Tanınmış alim Qüdrət İsaqov vəfat edib .....                     Türkiyədə fitrənin məbləği açıqlandı: .....                     “Səni sevdiyimi sən bil, bəsimdir” .....                     “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır .....                     Maliyyə Nazirliyini təmizləyəcək şirkət .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                 

Sahil Babayev köhnə korrupsiya maşınını dağıda biləcəkmi? - Ona ümidlər çoxdur...
Tarix: 19-05-2018, 09:34 | Çap et
Sahil Babayev köhnə korrupsiya maşınını dağıda biləcəkmi?
Azərbaycanda əlilliyin təyinatı prosesindəki problemlər növbəti dəfə nazir səviyyəsində tənqid olunub. Bu dəfə də tənqid yeni əmək və əhalinin sosial müdafiəsi nazirindən gəlib. Belə ki, nazir Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib.

Bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz: “Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”.

Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. S.Babayev həmçinin diqqətə çatdırıb ki, əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib.

Nazir həmçinin deyib ki, bölgələr üzrə əlilliyin fərqli artım tempi ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, Azərbaycanın bir sıra bölgələrində əlillik səviyyəsi ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir. Bu məsələni Hesablama Palatası da qaldıraraq, ona aydınlıq gətirilməsi üçün xüsusi araşdırmanın aparılmasının gərəkdiyini bəyan edib.

Çox maraqlıdır ki, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələdir. Belə ki, 2013-cü ildə - təyinatından bir ay sonra S.Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib. İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib. Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar, lakin S.Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına dair böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.

İnsaf naminə demək lazımdır ki, məlum iclasdan az sonra əlilliyin qiymətləndirilməsi elektronlaşdırıldı. Belə ki, bu proses səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən yerinə yetirilməyə başlandı. Lakin bu elektronlaşma gözlənilən effekti vermədi - rüşvət müqabilində əlillik təyinatı mexanizmi mürəkkəbləşdi, üstəlik, saxta əlillik kağızlarının verilməsi üçün tələb olunan məbləğ də yüksəldi. Yəni elektronlaşma sistemdə şəffaflıq və ədalətli yanaşma bərqərar etmək əvəzinə rüşvətxorluğun həcmini böyütdü. Məsələn, elektronlaşmadan əvvəl 1-2 min manata başa gələn “iş” ondan sonra 3-4 min manatadək “bahalaşdı”. Bu isə ondan xəbər verirdi ki, S.Müslümovun radikal görünən addımları bir tərəfdən ictimai rəyə təsir baxımından, ikinci tərəfdən isə TSEK kimi “gəlirli” yerlərə öz komandasının yerləşdirilməsi baxımından ustalıqla düşünülmüşdü.

İndi yeni nazir S.Babayev əlilliyin təyinatı ilə bağlı vəziyyətdən narazılığını açıqlayıb. Sələfi kimi ictimai rəyə hesablanmış addımlar atmasa belə, yeni nazirin də bu sahədə ciddi dönüş yarada biləcəyi ciddi sual altındadır. Hələ ki, bu çox ciddi korrupsiya mənbəyinə çevrilmiş prosesə əsl şəffaflıq gətirmək mümkün olmayıb.

Onu da qeyd edək ki, əlilliyin təyinatı ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində korrupsiya imkanlarının böyük olduğu ikinci sahə pensiya sistemidir. S.Müslümovun həyata keçirdiyi “islahatlar” Dövlət Sosial Müdafiə Fondunda da korrupsiya və rüşvətin ən azı olduğu kimi qalmasına xidmət edib. Elə Hesablama Palatasının apardığı çoxsaylı yoxlamaların nəticələri də göstərir ki, pensiya sistemindəki köklü problemlər davam etməkdədir: ölmüş şəxslərin adına pensiya yazılması, bir nəfərin bir neçə yerdən pensiya alması kimi faktlar Hesablama Palatasının aşkarlaya bildikləridir. Pensiya təyinatı, pensiyaların hesablanması sahəsində vəziyyət daha kəskindir. Güman olunur ki, Palatanın hazırda Fondda davam edən yoxlamaları nəticəsində daha böyük qanunsuzluqlar aşkarlanacaq.

Ekspertlər hesab edir ki, saxta əlillik, habelə haqqı çatan adamlara rüşvət vermədikləri üçün sənəd təqdim olunmaması, eyni zamanda pensiya təminatındakı korrupsiya ilə əlaqədar ciddi araşdırmalar gedir. Bu prosesin sonunda yüksək vəzifəli şəxslərin həbsinin qaçılmaz olduğu bildirilir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru