deyilәnә görә, bu әmәliyyatın nәticәsindә 38 milyon mәnimsәnilib. Mәnimsәmә faktı ilә bağlı artıq 20 gündür ki, istintaq aparılır. Bununla bağlı olaraq Rumıniyada 3 vәtәndaş hәbs olunub. Hәmzә Kәrimovun isә Azәrbaycana qaçdığı bildirilir. Hәmçinin Tahir Kәrimovun digәr oğlu Tural Kәrimov da bu yeyintidә ittiham olunaraq iyun ayının 28-dә Rumıniya polisi tәrәfindәn hәbs olunub. Keçmiş icra başçısı 7 gündür ki, Rumıniyada vәkil tutaraq işin ört-basdır edilmәsinә çalışır. Mәnimsәnilәn pulun Hәmzә Kәrimova düşәn hissәsi 19 milyondan çoxu Tahir Kәrimov tәrәfindәn ödәnilib. Bununla bağlı oradan sorğu verilib. Sabiq mәmurun oğlu SOCAR-ın adından götürdüyü pulları öz işlәrinә sәrf edib. Mәlumatlı mәnbә vurğulayır ki, SOCAR-ın Rumıniyadakı nümayәndәliyinin rәhbәri mәnimsәdiyi vәsaitlәrlә özünә Almaniyada geniş biznes şәbәkәsi yaradıb. Bundan başqa, onun xaricdәn Azәrbaycana dәrman preparatları idxal etdiyi dә yayılan mәlumatlar arasındadır. Mәnbәmiz vurğulayır ki, Tahir Kәrimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissәsilә ölkә daxilindә biznes imperiyası yaradıb. Nәzәrinizә çatdıraq ki, Hәmzә Kәrimovun ortaqlarından biri milliyyәtcә ermәni olan Nersesyan Eduard (Edik-red) adlı şәxs olub. �?ldә olunan gәlirlәrin çox hissәsini Hәmzә Kәrimov İrәvanda biznes açmaq üçün Nersesyana verib. Bu isә әn böyük cinayәt hesab olunur”.
İnanırıq ki, özü Akademik Ramiz Mehdiyevin haqlı və ağır iradlarının hədəfi olan, qardaşının adı isə ermənilərlə işbirliyində hallanan Ümid Abuzərli yeni sədr təyinatından sonra öz işlərinə daha çox zaman ayıracaq. //Editor.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
• Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02 |
|
|
|
• Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58 |
|
|
|
• Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56 |
|
|
|
• “Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47 |
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
|