AQTA-nın Gəncə Regional Bölməsi hansı QANUNLARLA İŞLƏYİR? - TOTAL NARAZILIQ
Tarix: 20-10-2022, 08:50 | Çap et
Son günlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri sahibkarlıq subyektlərinə eləcə də şənlik evlərində reydlər keçirərək ət məhsulları üzərində möhür axtarırlar. Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları haqqında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərarı niyə icra edilmir? Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi heyvan kəsimi məntəqələrində real vəziyyətlə bağlı monitorinqlər niyə aparmır? Aparılrsa niyə içtimaiətə məlumat verilmir? DİA.AZ bildirir ki, bu haqda Dünynınsəsi.Az saytına Goranboy rayonundan eləcə də Gəncəbasar sahibkarlarından çoxlu sayda şikayətlər daxil olmaqda davam edir.
Sahibkarlar bildirirlər ki, bu gün elə bir vəziyyət yaranıb ki, ət kəsimi məntəqələrinin heyvan aparıb kəsdirməyin anacaq quruca adı var.Ancaq bu vəziyyətdən sui-istifadə edib pul qazanan vəzifəli şəxslər var.Hər gün onların nümayəndələri satış məntəqələrinə gəlib ət və ət məhsullarına möhür vurub haqqını almaqla işlərini görmüş hesab edirlər.
Amma realda ölkə ərazisində iri və xırda buynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsim məntəqələrində həyata keçirilməlidir. Bunu çıxışlarında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dəfələrlə səsləndirib. Amma bu günə kimi Gəncə və ətraf rayonları əhatə edən ət kəsimi məntəqlərinin adlı siyahısı açıqlanmayıb. Halbuki, Gəncə şəhərinin, həm də rayonların əhalisinin sayına və orada yerləşən heyvandarlıq təsərrüfatlarına görə müəyyənləşdirilməlidir ki, hər bir zonada neçə ət kəsimi məntəqəsi fəaliyyət göstərməlidir. Gəncəbasar ərazisində hazırda fəaliyyət göstərən ət kəsim məntəqələrinin sayı və onların sanitar-gigiyenik durumu, vəziyyəti barədə bir dəfə də olsun ki,monitorinq aparılmayıb.Aparılıbsa da, bu barədə ictimaiyyətə məlumat verilməyib. Əgər verilməyibsə,səbəb nədir? Hazırda fəaliyət göstərən məntəqələrin sayı nə qədərdir və Azərbaycan ərazisi üzrə nə qədər kəsim məntəqələrinə ehtiyac var. Belə olan halda həmin kəsim məntəqələrinin stasionar, modul və ya mobil tipli olmasını sahibkarları özləri müəyyənləşdirəcək.
Əhalidə yanlış düşüncə tərzi yaranıb ki, iri və ya xırda buynuzlu heyvan onun gözü önündə kəsilirsə, bu daha yaxşı ət hesab olunur.Əslində isə belə deyil. Qida məhsulları risklərə görə müəyyənləşdirilir, bunlar arasında ən yüksək riskli məhsullar heyvan mənşəli məhsullar hesab olunur. Bilavasitə zonoz infeksiyalarının yayılması isə əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoya bilər.
Müvafiq sanitar qaydalara görə ət kəsimi məntəqələrində kəsilən ətdə hər hansı problemin mövcudluğu öncədən müəyyənləşdirlməlidir. Konkret desək, iri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq nümunələri götürülməlidir(kağız üzərində yox, əməli olaraq).Çünki onların daşıdıqları zonoz infeksiyaları həddindən artıq təhlükəlidir. Heyvanı kəsən və alan şəxslər bilməlidir ki həm özlərini, həm ailə üzvlərinin sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Ət kəsimi məntəqələrində müvafiq baytarlıq, sanitar ekspertiza laboratoriyaları təşkil olunmaqla kəsimdən sonra da heyvanların sağlamlığı ciddi ekspertizalara cəlb olunmalıdır. Bundan sonra satışa və ya istehsala ət məhsulları yönəldilə bilər.
Bəs görəsən yuxarıda qeyd etdiyimiz qaydalara zidd olaraq ət kəsiminə Gəncə Regional Bölməsi niyə göz yumur? Sözügedən regional bölmənin nəzarətinə aid rayon və kəndlərdə qəssablar ət kəsimini keçmişdəki qaydalarla-baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə aparırlar. Ətlərin daşınmasında heç bir sanitar-gigiyenik qaydalar gözlənilmir. Xüsusi geyim formalarından demək olar ki, istifadə olunmur. Başları açıq, üzləri tüklü, əlləri kirli qəssablar əhalinin sağlamlığını göz görə-görə təhlükəyə atır. Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi isə öz aləmindədir. İnfeksiyanın tüğyan etdiyi bu dönəmdə əhalinin sağlamlığının hər an təhlükədə olması onların heç vecinə də deyil. Redaksiya olaraq apardığımız müşahidələr zamanı o da məlum oldu ki,Regional bölmənin haqq-hesab yığanları qəssab dükanlarına gəlib kəsilmiş ətə möhür vurmaqla işlərini bitimiş hesab edirlər. Necə deyərlər onları vətəndaşların sağlamlığı deyil, rahatlıqla qazandıqları paralar düşündürür. Məlumat üçün bildirək ki, iri və xırda buynuzlu heyvanlar spesifik nəqliyyat vasitələrində daşınmalıdır. Həmin heyvanların daşındığı andan sonra dincəlməyə buraxılmalı, onların bədənində keçirdikləri həyacan hissi nəticəsində yaranan adrenalinin miqdarı azaldıqdan sonra onların əti istifadə üçün qənaətbəxş ət hesab oluna bilər. Amma yenə də suallar biri-birini əvəz edir. Bu qaydalara kim və necə nəzarət edir? Müvafiq qurumlar niyə öz xalqının sağlamlığına düşməncəsinə yanaşır? Bu gün ət və ət məhsulları obyektlərə ət necə daşınmalıdır? Ət və ət məhsullarının daşınması, qəbulu, saxlanması və satışına dair tələblərdə qeyd edilib ki, daşınma üçün xüsusi izotermik və soyuducusu olan nəqliyyat növündən (avtorefrijerator) istifadə olunmalıdır. Nəqliyyat vasitəsi təmiz olmalı, yük bölməsində heç bir kənar qoxu olmamalı və daxili səth örtüyü asan yuyulan və dezinfeksiya edilə bilən olmalıdır. Nəqliyyat vasitəsində ət və ət məhsulları qeyri-ərzaq məhsulları ilə birlikdə daşınmama, yük bölməsinin daxili səthi ət və ət məhsullarının daşınmasından əvvəl və sonra yuyucu vasitələrlə yuyulmalı, qurulanmalı və dezinfeksiya edilməlidir. Müəssisədə yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir.Amma bu gün piştaxtalarda satılan ət və ət məhsulları qəssablar öz evlərində kəsib gətirirsə onda hansı ekoloji təmiz məhsuldan söhbət gedə bilər?
Qeyd edək ki,məlum faktlarla bağlı Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində mütamadi olaraq monitorinqlər aparmalıdır. Bu monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəziləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərinə də böyük töhfə verə bilər. Ancaq görünən odur ki, biznesmen Qoşqar Təhməzlinin rəhbərlik etdiyi agentlik və onun yerlərdəki vəzifəli şəxsləri istehsal sahələrinə elə öz şəxsi biznes mənbəyi kimi baxır. Burada həm də bir amil ön plana çıxr. Regional bölmələrə rəhbərlik edən şəxslər nə dərəcədə peşəkar və ixtisaslı kadrlardır. Redaksiyamıza şikayət edən Goranboy rayonun Dəliməmmədli şəhər sahibkarlı mətbuat vasitəsi ilə AQTA rəhbərliyindən xahiş və tələb edirlər ki, öz yaşadıqları ərazidə olan ət kəsimi məntəqəsinin yenidən fəaliyyətinə aidiyyatı üzrə göstəriş versin.Əks təqdirdə əhali üçün alınan və satılmalı olan ət və ət məhsullarının qiyməti bahalaşacaq.
Redaksiya olaraq inanırıq ki,Qida Təhlükəısizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi bölgələrdə yaşayan əhalinin sağlamlığını fikirləşib təmiz ekoloji ət və ət məhsulları ilə təmin edəcəkdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31 |
|
|
|
• Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26 |
|
|
|
• Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24 |
|
|
|
• "Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15 |
|
|
|
• Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12 |
|
|
|
• Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11 |
|
|
|
• Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08 |
|
|
|
• “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58 |
|
|
|
• Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
• ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50 |
|
|
|
• Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45 |
|
|
|
• ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39 |
|
|
|
• Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23 |
|
|
|
• Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21 |
|
|
|
• Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18 |
|
|
|
• ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15 |
|
|
|
• Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11 |
|
|
|
• “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00 |
|
|
|
• Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57 |
|
|
|
• Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48 |
|
|
|
• Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30 |
|
|
|
• Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26 |
|
|
|
• Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23 |
|
|
|
• AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19 |
|
|
|
• 7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07 |
|
|
|
• “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02 |
|
|
|
• "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01 |
|
|
|
• Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59 |
|
|
|
• 6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56 |
|
|
|
• Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47 |
|
|
|
• İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38 |
|
|
|
• 14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36 |
|
|
|
• "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31 |
|
|
|
• “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16 |
|
|
|
• Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13 |
|
|
|
• "Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11 |
|
|
|
• Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08 |
|
|
|
• Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05 |
|
|
|
• Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56 |
|
|
|
• Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53 |
|
|
|
• Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52 |
|
|
|
• Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50 |
|
|
|
• Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49 |
|
|
|
• Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48 |
|
|
|
• Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42 |
|
|
|
• Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31 |
|
|
|
• Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30 |
|
|
|
|