Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                     Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… .....                     TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... .....                     Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? .....                     Sabiq nazir AQTA-nı ifşa etdi .....                     Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub .....                     Azərbaycanda da bu cərimələr silinə bilərmi? .....                     Məktəblərimizdən FRANSAYA axan milyonlar... .....                     "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." .....                     "Biz seyrə balonlarla çıxmaq istəmirik..." .....                     Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... .....                     Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır .....                     "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." .....                     "Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                 

Təkcə uçan məktəblər deyil, təhsil sisteminin ÖZÜDÜR... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 1-04-2022, 09:04 | Çap et
Təkcə uçan məktəblər deyil, təhsil sisteminin ÖZÜDÜR...
Azərbaycanın idarəetmə sistemində məmur özbaşınalıqları hər zaman ön planda olub. Oturduğu kreslonu xüsusi mülkiyyəti hesab edən, xalqa xidmət etməli olduğu halda xalqdan xidmət uman belə bürokratlar həm də elə vəzifə kreslosunda qocalmaları ilə xatırlanırlar. Son illər vəzifə kürsüsündə bütləşən belələrinə qarşı mübarizə aparılsa da hələ də toxunulmazlıq statuslarını qoruyub saxlayanlar az deyil. Tədricən vəzifə səlahiyyətlərini şəxsi ambisiyalarına çevirən belə “bütlər” qanunlara və hətta məqam düşəndə dövlətə belə meydan oxuyurlar. Hər halda yaxın tariximizdə bunun dəfələrlə şahidi olmuşuq.
İllərdir islahatların aparıldığı, amma bir türlü aydınlığa çıxmayan təhsil sistemi də belə “büt”lərdən xali deyil. Sanki rəhbərlik etdiyi təhsil ocağını özəlləşdirərək “kupçasını alan” direktorlar zamanın sərt sınaqlarına sinə gərərək on illərdir ki, öz kreslosunu qoruyur. Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan müəssisəyə rəhbərlik edənlərin özləri gənc nəslin yolunda sədd çəkirlər. Qısa araşdırmamız nəticəsində paytaxt məktəblərini özəlləşdirən belə “kupçalı direktorlardan” bir neçəsini sizlərə də tanıtmaq istəyirik.
Başlayaq 32 ildir ki, 160 saylı məktəbin direktoru kürsüsündən əl çəkməyən Faina Ələkbərovadan. Ötən illər ərzində məktəbin daş-divarının da köhnəlib bir neçə dəfə təmir olunmasına, hətta adının da dəyişdirilib klassik gimnaziya qoyulmasına baxmayaraq Faina xanımı dəyişdirmək mümkün olmayıb. Həmkarlarından geridə qalmayan Rəhilə Baxşalıyeva 1995-ci ildən Xəzər rayonu 149 saylı məktəbin, Cavanşir Tarverdiyev isə 1997-ci ildən Bakı şəhəri S.Həsənov adına 63 saylı tam orta məktəbin “kupça”sını alıblar. Onların direktor təyinatından sonra təhsil sistemi, təhsil qanunu dəyişsə də direktorları dəyişmək mümkün olmayıb.
42 saylı məktəbin direktoru bu il dekabrın 25-də vəzifədə oturmağının 22-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır.
Rəna Naibovanın 35-saylı məktəbi “özəlləşdirməsindən” 18, Aytən Baxşiyevanın 8 saylı məktəbin “kupçasını almasından” isə 15 il vaxt keçib. Elə Təranə Qurbanova da düz 15 ildir ki, Xəzər rayonunun 237 saylı məktəbinə öz lövbərini salıb. 324 saylı məktəbin direktoru Gülarə Atayevanın direktorluq müddəti bu il nəhsdən çıxır. Gülarə xanım 13 ildir ki, 324 saylı məktəbin direktor otağına necə isinişibsə heç kim onu ordan uzaqlaşdıra bilmir.

TƏMƏLİNƏ HARAM QATILMIŞ «YÜKSƏL» HAZIRLIQ KURSLARI

Yaxud götürək “jurnalist kimdir ki, mənə zəng etsin” deyərək bütün medİaya meydan oxuyan, rəhbərlik etdiyi bütün məktəblərdə “silinməz izlər” qoyan Bəyaz Novruzovanı. Maraqlıdır ki, Sumqayıt şəhər 34 saylı məktəbdə, həmçinin Binəqədi rayonunda 205 saylı məktəbdə direktor olduğu müddətdə daim sərt tənqidlərə tuş gələn, adı rüşvət qalmaqallarında hallanan Bəyaz Novruzova hansı “xidmətlərinə” görə 179 saylı məktəbə direktor gətirilib. Xatırladaq ki, son iş yerində (205 saylı məktəb) onun adı təmir adıyla şagirdlərdən pul toplaması ilə hallandırılmışdı. Belə çıxır ki, “təmiri” yüksək səviyyədə yekunlaşdırdığı üçün 179 saylı məktəbi “təmir” etmək üçün görəvləndirilib.
B.Novruzovanın təhsilə olan sonsuz sevgisi onu hətta hazırlıq mərkəzi açmağa da sövq edib. “Yüksəliş” müsabiqəsinin adını və loqosunu saxtalaşdıraraq “Yüksəl” hazırlıq kurslarını açaraq qızını rəhbər təyin edib. Əsas məsələ odur ki, B.Novruzovanın direktoru olduğu məktəbdə “natamam” təhsil alan yuxarı sinif şagirdləri “tam” təhsillərini məhz “Yüksəl” kurslarında başa vururlar. Bax beləcə Azərbaycan təhsili bazar predmetinə, alver mövzusuna çevrilir.
Siyahını kifayət qədər uzatmaq mümkündür. Ancaq bu “kupçalı direktorlar”ın siyahısını uzadıb vaxtınızı çox da almaq fikrində deyilik. Maralıdır ki, medyada qısaca araşdırma aparsaq onların rəhbərlik etdikləri məktəblərdə baş verən nöqsanlar barəsində dastan bağlamaq olar. Elə biz də həmin məktəblərdə kiçik bir jurnalist araşdırması apardıq. Məlum oldu ki, təqvimdə illər, nazirlikdə nazirlər, BŞTİ-də müdirlər, qanunlarda maddələr dəyişsə də bu dəyişməz direktorların məktəblərində də çox şey dəyişməyib. İndi də şagirdlər müxtəlif adlar altında xərcə düşürlər, müəllimlər “töyücü, naloq, dinməver” prinsipi ilə aylıqlarını ödəyirlər. Çünki “bənzərəm bir qocaman dağa ki, dəryada durur” prinsipi ilə işləyən bu direktorlar üçün qanunlar, islahatlar keçərli deyil.
Necə olur ki, son illər imtahan yolu ilə direktor seçilən kadrlar hər 5 ildən bir yerdəyişmə olunduğu halda adlarını çəkdiklərimiz 20-30 il müddətində toxunulmaz qalıblar? Onları nazirlik üçün əziz-xələf edən səbəblər hansılardır? Bəlkə bizim bilmədiyimiz hansısa “əlahəzrət səbələr” onları toxunulmaz qılır? Hər halda bütün nazirlərin, icra başçılarının, siyasi sistemlərin əvəzedilməzi olmanın bir səbəbi olmalıdır!
Amma heç bir səbəb qanunlardan üstün ola bilməz. Bizdə isə səhv etmiriksə qanunlar şahdır…
Nicat Mahmudov
Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru